Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Elxan Səmədov: Azərbaycan Premyer Liqasına maraq böyükdür
Tarix: 23.01.2023 | Saat: 12:30:00 | E-mail | Çapa göndər
Azərbaycan Premyer Liqasının cari mövsümü daha maraqlı keçir. “Qarabağ” komandasının turnir cədvəlində birinci pillədə yer almasına baxmayaraq, futbolsevərləri qarşıda ciddi mübarizə gözləyir. “Neftçi”, “Zirə”, “Sabah” və “Qəbələ” komandaları gözəl və baxımlı oyun nümayiş etdirirlər. İnanıram ki, Azərbaycan Premyer Liqasının bundan sonrakı oyunları da maraqlı olacaq.

Bu sözləri məxsusi müsahibəsində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.

PFL rəsmisi azarkeşlərin stadionlara cəlb edilməsində əsas amilin komandaların gözəl oyun göstərməsindən asılı olduğunu bildirərək deyib: “Digər məqam isə stadionlardakı şəraitdir. Azarkeşlər stadiona rahat gələ bilməlidir. Oturacaqlar rahat olmalı, arena ərazisində satış məntəqəsi fəaliyyət göstərməlidir. Onların fasilədə su və yüngül yeməklər ala bilməsi əsas amillərdəndir.

“Azərbaycan Premyer Liqası İngiltərə, İspaniya, İtaliya və digər ölkələrin çempionatları ilə müqayisədə o qədər güclü olmasa da, yerli yarışa böyük maraq var. PFL-in rəsmi yutub səhifəsində çempionatın oyunlarını on minlərlə insan izləyir. Rəhbərlik etdiyim qurumun əsas hədəfi çempionatın maraqlı idman mübarizəsi şəraitində keçməsinə nail olmaqdır. Ən əsası matçların ədalətli və şəffaf qaydada keçirilməsidir”, - deyə E.Səmədov əlavə edib.

Vurğulayıb ki, PFL-in xüsusi layihəsi çərçivəsində regionlarda çoxlu sayda jurnalist görürük. Bu bizi çox sevindirir. Bu həm PFL, həm də klublar və məşqçilər üçün xoşdur. Çünki bölgələrdə təşkil olunan matçlardan sonra keçirilən mətbuat konfransları yetərincə rəngarəng olur.

E.Səmədov bildirib ki, növbəti mövsümdən Birinci Divizionun və əvəzedici heyətlər arasında çempionatların ayrı keçirilməsini düşünürük. Region komandalarının əvəzedici heyətlə Birinci Divizionda mübarizə aparması azarkeşlər üçün o qədər də maraqlı olmur. Hesab edirəm ki, növbəti mövsüm fərqli olacaq. Hər iki çempionatda klublar gözəl oyun nümayiş etdirəcəklər. Birinci Divizionda 10 region klubunun iştirakını planlaşdırırıq. Hazırda Birinci Divizionun oyunlarında yetərincə azarkeş iştirak edir.

Azərbaycan Premyer Liqasının oyunlarının internet üzərində satışı ilə bağlı “İnsports” şirkəti ilə danışıqların getdiyini vurğulayan PFL-in rəhbəri qeyd edib ki, artıq biz test yayımlara başlamışıq. Ümid edirəm ki, bu ayın sonunadək danışıqlar yekunlaşaraq müsbət nəticələnəcək.

“Hakimlərin idarəçiliyi məni tam qane edir deyə bilmərəm. Ötənilki mövsümlə müqayisədə, bəlkə də VAR sisteminə görə, yaxşılığa doğru fərq hiss olunur. Artıq biz VAR sistemi üzrə ikinci maşını sifariş etmişik. Planlaşdırırıq ki, bu mövsümün sonunadək ikinci maşın olacaq”, - deyə natiq əlavə edib.

Klub rəhbərləri ilə görüşlərin yetərincə faydalı olduğunu bildirən E.Səmədov deyib: “Bu görüşlər klubların problemlərinin həllinə yönəlib. Onlara necə köməklik göstərə bilərik, onlar bizə necə dəstək ola bilərlər. Bütün problemləri klubların üzərinə atmaq fikrimiz yoxdur. Müzakirə olunan məsələlərin böyük hissəsi artıq öz həllini tapıb.

PFL bu il də fasilə dönəmində xüsusi fəallıq göstərdiyini bildirən E.Səmədov klublarımızın Antalya toplanışının geniş işıqlandırıldığını deyib. Bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə cəmi 8 nəfərlik heyətlə səfər edildi. Hətta PFL rəhbəri olaraq Antalyaya yollanmadım. Əsas səbəb büdcəyə qənaət idi. Klublardan nə üçün səfər etməməyimlə bağlı çoxlu suallar gəldi. Səbəb büdcəyə qənaət etmək istəyimizdir. Ötən illərlə müqayisədə Antalyaya yollanan əməkdaşlarımızın sayı az olsa da, böyük işlər gördük. On üç oyunu canlı yayımla təqdim etdik. Millinin baş məşqçisi Cianni de Byazi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Sabah”ın baş məşqçisi Murad Musayev, “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub, “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev, baş məşqçisi Ayxan Abbasov və digər rəsmilərin, baş məşqçilərin, yeni transferlərin, kapitanların açıqlamalarını canlı yayımda təqdim etdik. Bir sözlə, komandamız uğurlu çalışdı”.
Xəbər 231 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru