Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
18/05 | 19:01 Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub
18/05 | 18:00 AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
18/05 | 16:59 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18/05 | 16:28 Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18/05 | 14:56 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
18/05 | 13:34 Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu olub
18/05 | 11:23 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
17/05 | 17:56 Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
17/05 | 13:49 Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Cüdomuzun canlı əfsanəsi Tərlan Həsənovun 80 illiyi qeyd olunub
Tarix: 29.11.2022 | Saat: 07:12:00 | E-mail | Çapa göndər
Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi qeyd edilir. Belə əlamətdar bir vaxtda cüdo üzrə tanınmış məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun da 80 yaşı tamam olur.

Hər iki əlamətdar hadisəyə həsr edilmiş tədbirdə dövlət orqanlarının, Milli Olimpiya Komitəsinin, Yaponiyanın ölkəmizdəki səfirliyinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, Olimpiya, dünya, Avropa çempionları, yubilyarın yetirmələri, tanınmış idmançılar iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra həyat və fəaliyyəti Azərbaycan cüdosu ilə sıx bağlı olan Tərlan Həsənov haqqında qısametrajlı film nümayiş nümayiş olunub.

İlk söz yubilyara verilib. O, tədbir iştirakçılarına təşəkkürünü bildirərək deyib: “Biz bir ailəyik, mehriban cüdo ailəsi. Düzdür, vaxtilə bir-birimizlə tatamidə rəqabət aparmışıq. Amma biz müəllimlər öz yetirmələrimizə öyrətmişik ki, rəqabət yalnız tatamidə olmalıdır. Tatamidən sonra isə yenidən əl verib, qucaqlaşmışıq. Bu gün də bir yerdə olmağımızdan hədsiz sevinc hissi keçirirəm”.

Azərbaycan üçün cüdo üzrə üçüncü Olimpiya çempionu yetişdirməyin özünün ən böyük arzusu olduğunu bildirən Tərlan müəllim deyib: “Fərqi yoxdur, həmin idmançı şəxsən mənim yetirməm olacaq, ya da mənim tələbəmin, əsas odur ki, bu işdə mənim də payım olsun”.

Əməkdar məşqçinin yetirmələrindən olan müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti, Milli Qəhrəman Mədət Quliyev çıxışında yubilyarın məşqçi və müəllim kimi yüksək keyfiyyətlərindən bəhs edərək deyib: “Ulu öndər Heydər Əliyev müəllimliyi ən şərəfli sənət adlandırıb. Tərlan müəllim öz tələbələrinə təkcə cüdonun sirlərini öyrətməyib, həm də onların bir insan, vətəndaş kimi formalaşmasında mühüm rol oynayıb. O, müəllimliyi belə görüb və bizi də belə tərbiyə edib”.

Əziz müəlliminə ən xoş arzularını və təşəkkürünü çatdıran M.Quliyev ona “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalını təqdim edib.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramin Əlizadə təmsil etdiyi qurumun rəhbərliyi adından yubilyarı təbrik edib, ona uzun ömür, cansağlığı və yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Tərlan Həsənovun cüdo üzrə ən uzun müddət fəaliyyət göstərən məşqçi kimi ölkəmizdə idmanın bu növünün inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdıran R.Əlizadə bu xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə ona nazirliyin diplomunu təqdim edib.

Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov isə Azərbaycanda cüdonun təşəkkül tapmasında və inkişafında qocaman mütəxəssisin böyük rolu olduğunu bildirərək deyib: “Bu gün biz qürur hissi keçiririk ki, Azərbaycanda uzun illər ərzində öz bacarığını bütün dünyaya göstərən Tərlan Həsənov kimi bir müəllimimiz var. Bu, hər kəsə nəsib olmur. Azərbaycan Cüdo Federasiyası və cüdoçular adından Tərlan müəllimi 80 illik yubiley münasibətilə təbrik edirəm. Tərlan müəllimə bundan sonra da gümrah qalmağı, yüksək potensiala malik cüdoçular yetişdirməyi arzulayıram. Çox istərdim ki, Tərlan müəllimin tələbələri üçüncü Olimpiya qızılını qazansınlar. Bu həm də Tərlan müəllimin arzusudur”.

Natiq Bağırov çıxışından sonra Tərlan Həsənova federasiya adından onun neftlə çəkilmiş portretini, Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi üçün məhdud sayda və nəfis tərtibatda hazırlanmış yubiley medalının ilk nümunəsini, həmçinin poçt-markalarını təqdim edib.

Daha sonra Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev yubilyarı təbrik edib, onun Azərbaycan idmanının fəaliyyətindəki xidmətlərini yüksək qiymətləndirib. “Bu gün hər birimiz sevinirik ki, Azərbaycanın belə bir dəyərli idman mütəxəssisi var. Tərlan müəllim hər birimizin kumiridir. Biz hamımız Tərlan müəllimin zalında onun məşqçiliyi altında cüdonun sirlərinə yiyələnmişik. Onun hər birimizin üzərində böyük zəhməti var. Bu zəhməti heç vaxt danmaq olmaz. O, bizim üçün bir örnəkdir, nümunədir, dəyərdir. Həm insan, həm də məşqçi-müəllim kimi əvəzolunmaz simadır. Tərlan müəllim böyük bir məktəb yaradıb və bu gün də onun tələbələri bu məktəbin uğurlarını layiqincə davam etdirirlər”, - deyə Adil Əliyev qeyd edib.

Tədbirdə iştirak edən Tərlan Həsənovun tələbələri, onun yaxın dostları və idman ictimaiyyətinin nümayəndələri təcrübəli mütəxəssislə bağlı maraqlı xatirələrini bölüşərək, təbriklərini çatdırıblar.

Tərlan Həsənovun yetirmələrindən olan, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov təşkil etdiyi yubiley tədbirində qonaqlara tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə musiqi proqramı da təqdim olunub.

Xatırladaq ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə Əməkdar məşqçi adına layiq görülüb.

2019-cu ildə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın "Gümüş Şüalı Gündoğar” ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

T.Həsənov məşqçi işlədiyi müddət ərzində hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, IV İslam Həmrəyliyi Oyunlarında və Avropa kateqoriyalı bir sıra beynəlxalq turnirlərdə yüzlərlə müxtəlif əyarlı medallar qazanıblar. Onun yetirmələri arasında iki Olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarca yüksək rütbəli zabitlər var.
Xəbər 254 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11.05.2024 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10.05.2024 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
05.05.2024 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05.05.2024 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
27.04.2024 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
26.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionu olub
25.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
14.04.2024 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14.04.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru