Boks üzrə qadınlardan ibarət milli komandamız Qazaxıstanda bu ölkənin seçməsi ilə birgə təlim-məşq toplanışını başa vurub. Baş məşqçi Şamil Məmmədbəyovun rəhbərliyi ilə hazırlıqda Ceyran Dadaşova (48 kq), Əzizə Abbasova, Anaxanım Ağayeva (hər ikisi - 51 kq), Yelena Vıstropova (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (+91kq) iştirak ediblər.
İdman.com.az saytının məlumatına görə, komandamız dekabrın 9-dan 16-dək Qazaxıstanda 10 ölkənin iştirak edəcəyi beynəlxalq turnirdə mübarizə aparacaq. Yarışda Rusiya, Çin kimi qadın boksunda böyük uğurlara nail olmuş ölkələrin dəri əlcək ustaları da güclərini sınayacaqlar.
|