Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Klublarda heç nə dəyişməyib
Tarix: 11.02.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər
«Neftçi»də böyük iddialar heç də keçərli deyil
«Altılıq»da ilk rəsmi yer alan komanda «İnter»dir

Fasilə bitdi və milli futbol çempionatı yenidən bərpa olundu. Fasilə başa çatsa da, komandaların oyunlarında elə bir əsaslı yenilik görünmədi. Halbuki əksər komandaların əldə etdiyi oyunçular sayəsində əsaslı dəyişikliklər həm oyun elementlərində, həm hazırlıqda, həm də taktiki planda baş verməli idi. Bunun səbəblərini ötən saylarımızda öncədən geniş şəkildə əsaslandırmışdıq.

Məsələn, ilk baxışda «Neftçi» «Kəpəz» üzərində asan qələbə qazandı. Lakin komandanın quruculuğunda bu yaxınlara qədər Avropa Liqasında yarışmış və qarşısına böyük iddialar qoymuş komanda üçün heç də keçərli deyil. Əsas hücum silahını da sıraya qaytarmış klubun elə öz qayəsindən kənar çıxamayacağı məlumdur. Elə «İnter»dən də böyük yenilik gözlənilmirdi. Doğrudur, komanda səfərdə ən prinsipial rəqibdən 3 xal alaraq, pley-off mərhələsinə ilk rəsmi vəsiqə qazanan kollektiv oldu. Bununla belə ikinci hissədə «beynəlmiləlçilər»in də əvvəlki hazırlıqla müqayisədə çox da irəli getmədiyi və heyətini yetərincə möhkəmləndirmədiyi üzə çıxdı.

«Xəzər Lənkəran»ın oyununa birmənalı qiymət vermək olmur. İlk baxışda ikinci hissədə komandanın əvəzetmələri əvvəlki ilə müqayisədə nisbi irəliləyiş olduğunu göstərir. Lakin ilk yarıda cənblular matça fəal başlasalar və təzyiq edən tərəf olsalar da, oyunun ipini əldə saxlaya bilmədilər. İlk öncə ona görə ki, komanda qurucu-funksional oyunda tamamilə hazırlıqsız görünür. Üstəlik, məşqçi korpusu da, görünür, hələ lazım olan kollektivi formalaşdırmağa tam hazır deyil.

Eyni sözləri «Qəbələ» haqqında da söyləmək olar. Prinsipcə, komandanın əldə etdiyi oyunçular heyəti nisbətən gücləndirmək üçün yetərli görünür. Baş məşqçinin ilk dəfə öz istəyinə uyğun heyət qurmağa başlaması, əslində oyun planında heç nə dəyişməyib. «Qəbələ» liderlər qrupunda yer almağa çalışsa da, hələ ki ikinci planda oynamağa meyllidir. Bu isə Avropaya ayaq açmaq istəyən komanda üçün yolverilməzdir. Ələlxüsus da komandalarımızın ilkin mərhələlərdən mübarizəyə qoşulacağını nəzərə alsaq, bu məqama xüsusi diqqət edilməlidir.

AzAL-ın elə transferləri onun heç də uzaqvuran məqsədlərə xidmət göstərməyəcəyini əyani göstərdi. Bu mənada «Bakı» yenə iddialı görünmək istəyirdi və «Sumqayıt»la qarşılaşma problemlərin heç də transferlərlə bağlı olmadığını bir daha nümayiş etdirdi. Oyunda qonağı olaq gənclər şəhərinin təmsilçisi daha təsirli və öz imkanlarına görə effektli görünürdü. Hərçənd, o da məlumdur ki, «Sumqayıt» heç də istənilən səviyyənin kollektivi deyil. Çünki bir ara gənclərə üstünlük verən kollektivdə, sonradan dəst-xətdə dəyişiklik baş verdi. Kursun bəlli olmaması isə ümumi problemlərin aynasıdır. «Bakı» isə bu mənada yenidən dəyişəcək. Artıq bu indidən hiss olunur.

Əlbəttə, son 3 tur gərgin keçəcək. «Altılıq» səddində olan «Xəzər Lənkəran»la AzAL-ın həlledici görüşlərdə tək qalmayacağı məlumdur. Ümumən mübarizənin hələlik şərti olaraq 5 klub arasında getdiyini söyləmək olar. Hərçənd «yuxarılar»da yer almayacağı indidən təxmin edilən «Rəvan» «Turan»ı da məğlub etməklə onun şanslarına böyük zərbə endirdi. Hər halda iş elə gətirib ki, sabahkı matçlar tale yüklü olub və təxirə salınmış oyunlar nəyəsə aydınlıq gətirməklə yanaşı, həm də vəziyyəti tam müşkülə də çevirə bilər.

Əlbəttə, belə məqamlarda söhbət daha çox «qardaşlaşmış klublar»dan gedir. Çünki «altılıq»da yer alan komandalar özlərinə daha uyğun rəqibi bu sıraya «daxil etmək»lə yekunda şanslarını xeyli artıra bilərlər. Elə buna görə də oyunların ekspert səviyyəsində yaxından müşahidə edilməsi vacibdir və artıq bu barədə qərar da var. AFFA-nın daha bir formal qərarı bu günlərdə işıq üzü görüb. Belə addımlar Azərbaycan futbolunda ara-sıra atılıb. Lakin, əksərən, effekti bilinməyib. İndi isə bu, UEFA-nın tələbidir.

2011-ci il mayın 27-də UEFA göndərdiyi tələbə uyğun olaraq, razılaşdırılmış oyunlarla mübarizə aparmaq üçün nümayəndələrdən ibarət qrup yaradılmalıdır. Məqsəd danışılmış oyunların qarşısının alınmasıdır. Qrup şübhəli oyunları yoxlayıb qərar çıxaracaq. AFFA-dan yayılmış məlumatda bildirilir ki, son vaxtlar Premyer Liqanın növbəti turlarının bir sıra oyunları «razılaşdırılmış» kateqoriyasına daxil ola bilər və bunda futbolçuların iştirakı da ehtimal edilir. Buna görə də Apellyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaradılıb. Qrup oyunları diqqətlə izləyərək komitəyə məlumat verməlidir. UEFA-nın tələblərinə uyğun olaraq, qrupun fəaliyyəti məxfi saxlanılır.

BATI YAR
Xəbər 1098 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru