Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Çempionatın son akkordlarının yenilik tələbi
Tarix: 20.05.2011 | Saat: 12:35:00 | E-mail | Çapa göndər
Milli futbol çempionatında daha bir mövsüm başa çatdı. Söz yox ki, ən böyük hadisə ölkə futbolunun ən qocaman klubu "Neftçi"nin uzun həsrətə son qoyub daha bir çempion tituluna yiyələnməsidir. İndi futbol mövzusunu tam qapamaq üçün yalnız ölkə kubokunun finalını gözləmək lazımdır. Son sual isə Avrokuboka sonuncu vəsiqənin qazanılmasıdır. Bu məsələyə Premyer liqanın sonuncu turu da cavab vermədi. Bu yerin əsas iddiaçıları olan AzAL-la "İnter" yarışı qələbə ilə başa vurdular. Maraqlıdır ki, turnirin "axırıncı aşırımı" tək yuxarı "altılıq"da deyil, aşağıda da gur hadisələrlə zəngin oldu. Finiş xəttini autsayder kimi başa vurub, reqlamentə görə, birinci diviziona yuvarlanmalı olan "Simurq"la MOİK son oyunları hesablarına qələbə ilə yazdılar, özü də hər biri rəqib qapısından 4 top keçirməklə.
Çempionatlarımız tarixinə daha bir əzəli rəqabət statusu ilə daxil olmuş daha bir duel mövsümə qiymət vermək üçün əsl nümunə oldu. Ölkənin bir nömrəli futbol arenasında "Neftçi" "Xəzər Lənkəran"la mövsüm ərzində 6-cı dəfə üz-üzə gəldi və bu dəfə də tet-a-tet mübarizəni qələbəsiz başa vurdu. Görüş yarış boyu komandaların nümayiş etdirdiyi futbolun əksi idi. 90 dəqiqə ərzində nə bu, nə də digər tərəf sabit oyun göstərə bilmədi. Qapılardan keçirilən qollar da elə hər iki komandanın xarakterinə uyğun idi. Matç daxilində yaşanan gərginlik epizodları və onların aradan qaldırılması, tərəflərin hakimin qərarlarına reaksiyası, futbolçuların davranışı, eləcə də oyundan sonra baş verənlər hələ Azərbaycan klub futbolunda çox şeyin kökündən dəyişməli olduğun bir daha əyani sübut etdi.
Mövsümün qiyməti isə onun əsas sualında əks olunur: ildən-ilə futbola diqqət və qayğının artdığı, hər şeyin bu idman növündə təməl addımların atılması üçün münbit şəraitə çevrildiyi bir məqamda nədən klublarımız elə yerində saymaqdadır və köhnəlmiş stereotiplərdən qurtula bilmir?
Əslində buna qısa cavabı elə klubların özlərinin nümayiş etdirdiyi oyunla cavab vermək də olar. Götürək, elə ötən mövsümün qalibləri cərgəsində addımlayan çempion "İnter"lə kubok sahibi "Bakı"nı. Bu klubların mövsüm boyu nümayiş etdirdiyi oyun səviyyəsinin nəticəsidir ki, onlar yuxarı "altılıq"da mübarizəni autsayder kimi başa vururlar. Hələ nəzərə alsaq ki, hər iki komanda mövsümlərarası dövrdə xeyli güclənməli idilər. Xüsusən "Bakı" çox iddialı görünürdü. Bir mövsümün güclülərinin bu qədər zəifləməsi, daha doğrusu, kökdən düşmüş pianoya bənzəməsi fonunda yeni liderlərin oyunu heç də effekt verə bilməz. Təbii ki, xilas yolu yeni iddialıların və mövsüm boyu bir-birinə çempionluq tacı uğrunda rəqib olanların oyun səviyyəsindədir. Lakin artıq "Xəzər Lənkəran"ın finiş xəttinə doğru daxildən parçalanmasının şahidi oluruq. Bir neçə mövsüm belə davam etsə, artıq bu komandanı heç kim ciddi qəbul etməyəcək. Halbuki bu gün ölkədə məhz cənub təmsilçisi ən tələbkar, ən çılğın və ən sədaqətli azarkeş kütləsinə malikdir. Belə vəziyyətdə son illərin məşqçi problemini həll edə bilməyən və bunun da nəticəsində heyəti fərqli düşüncə tərzinin məhsulu olan "Neftçi"nin finişə xeyli qalmış zirvədə qərar tutması təbiidir. Əlbəttə, futbolumuzun Avropada simasını az-çox ağardan "Qarabağ"dan nəsə gözləməyə dəyərdi. Lakin bu komandanın ehtiyat imkanlarının aşağı həddə olması və bu üzdən bir yarışdan digərinə sabit qədəm qoya bilməməsi sözünü deyir. Halbuki bu gün məhz Ağdam təmsilçisi çempionatda ən məzmunlu, ən harizmatik və şaxəliliyə meylli futbol nümayiş etdirir. Klubun sükançısının eksperimentlərdən çəkinməməsi, heyətdə rotasiya prinsipi, futbolçuya güvənməsi alqışlana bilər.
Bu sıraya aşağı "altılıq"da yer almaqla "sönmüş vulkan"a çevrilən "Qəbələ" ilə "Muğan"ı da əlavə edib, onların da problemlərindən söz açsaq, ümumi mənzərə tam aydın olar. Təəssüf ki, illərdir danışılan söhbət hələ də gündəmədir. Klublarda daxili sistem, iş prinsipləri, təsərrüfat anlayışı heç də futbolun müasir qanunları və prinsipləri üzərində qurulmur. Komandaların inzibati işləri funksional olaraq tənzimlənmirsə, onun meydanda əksini də görmək mümkün olmayacaq. Klublar qədim Roma misalı ilə üslubu meydanda tez-tez çevirməkdənsə, onu kənarda dövrəyə buraxırlar. Nəticədə, hələlik "Qəbələ" və "Bakı"da olduğu kimi mövsüm başa çatan kimi, köklü oyunçu dəyişikliklərinə əl atılır. Əgər bu hər şeyi həll etsəydi, dünyanın ən güclü liqalarından birində "Mançester Siti" bir dəfə də olsa, zirvədə qərar tutardı. Bu isə ona görə olmur ki, futbol nə qədər də biznes və digər iqtisadi-sənaye qanunlarına yaxınlaşsa da, hər şey meydanda, həm də komanda oyunu ilə həll olunur. Hər bir klubun isə öz siması olmalıdır. Belə olmayanda və ya buna xələl gələndə, çempionluq da alayarımçıq, natamam görünür. Axı, kökdən düşmüş pianoda xalis səsləri almaq mümkün deyil.
Söz yox ki, bu işlərin həll yolu var. Ya klublar özləri buna qərar verməli, ya da onların yarışını təşkil edən qurum buna doğru addım atmalıdır. Birinci halda 10-12 klubun bir araya gəlməsi qeyri-mümkün görünür. Onları cəmləyən peşəkar qurum PFL ola bilərdi. Lakin o da sanki özü bir tərəf kimi bu klubların cərgəsində addımlayır. Çünki peşəkar liqamızın funksionerlərini klubların özləri müəyyənləşdirmirlər. İkinci halda buna addım atan ilk qurum AFFA-nın əsas idarəedici qurumları olmalıdır. Lakin bu təşkilatın da vahid elan olunmuş dəst-xətti, proqram və məramnaməsi yoxdur. Elə bu üzdən atılan addımlar, sadəcə, nümunə xarakterli, adda-budda təsir bağışlayır. Addımlar isə düşünülmüş olmalı, kompleks şəklində atılmalı və biri digərini tamamlamaqla ümumi məramın tərkib hissəsinə çevrilməlidir.
Əgər bir yarışın nə adı, nə də formatının məqsədi bilinmirsə, hələ də heç kimə aydın deyilsə, qalanlarından danışmaq da artıqdır. 90-cı illərdə mövcud olmuş ikimərhələli sistemin, eyni ssenari ilə, heç bir əsaslandırma olmadan və ölçülüb biçilmədən bir daha tətbiq olunmasının məntiqi nəticəsi də belə olmalıdır: aşağılarda final mərhələnin oyunları elə başlanğıcından hər hansısa marağı itirməli, yuxarılarda isə kiminsə bir dəfə büdrəməsi kifayətdir ki, bu turnir də eyni aqibətə tuş gəlsin. Təbii ki, ildən-ilə futbolun inkişaf şəraitində ölkədə yeni peşəkar klubun formalaşması və buna tələblər ağırlaşmalıdır. Lakin "Abşeron" və "Rəvan"ın nümunəsində çox işlərin də görülə biləcəyi aydındır. Sadəcə, bunun baza prinsipləri təqdir edilməli və yayılmalıdır.
Artıq bir daha fikirləşmək, götür-qoy etmək, qərar vermək zamanı çatıb. Bəlkə dönüş üçün qərar indi verilsin və tezliklə bir əsrlik yaşı da rəsmi tədbirlə qeyd olunacaq futbolumuzda tam fərqli və yepyeni dövr başlasın.
BATI YAR

