Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Olimpiya mükafatçısı “Judo Club 2012” ilə müqavilə imzalayıb
Tarix: 29.09.2022 | Saat: 08:05:00 | E-mail | Çapa göndər
Tanınmış cüdoçu, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Judo Club 2012”də davam etdirəcək. İdmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012”nin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov iştirak ediblər.

Cüdoçu milli komandamızın heyətində bu il iki mötəbər yarışda - Macarıstanda “Böyük dəbilqə”, Xorvatiyada isə keçirilən Beynəlxalq Cüdo Federasiyasının Qran-Pri yarışlarında iştirak edib və hər ikisində gümüş medal qazanıb.

ACF-nin vitse-prezidenti E.Məmmədli deyib ki, Azərbaycan bayrağı altında çıxış etmək Səidin ən böyük arzusu olub. Federasiyanın rəhbərliyi ona bu arzusunu gerçəkləşdirmək imkanı yaradıb və milli komandanın heyətində daxil edib. Səidlə bağlı böyük planlarımız var, onun ölkəmizdə də karyerasının uğurla olacağına inanırıq. “Judo Club 2012” ilə əməkdaşlıq həm onun idman karyerasına, həm də Azərbaycan cüdosunun inkişafına müsbət təsir göstərəcək.

Federasiyanın prezidentinin müşaviri Natiq Bağırov da hazırda milli komandanın liderləridən olan Səid Mollayinin qərarını yüksək qiymətləndirib. O deyib: “Ölkəmizdə mükəmməl məşq bazası olan “Judo Club 2012”nin Səidin öz uğurlarını daha artırması üçün hər cür şərait yaradacağına əminik. Belə titullu bir idmançı ilə iş birliyi Azərbaycan cüdosunun inkişafına sanballı töhfələr verən klubun özünün də nüfuzunu yüksəldəcək. Klubun yığma komandalarımıza daim dəstək göstərdiyini də minnətdarlıq hissi qeyd etmək istərdim. Hazırda yığma komandamız üçün baza tikilir. Belə bir vaxtda “Judo Club 2012” öz qapılarını təmənnasız olaraq yığma komandaya açıb. Yeniyetmələrdən ibarət yığmamız burada məşq edir. Vaxtilə qızlardan ibarət millimiz də klubda məşq keçib. Fürsətdən istifadə edib, federasiya rəhbərliyi adından klubun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əminəm ki, əməkdaşlığımız davamlı olacaq”.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, klubun təsisçisi Azər Əsgərov Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”ni seçməsini çox sevindirici hal kimi dəyərləndirib.

“Belə titullu bir idmançının klubun üzvü olması, burada məşq etməsi yeniyetmə və gənc idmançılar üçün çox böyük stimul olacaq. Klubumuzun qapısı Azərbaycan cüdosunun inkişafına çalışanların hamısının üzünə açıqdır. Federasiya ilə əlaqələrimiz yüksək səviyyədədir. “Judo Club 2012” cüdosevərlərin ikinci evidir və biz cüdonun inkişafı üçün bundan sonra da əlimizdən gələni etməyə hazırıq”, - deyə Azər Əsgərov bildirib.

Klubun icraçı direktoru Mübariz Cəfərov Səid Mollayinin klubda məşq etməsi üçün ona hər cür şərait yaradılacağını bildirib: “Səid 81 kiloqram çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir. Onun kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının klubumuzun üzvü olması bizim üçün sevindirici haldır. Bu, istedadlı və gənc cüdoçuların inkişafına da müsbət təsir göstərəcək. İnanıram ki, klubla müqaviləyə qol çəkəcək Səid Mollayinin gələcək karyerası bundan sonra da uğurlu olacaq”.

Klubun icraçı direktoru M.Cəfərovla birlikdə müqaviləni imzaladıqdan sonra Səid Mollayi deyib: “Azərbaycan yığmasının və “Judo Club 2012” ailəsinin üzvü olduğum üçün qürur duyuram. Azərbaycana həmişə böyük sevgim olub. Ölkəmizin və “Judo Club 2012”nin adını uca tutmağa çalışacağam. Hazırlığımı əsasən milli komandanın məşq bazasında keçirəm. Amma klubda yaradılan şəraiti gördükdən sonra heyrətimi gizlədə bilmədim. Bu günədək dünyanın bir sıra ölkələrində təlim-məşq toplanışlarında və yarışlarda iştirak etmişəm. Lakin heç bir ölkədə belə yüksək imkanları olan klub görməmişəm. Burada, həqiqətən də, məşq keçmək üçün hərtərəfli şərait yaradılıb. Belə bir klubda məşq keçən idmançı mütləq yüksək nəticə göstərməyə çalışmalıdır”.

Müqavilə imzalandıqdan sonra ACF rəsmilərinin və Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”nin məşqçi heyəti və idmançıları görüşü keçilib və xatirə şəkli çəkdirilib.
Xəbər 269 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11.05.2024 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10.05.2024 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
05.05.2024 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05.05.2024 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
27.04.2024 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
26.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionu olub
25.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
14.04.2024 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14.04.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru