Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycanda səmti müəyyən etmə idman növünün perspektivləri müzakirə edilib
Tarix: 23.10.2012 | Saat: 14:02:00 | E-mail | Çapa göndər
Oktyabrın 22-də “Park İNN” mehmanxanasında “Azərbaycan Respublikasında səmti müəyyən etmə idman növünün hazırkı vəziyyəti və gələcək perspektivləri” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının (ASMEİF) prezidenti Mirəli Kazımov mövzu ilə bağlı konfrans iştirakçılarına məlumat verərək son aylar ərzində keçirilmiş yarışlar haqqında danışmışdır. O qeyd etmişdir ki, Azərbaycanda Səmti Müəyyən Etmə İdman Federasiyasının fəaliyyətinin canlandırılması və bu idman növü üzrə yarışlara təşkilati dəstəyi Vergilər Nazirliyi, konsultativ dəstəyi isə Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi vermişdir. Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının (BSMEİF) beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Tatyana Kalendaroğlu ASMEİF-in fəaliyyətini yüksək qiymətləndirmiş, ASMEİF-in beynəlxalq federasiyanın üzvlüyünə qəbul olunduğunu bildirərək, BSMEİF və Türkiyə Səmti Müəyyən Etmə İdman Federasiyası prezidentlərinin təbrik məktublarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Sonra səmti müəyyən etmə Federasiyası tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilmişdir.

Konfransda çıxış edən Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov vurğulamışdır ki, Azərbaycan BSMEİF-in sıralarına qoşulan 74-cü ölkədir. Daha bir ölkə beynəlxalq quruma qoşulduqdan sonra, BSMEİF idmanın bu növünün Olimpiya Oyunlarının proqramına salınmasını qarşısında məqsəd kimi qoymuşdur. Tədbirdə qeyd olunmuşdur ki, ölkəmizdə idmanın bütün növləri inkişafdadır. Hazırda respublikamızda 84 idman federasiyası fəaliyyət göstərir ki, bunlardan da 28-i olimpiya yönümlüdür.

Ukraynanın Azərbaycandakı səfiri, ASMEİF-in fəxri üzvü Aleksandr Mişenko ölkəmizdə idmana göstərilən dövlət qayğısının əhəmiyyətini yüksək qiymətləndirmiş və bu idman növü üzrə keçirilən turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. Səfir vurğulamışdır ki, gözəl təbiəti, meşə, çay və gölləri olan Azərbaycanda bu idman növünün inkişaf etməsi üçün münbit şərait vardır. Son yarışda 200-dən artıq idmançının iştirak etməsi Azərbaycanda idmanın bu növünə marağın böyük olduğunu göstərir.

Konfransda çıxış edən vergilər nazirinin müavini, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində ölkəmizdə idmanın bütün növlərinin sürətli inkişah mərhələsi yaşadığını, müəyyən dövrlərdə diqqətdən kənarda qalmış bir sıra idman növlərinə ikinci nəfəs verildiyini qeyd edərək, bütün bunların xalqımız, xüsusilə də gənclər arasında sağlam həyat tərzinin daha geniş yayılmasında, beynəlxalq aləmdə Azərbaycanın qabaqcıl bir idman ölkəsi kimi tanınmasında mühüm rol oynadığını bildirmişdir.
Müasir dövrdə uşaqdan böyüyə kimi əksər insanların vaxtının böyük bir hissəsini televizor ekranları və ya kompyuterlər qarşısında keçirdiyini vurğulayan natiq onları gələcəkdə hansı fəsadlar verəcəyi, heç kəsə bəlli olmayan bu məşğuliyyətdən heç olmasa müəyyən bir müddətə ayıraraq idman, xüsusilə də idmanın açıq havada keçirilən növlərindən olan velosiped sürməyə və səmti müəyyən etmə kimi növlərinə cəlb etməyin vacibliyini qeyd etmişdir.

Bu idman növləri kütləvi idman növləri hesab olunduğundan məktəblərdə, universitetlərdə onların təbliğinə xüsusi fikir verilməli, idmanla məşğul olanlara lazımi şərait yaradılmalı, bu işlə yalnız Gənclər və İdman Nazirliyi deyil, Təhsil nazirliyi, Həmkərlar İttifaqları, digər dövlət qurumları və ictimai təşkilatlar da yaxından iştirak etməlidirlər.
Öz növbəsində Vergilər Nazirliyinin güləş, otüstü hokkey, velosiped idmanı və əlavə olaraq səmti müəyyən etmə idmanı federasiyalarına hamilik etdiyini konfrans iştirakçılarının diqqətinə çatdıran S.Ələkbərov bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.

Konfransda səmti müəyyən etmə idman növünün inkişaf etdirilməsi və gələcəkdə görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Məlum olduğu kimi, oktyabrın 19–21-i tarixlərində Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyən etmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirilmişdir. Yarış Azərbaycan tarixində ilk dəfə olaraq müasir kompüter sistemlərinin tətbiqi ilə, yəni hər iştirakçının məsafədə elektron qaydada qeydiyyatı vasitəsilə həyata keçirilmişdir.
Kişilər arasında Prezident Kubokunun birinci günü kişilər arasında şəxsi hesabda uzaq məsafəyə qaçış üzrə Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Aleksandr Mişenko ən yüksək nəticə göstərmişdir. Niyaməddin Əsədov gümüş mükafata layiq görülmüş, üçüncü yeri Anar Qasımov tutmuşdur. Qadınlar arasında uzaq məsafəyə qaçış üzrə Azərbaycan Çempionu Natalya Əliyeva olmuş, ikinci yeri Günel Quliyeva, üçüncü yeri isə Tatyana Qəniyeva tutmuşdur.
Çempionatın ikinci günü kişilər arasında qısa məsafəyə qaçış üzrə yarışda yenə də səfir Aleksandr Mişenko birinci yerə çıxmış, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Vladimir Skvortsov və Niyaməddin Əsədov tutmuşlar. Qadınlar arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Nadejda Lopatkina olmuş, ikinci yeri Yevgeniya Əliyeva (şəxsi hesab) tutmuş, bürünc medalın sahibi isə Tatyana Solovyova (şəxsi hesab) olmuşdur.

İkigünlük yarışların yekunları üzrə komanda hesabında ümummilli lider Heydər Əliyev adına Prezident Kubokunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci komandası qazanmışdır. İkinci yeri Müdafiə Nazirliyinin 1-ci komandası, üçüncü yeri isə Səmti Müəyyən Etmə Federasiyasının komandası tutmuşdur.
Fərdi hesabda qaliblər və mükafatçılar Gənclər və İdman Nazirliyinin medalları və diplomları ilə təltif edilmiş, yarışların qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası artıq gələn yarışların daimi elektron təminatı kateqoriyasına keçmək və 2013-cü ilin yazında Türkiyə, Rusiya, Ukrayna, Belarus və Gürcüstan komandalarının iştirakı ilə Azərbaycan ərazisində ilk dəfə olaraq beynəlxalq yarışlar keçirmək niyyətindədir.
Bundan başqa, Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının dəstəyi ilə 2013–cü ilin payızından başlayaraq Azərbaycanda Xəzəryanı və Qara Dəniz ölkələrinin idmançılarının iştirak edəcəyi Heydər Əliyev adına Beynəlxalq Kubok uğrunda ənənvi yarışların keçirilməsi planlaşdırılır.

Xəbər 1542 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru