Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Klublar fasilədə
Tarix: 05.02.2013 | Saat: 17:10:00 | E-mail | Çapa göndər
Hələ heç nə məlum deyil

Klublarımızın qış fasiləsi – mövsümün həlledici mərhələlərinə hazırlığı həlledici dövründədir. Fevralın 9-da ölkə çempionatının birinci mərhələsinin 19-cu turu ilə yarış yenidən gündəmə gələcək. Hələliksə komandalar əyər-əskiklərini aradan qaldırmaq üçün son cəhdlərini edirlər. Lakin bu günə qədər klubların heyətə cəlb etdikləri oyunçulara, keçirdikləri oyunlara nəzər salsaq, hazırlığın əksər klublarda hələ indi başlandığını görmək olar. Halbuki indiki məqamda bu iş optimal formaya yaxınlaşmalıydı.

Çempion «Neftçi» çilili Xose Kabion və Kipr "Omonia"sının isveçrəli qapıçısı Conni Leoni ilə müqavilələr imzalayıb. Komanda Rusiya «Rotor»unun (1:0) ardınca Qazaxıstan «Aktobe»sinə 3:2 hesabı ilə qalib gəlib. Bu matçda onun əsas “vuran ayaq”ları Kanales və Nəsimovla yanaşı, Periko da fərqlənib. Makedoniya «Horizont Turnovo»su ilə görüşdə də Kanaleslə yanaşı, komandanın daha bir aparıcı üzvü - Flavinyu fərqlənib və hesab 2:1 olub. Sonra Rusiya «Amkar»ına 0:4 hesabı ilə uduzan kollektiv, Çinin «Quandun Jiçjitsyuan» komandası ilə heç-heçə (4:4 – qollar: Flavinyu-2, Araz Abdullayev-2) oynayıb.
Mövsümün lideri «İnter» Bolqarıstandan İvan Yovanovskini yeni fiziki hazırlıq məşqçisi kimi korpusa daxil edib. Komanda Almaniya aşağı divizionundan «İnqolştadt»a uduzub (1:3) və yeganə qolunu Daniel Genov vurub. Ardınca Ukraynanın Zaporojye şəhərinin “Metallurq”u ilə qolsuz heç-heçə edib. Qazaxıstan «Ordabaşı»sına 2:0 hesablı qələbədə qollarını Samir Zərgərovla, baxışa cəlb edilmiş seneqallı Müəmmar Ndiaye vurublar. Klub Türkiyədə son oyununda Polşa «Poloniya»sına 3:0 hesabı ilə qalib gəlib və qollardan ikisini yeni transferi Fomenko, birini Genov vurub.

«Simurq», əvvəlki illərdən fərqli olaraq, bu dəfə daha ciddi işlər görür. Klub Bolqarıstan paytaxtı Sofiyanın SSKA-sı ilə heç-heçə edib – 3:3 (Nicat Qurbanov, Stepan Polyak və Mario Bojiç). Komandanın Rusiya «Tom»u ilə görüşü də heç-heçə başa çatıb və bu dəfə klubun baxışa cəlb etdiyi Tomislav Buşiç fərqlənib. Xorvatiyanın Belupo şəhərinin "Slaven" klubuna 0:3 hesablı yenidgidən sonar, Rumıniya "Petrolul"una da uduzub - 1:2.

«Qarabağ» «Xəzər Lənkəran»ı tərk etmiş Branimir Subaşiçin də transferini həll edib. Ağdamlılar «Uralsk»dan sonra keçirdikləri iki oyunda Ukrayna “Hoverla”sına və Litva “Ekranas”ına eyni hesabla (1:3) məğlub olub. Sonrakı oyunlarda isə Makedoniya «Horizonte Turnovo»suna (0:0) və Moldova “Tiraspol”una (1:1 - Ansi Aqolli) qalib gələ bilməyəib, lakin Gürcüstan “Zestafoni”sini Bleda və Muərrəmin qolları ilə yenib – 2:0.

«Xəzər Lənkəran» yenə də özünəməxsusluqla fərqlənib. Klub yenicə müqavilə imzaladığı bildirilən İvan Çoviçlə anlaşmanı pozub və yenidən qapıçı axtarır. Bu dəfə Rumıniyanın “Qaz Metan” klubundan 27 yaşlı xorvatiyalı qapıçı Filip Lonçariçlə müqavilə bağlanıb. Klub transfer qiyməti 250 min avro dəyərləndirilən Marin Orşuliçi heyətə cəlb edib. 2-illik müqavilə imzalamış bu dayaq yarımmüdafiəçisi «Zaqreb»dən gəlib. Bukndan əlavə, Alvaro Silva və Antonio «Toni» Doblas Santana ilə 1,5 illik sazişlər imzalanıb.

Sparrinqlərdə Ukrayna “Krivbass”ının (0:6) və Rumıniya “Timişoara”sının (0:2) qapısına yol tapa bilməyən lənkəranlılar, Moldova “Zimbru”suna 2:1 hesabı ilə qalib gəlib və digər klublarımızla oyunlardan tanış «Eter”lə «sülh paktı» bağlayıb - 1:1.

«Qəbələ»nin axtarışları da bitir. Ötən həftə klub rumıniyalı Kristian Pulhak, nigeriyalı müdafiəçi İfeanyi Emeqara, həmçinin əvvəldən baxışda olan Luka Jinko və Mustafa Dabo ilə anlaşıb. Komanda Almaniya aşağı divizion təmsilçisi "İnqolştadt"a 3:4 (qollar: Rəşad Abdullayev, avtoqol və Kamanan) hesabı ilə uduzub, sonra Ukrayna “Volın”ına qalib gəlib - 2:1 (Kamanan və Mendi). «Qəbələ» Zaporojye "Metallurq"u ilə görüşdə yeni transferi Ceyhun Sultanovla hesabda önə keçsə də, yekunda sülhlə barışıb – 1:1. Komanda Rumıniya “Petrolul”unu 2:0 (Yannik Kamanan, Rəşad Abdullayev ), “Styaua”sını 1:0 (Dodo) hesabı ilə məğlub edərək, Moldova «Milsami»si ilə heç-heçə oynayıb - 2:2 (Şəhriyar Xəlilov, Viktor Mendi).

AzAL “Neftçi»ni tərk etmiş Saşa Yunusoğlunu heyətə qatmaq üzrədir. «Təyyarəçilər» son iki həftə ərzində Çin “Dalyan Aerbin”i ilə sülh bağlayıb - 1:1 (Andrius Veliçka), sonra Bolqarıstan “Eter”inə 1:0 (Orxan Həsənov), Finlandiya TPS-inə 4:0 (Nildu, Benuahi, Boqdanoviç, İqbekoyi), ardınca həmin hesabla Makedoniyanın “Horizonte Turnovo”suna (Benuahi-2, Tağım Novruzov, Orxan Həsənov) qalib gəlib.

«Bakı», türk əsilli hollandiyalı Fərdi Almazın və rumıniyalı hücumçu Marius Penyanın ardınca, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi Mario Martines Rubio ilə anlaşıb. Təlimləri yekunlaşdıran «Bakı» Xorvatiya “Osiyek”i ilə qolsuz heç-heçə edib. Bundan əvvəl bir gün ərzində iki matç keçirib və macar “Uypeşt”inə 0:2 hesabı ilə uduzaraq, Almaniya “Berqişqladbax”ına 1:0 hesabı ilə qalib gəlmişdi (Fərdi Almaz).

«Rəvan» ötən həftə Nodar Məmmədov, Ramil Həşimzadə və Emin Mustafayevlə müqavilə imzalayıb. Klub Polşa «Sunkar»ından gəlmiş serbiyalı Miloş Adamoviçi bəyənib. "Qaradağ-Lökbatan”la 1:1 hesabı ilə başa çatan görüşdə də qələbə topunu vurmuş futbolçu ilə müqavilə imzalanıb. «Bakı»nı tərk etmiş Ramazan Abbasov haqqında isə qərar yaxın vaxtlarda veriləcək. O, «Neftçala» ilə matçda bərabərlik qolunu vurub. «Sumqayıt»la matç da həmin hesabla yekunlaşıb. Bu matçla «Sumqayıt»ın da mövsümün qalan hissəsinə canlı hazırlığı başlanıb. Sumqayıt Azərbaycan U-21 millisinin sabiq yarımmüdafiəçisi Mirzağa Hüseynpuru da heyətə cəlb edib. Klub "Rəvan"dan sonra «Kəpəz»ə qalib gəlib - 1:0 (Sabir Allahquliyev).

Ötən həftənin ən sakit klubu «Turan» olub. Komanda yeni futbolçuları baxışdan keçirir. «Bakı»dan Elşad Manafov, Vüqar Bəybalayev və Ülvi Quliyev Tovuz klubunda icarə müddətində bacarıqlarını artırmağa çalışacaqlar.

Meydanın ot örtüyünə görə yeni arena seçməli olan Gəncə «Kəpəz»i də Bakıya üz tutub. Klub matçlar «Dalğa-arena»da keçirəcəyini açıqlayıb. O, bir neçə futbolçunu sınaqdan çıxarır və artıq ikinci yoxlama oyununu da keçirərək, «İnter»in əvəzediciləri ilə 2:2 hesabı ilə heç-heçə oynayıb. «Neftçala»ya qələbə topunu (1:0) baxışda olan Elgiz Kərimli vurub. Sonra komanda həmşəhərlisi «Tərəqqi» ilə iki dəfə sülh bağlayıb - 0:0 və 1:1. Klub üçün bir acı xəbər veteran üzvü Azər Məmmədovun karyerasını başa vurmasıdır.

BATI

19-cu tur
9 fevral (şənbə)
“Rəvan” (Bakı) – “Turan” (Tovuz)
AzAL (Bakı) – “Simurq” (Zaqatala)
“Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı)
10 fevral (bazar)
“Bakı” – “Sumqayıt”
“Qəbələ” – “Qarabağ” (Ağdam)
11 fevral (bazar ertəsi)
“Xəzər Lənkəran” – “İnter” (Bakı)

Xəbər 994 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru