Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, matçların 3-ü heç-heçə bitib.
“Xəzər Lənkəran” ilk hissədə məğlub olsa da, növbəti yarıda “Rəvan”ın qapısına 2 qol vuraraq əzmkar qələbə qazanıb.
Qeyd edək ki, cavab oyunları martın 7-də baş tutacaq.
Azərbaycan kuboku. 1/4 final
27 fevral
“Qəbələ” – “Qarabağ” - 1:1
Qol: Dodo, 33 - Vüqar Nadirov, 56
“Bakı” – “İnter” - 1:1
Qol: Aqil Nəbiyev, 90+2 İlya Kandelaki, 81
“Simurq” – “Neftçi” - 0:0
“Rəvan” – “Xəzər Lənkəran” - 1:2
Qol: Miloş Zeçeviç, 5 - Rahid Əmirquliyev, 73, Uğur Pamuk, 80
|