Yeniyetmələrin komanda birinciliyində 3-cü olduq | |
Millimiz Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorların komanda birinciliyində bu gün 3-cü yeri tutub. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan seçməsi ümumilikdə 94.364 bal toplayıb. Hesabında 96.815 bal olan Rusiya birinci yeri tutub. Belarus isə 94.715 balla ikinci yerdə qərarlaşıb. Azərbaycan gimnastı Jalə Piriyeva 4 çıxışın yekunları üzrə 63.565 bal toplayıb. O, halqa ilə 16.100 bal, topla - 15.366 bal, gürzlərlə - 15.983 bal, lentlə kompozisiyaya görə isə 16.116 bal toplayıb. Azərbaycanın digər gimnastı Züleyxa İsmayılova isə 4 çıxışın yekunları üzrə 61.073 bal toplayıb. Z. İsmayılova halqa ilə 15.083 bal, topla - 15.266 bal, gürzlərlə - 15.191 bal, lentlə kompozisiyaya görə isə 15.533 bal toplayıb. Mükafatlandırma mərasimində milli yığmanın medallarını Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib. |
|
Xəbər 897 dəfə oxundu. |
|
|