1-ci altılıq 32-ci tur
18 may (çərşənbə)
"Bakı" - "İnter" (Bakı). 0:1 (Rövşən Əmiraslanov, 26).

AzAL (Bakı) - "Qarabağ" (Ağdam). 3:1 (Mənsur Limani, 41, Mirko Bunyevçeviç, 43, Enyo Krastovtsev, 88//Giorge Adamiya, 12).

"Neftçi" (Bakı) - "Xəzər Lənkəran". 1:1 (Cavid İmamverdiyev, 46//Jülius Vobay, 47).

2-ci altılıq 32-ci tur
19 may (cümə axşamı)

MOİK (Bakı) - "Turan" (Tovuz). 4:1 (Orxan Babayev, 47, 70, Comərd Baxşəliyev, 49, Natiq Əkbərov, 89//Azər Məmmədov, 38).

"Simurq" (Zaqatala) -"Gəncə". 4:3 (Əli Bağırov, 44, 66, Tofiq Mikayılov, 51, Elvin Yunusov, 65//Samir Abdulov, 2, Elçin Seyidov, 22, Elxan Əzizov, 89).

"Qəbələ" - Muğan" (Salyan). 2:1 (Murad Hüseynov, 16, Yaşar Abuzərov, 87//Con Pelu, 38).


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3052 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru