Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AŞF-nin prezidenti: Bu il daha gərgin və maraqlı anlarla yadda qaldı
Tarix: 21.12.2022 | Saat: 07:58:00 | E-mail | Çapa göndər
Azərbaycan Şahmat Federasiyasında 2022-ci ilin yekunlarına həsr olunan görüş keçirilib.

Tədbirdə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, birinci vitse-prezidenti Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov, Cahangir Ağarəhimov, baş katib İlahə Qədimova iştirak ediblər.

Görüşdə əvvəlcə 2022-ci ildə əldə olunan uğurlardan danışılıb. Çıxış edən federasiya rəhbəri Mahir Məmmədov şahmatçıların qazandığı nailiyyətləri yüksək qiymətləndirib: “İlin əvvəlində Azərbaycan çempionatı keçirildi. Federasiya turnirin mükafat fondunu artırmaqla bütün şahmatçıların yarışda iştirakını təmin etməyə çalışdı. Azərbaycan çempionatı bu il daha gərgin və maraqlı anlarla yadda qaldı. Yekunda Məhəmməd Muradlı və Gövhər Beydullayeva çempionluq sevinci yaşadı.

Bu il şahmatçılar bir sıra mötəbər beynəlxalq yarışlarda layiqli nəticələr əldə etdi. İlk növbədə, 20 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatını qeyd etməliyəm. Mötəbər yarışda hər iki kateqoriya üzrə qızıl medalları azərbaycanlı şahmatçılar qazandı. Abdulla Qədimbəyli və Gövhər Beydullayeva gənclər arasında dünya çempionu tituluna sahib çıxmaqla adını tarixə yazdı.

Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında mükafatçılar sırasında yer aldı. Günay gümüş, Ülviyyə bürünc medala layiq görülməklə ilkə imza atdı. Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa Çempionatında iki təmsilçimiz medal qazandı. 12 yaşlı oğlanların yarışında Xaqan Əhməd ikinci, 10 yaşlı qızların yarışında isə Leyla Mirzəliyeva üçüncü yeri tutdu. Rumıniyanın Mamaya şəhərində dünya birinciliyində bir medalımız oldu. 18 yaşlı qızların yarışında Ayan Allahverdiyeva gümüş medal əldə etdi.

Doğma Şuşada ilk dəfə şahmat üzrə beynəlxalq şahmat turniri baş tutdu. Kişilərin yarışında Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov qələbə qazanaraq ilk turnirin qalibi oldu.

Naxçıvan 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə qəbul etdi. Azərbaycan yığması mötəbər yarışda fəxri kürsünün üçüncü pilləsində yer aldı.

Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan yarış Azərbaycan komandasının qələbəsi ilə başa çatdı”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov milli komandaların Hindistanda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasındakı çıxışından razı qalmadığını bildirib: “Kişi şahmatçılardan ibarət milli komandamız olimpiadada yüksək nəticə əldə etmədi. Biz komandanın çıxışından razı qalmadıq. Olimpiadadakı mübarizədən nəticə çıxaracaqlarına ümid edirik. Hindistandakı yarışın yekun nəticəsi təhlil olunmalıdı. Qadın şahmatçılarımıza gəlincə, olimpiadada daha əzmkar mübarizə göstərdilər. Son tura qədər medalçılar sırasına düşmək şansları var idi. Təəssüf, yekunda istədiyimiz nəticə olmadı. Avropa Kuboku yarışlarında da təmsilçilərimiz ümidləri doğrultmadı”.

İclasda qeyd olunub ki, AŞF ölkə çempionatında bütün şahmatçıların iştirak etməsini arzulayır. Federasiya rəhbəri hər il Azərbaycan çempionatında mükafat fondunu artırmaqla güclü rəqabət yaratmağa səy göstərir. AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov növbəti illərdə bütün şahmatçıların ölkə çempionatına qatılacağına ümid etdiyini söyləyib.

İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 2022-ci ilin nəticələrini belə dəyərləndirib: “Bu il federasiyanın büdcəsi artırıldı, tam şəffaflıq təmin olundu. Gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıldı. Ona görə 2022-ci ili kifayət qədər vacib dövr adlandırmaq olar. Bütün şahmatçılara növbəti yarışlarda uğurlar arzulayıram”.

Tədbirin sonunda rapid və blits üzrə Azərbaycan çempionatının qaliblərinə medal və diplomlar təqdim olunub.

Xatırladaq ki, blits üzrə Azərbaycan çempionatında 9 turdan 7 xal toplayan Aydın Süleymanlı yarışın qalibi adını qazanıb. Vüqar Əsədli və Rauf Məmmədov müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. Qadınların yarışında Gülnar Məmmədova 7 oyundan 6 xal toplayaraq birinci olub. Xanım Balacayeva çempionatı 6,5 xalla ikinci, Türkan Məmmədyarova isə 4,5 xalla üçüncü yerdə başa vurub.
Xəbər 200 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru