Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milli Olimpiya Komitəsi ilin yekunları ilə bağlı qala gecəsi keçirib
Tarix: 07.12.2023 | Saat: 05:08:00 | E-mail | Çapa göndər
Milli Olimpiya Komitəsinin (MOK) idman yekunlarına həsr olunmuş təntənəli “Olimpiya gecəsi” mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2023-cü ilin Azərbaycan idmanı üçün uğurla keçdiyini deyib. Nailiyyətlərin ildən-ilə artdığını söyləyən Çingiz Hüseynzadə bunun səbəbinin ölkə başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi və fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb.

Qazanılan uğurlara görə federasiya rəhbərlərini, idmançıları və idman ictimaiyyətinin nümayəndələrini təbrik edən Ç.Hüseynzadə 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağına inandığını bildirib.

Sonra Avropa Olimpiya Komitələrinin və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun videoformatda təbriki olub. O, tədbir iştirakçılarını Azərbaycan dilində salamlayıb. Funksioner Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, Birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu deyib. Bildirib ki, Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin bir hissəsidir.

2023-cü ilin idman yekunları ilə bağlı videoçarx təqdim olunduqdan sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Laureatlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC da yer alıb. Aparılan sorğunun yekun nəticələrinə əsasən, agentlik ilin ən aktiv yazılı mediası seçilib. "İdman TV" isə ilin ən aktiv telekanalı nominasiyası üzrə fərqlənib. MOK-un vitse-prezidenti, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftəhəddinova mükafatları AZƏRTAC-ın idman redaksiyasının müdiri Ramin Qurbana və "İdman TV"nin direktoru Rövşən Binnətliyə təqdim edib.

Bundan başqa, Azərbaycan Cüdo Federasiyası "Qızlara ağ yaraşır" sosial layihəsi ilə ilin ən yaradıcı, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilin ən aktiv idman qurumu adına layiq görülüb. Elm və Təhsil Nazirliyi ilin ən loyal tərəfdaşı, Azərbaycan Dövlət Reklam Agentliyi ilin ən aktiv tərəfdaşı nominasiyası üzrə qalib olub. BP şirkəti ilin ən kreativ, "Toyota" isə ilin ən aktiv sponsoru olub.

İlin ən aktiv qadın idmançısı adını qadın güləşçi Mariya Stadnik, ilin ən aktiv kişi idmançısı adını isə veteran cüdoçu Rüstəm Orucov qazanıb.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və digər tanınmış idman xadimləri təqdim ediblər.

Təntənəli yubiley mərasimi konsert proqramı ilə davam edib.
Xəbər 117 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
16.05.2024 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16.05.2024 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16.05.2024 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16.05.2024 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15.05.2024 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15.05.2024 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15.05.2024 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru