Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Uilyam Uolker: “Synergy Baku” istəklərimi həyata keçirmək üçün əla bir imkandır
Tarix: 13.12.2013 | Saat: 13:37:00 | E-mail | Çapa göndər
“Synergy Baku Cycling Project”in avstraliyalı üzvü Uilyam Uolker velination.com saytına müsahibəsində ciddi sınaqlara hazır olduğunu deyib. İdman.com.az xəbər verir ki, sprinter, sağlıq durumu və 2014-cü ildəki perspektivləri haqqında da danışıb.

Hazırda yaxşı vəziyyətdə olduğunu deyən Uilyam “Synergy Baku” ilə birgə yeni sınaqları müvəffəqiyyətlə başa vuracağına inanır. 21 yaşında olarkən ürəyindəki problemlərə və ona velosiped idmanını tərk etmək barədə edilən təkliflərə baxmayaraq, Uilyam ümidini itirməyib. O, Bakı komandası ilə işbirliyindən zövq aldığını deyib.

Uolker hələ 19 yaşında olarkən, 23 yaşlı idmançılar arasında dünya çempionatında gümüş medal qazanmaqla özündən söz etdirib. Bir neçə ay sonra, daha dəqiq 2006-cı ilin yanvarında Avstraliya milli çempionatında Beyden Kuk, Robi Makeven və Alan Deyvis kimi peşəkarlar arasında 27 saniyəlik üstünlüklə finiş xəttinə birinci çatıb. Daha sonra “Rabobank” Kontinental komandasına keçən Uilyam, yaşının az olması səbəbindən elit-çempion köynəyini geyə bilməyib. Məhz bu hadisə fiziki cəhətdən tam hazırlıqlı olan velosipedçiyə potensialını tam açmağa imkan verməyib. O, əvvəllər “Rabobank”da sadəcə sınaqdan keçənlər arasında olsa da, hər halda İspaniyada təşkil olunan “Vuelta” turunda iştirak imkanı qazanıb. Düzdür, 20 yaşlı idmançı orqanizminin tab gətirmədiyi artıq yüklənmələr səbəbindən burada yalnız 112-ci yeri tutub, amma 21 yaşında olarkən beynəlxalq turlarda iştiraka başlayan Uolker “Giro d”Italiya”da mərhələlərin birində 10-cu, ümumi sıralanmada isə 57-ci olub. Hər halda, bu cür yarışlar onun həddindən artıq yüklənməsinə səbəb olurdu:

“Məncə həmin vaxtlar arxa plana düşmək variantım daha aktual idi. 21 yaşımda ikən iki beynəlxalq turu başa vurdum. Bu isə orqanizmimə təsirsiz ötüşmədi. Hətta bəzən velosipedi sürməyə belə çətinlik çəkirdim. Ardınca ürəyimdə problemlər ortaya çıxdı. 21 yaşımda ikən mən istismar olunan bir gənc təsiri bağışlayırdım”.

Bir tərəfdən ürəyindəki problemlər, digər tərəfdən bəzi velosipedçilərin tənəzzül dövrünü yaşaması idmançının stress keçirməsi ilə nəticələnib.

“Bir az yüksəliş dövrü yaşayanda qarşıda səni gözləyənlərdən xəbərin olmur. Lakin sonradan yanındakıların bir-bir sıradan çıxdığını gördükdə, stressdən qaçmaq mümkün olmur və velosipedi atmaq barədə düşünməyə başlayırsan”.

Uolker gülərüz və ünsiyyətcil bir gəncdir. Amma keçmişdə yaşadıqları barədə sual verəndə, əhvalı dəyişir.

“Mən ilk dəfə 20 yaşımda “Vuelta” turunda iştirak etdim. Sonra məşqlərimi daha da artırdım. Amma qəflətən xəstələndim və məşqlərimi dayandırdım. 4 həftədən sonra vəziyyətim düzəldi, amma xəstəlik məndən əl çəkmirdi. Bu artıq mənim yolumda ciddi bir əngələ çevrilmişdi”.

Uolkerin yüksəlişi 2009-cu ilin fevralınadək davam etdi. O “Rabobank”dan “Fuji Servetto” komandasına keçdi, amma 2 aydan sonra velosipedlə vidalaşmaq məcburiyyətində qaldı. Növbəti 3 il ərzində isə həyatını təmin etmək üçün Malaziya milli komandasında, “Greenedge” komandasının gənclərdən ibarət yaş qrupunda və hətta ixrac-idxal məsələləri ilə də məşğul oldu. Bu illər ona tam özünə gəlməyə və tədricən çətinlikləri arxada qoymağa imkan verdi.

Artıq məşqlərdə özünü yaxşı hiss edən Uolker yenidən yarışlarda iştirak haqqında düşünməyə başladı. Ötən ilin fevralında “Drapac” peşəkar velosiped komandası Uilyam Uolkerin yenidən böyük idmana qayıdışını elan etdi. “Böyük cənub sahili” turunda onun səhhətinin yaxşı olduğu üzə çıxdı. Müntəzəm kardioloji testlərdən sonra isə velosipedçinin yeni sınaqlara hazır olduğu müəyyənləşdi. Indi o əmindir ki, səhhətində yenidən problemlər ortaya çıxmasa, karyerası yüksələn xətt üzrə inkişaf edəcək.

“Artıq dərk edirəm ki, sağlam qidaya üstünlük vermək çox vacibdir, bu üzdən də süni yeməklərdən qaçıram. Bu yolla öz səhhətimi qorumağın yolunu tapmışam. Avstraliyaya qayıdanda bu qaydalara ciddi əməl etməyə çalışacağam”.

Uolker öz qələbələrindən danışmağı çox sevir və “Tasmaniya”, “Tailand”, “Tuuvumba” və “Gipsland” turlarında əldə etdiyi uğurları bizimlə bölüşür. Yeri gəlmişkən, xatırladaq ki, o Tailandda ümumi xal hesabında 2-ci, Yeni Zelandiyada 3-cü, “Heynien” yarışında isə 5-ci olub. Düzdür, bu yarışlar onun gənc ikən iştirak etdiyi turnirlərdən səviyyəcə geri qalsa da, xəstəlikdən sonrakı durumuna uyğun bir səviyyə olub. İndi Uilyam Uolker irəliyə doğru daha bir addım atmaq niyyətindədir.

“Mənim əsas məqsədim Avropaya qayıtmaq idi və bu mənada “Synergy Baku” istəklərimi həyata keçirmək üçün əla bir imkandır. Komanda Avropada kifayət qədər önəmli yarışlara qatılır. Bu isə bizə ciddi rəqiblərlə mübarizədə ön sıralara çıxmağa imkan verəcək. Son 1 ayda daha ciddi şəkildə məşq etməyə başlamışam və hazırda yaxşı formadayam. İndi mənə sadəcə bir çağırış lazımdır ki, nəyə qadir olduğumu ortaya qoyum”.
Xəbər 1022 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru