Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Anar Allahverdiyev: “Vüqar Həşimov” klubunun uğurlarının əsasında komanda ruhu və qələbə əzmi dayanır
Tarix: 12.09.2022 | Saat: 06:29:00 | E-mail | Çapa göndər
Oktyabrın 2-dən 10-dək Avstriyada şahmat üzrə klublararası Avropa kuboku yarışı keçiriləcək. Ötən il analoji yarışda bürünc medal qazanan “Vüqar Həşimov” komandası bu il də turnirdə ölkəmizi təmsil edəcək. Vüqar Həşimov Fondunun direktoru, Əməkdar məşqçi Anar Allahverdiyev yarışa hazırlıq, heyətin potensialı və rəqiblər barədə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

-“Vüqar Həşimov” komandası ciddi sınaq ərəfəsindədir. Komanda klublararası Avropa kubok yarışında iştirak edəcək. Turnir üçün heyət formalaşdırılıbmı? Əgər heyət hazırdırsa seçim edərkən hansı amillərə üstünlük verdiniz?

“Vüqar Həşimov” şahmat klubu artıq dördüncü dəfədir klublararası Avropa kuboku yarışında iştirak edəcək. Keçən il mötəbər yarışda komandamız mükafatçılar sırasına düşdü və bürünc medal qazandı. Artıq yarış üçün heyətimiz tam formalaşıb. Heyətdə müəyyən dəyişikliklər olub. Belə ki, ötən yarışda heyətdə perspektivli şahmatçı Aydın Süleymanlı çıxış edirdi. Bu il o, superturnirə dəvət alıb. Şahmatçı bu dəvəti təxminən iki-üç il əvvəl “Aeroflot Open" turnirin qalibi kimi qazanıb. Bu səbəbdən onun yerinə başqa şahmatçı götürməli olduq. Seçim edərkən əsas üstünlüyü gənc şahmatçılara verdik. Klubda iki gənc şahmatçı var ki, onlardan biri Misrəddin İsgəndərovdur. Misrəddinin yaşı çox olmasa da, biz onu təcrübəli bir şahmatçı kimi tanıyırıq. Stabil olaraq son illər yüksək nəticələr göstərir. Təxminən 2600 əmsala malikdir. Azərbaycan çempionatında da çox yaxşı çıxış edib. Digər gənc şahmatçımız isə Xəzər Babazadədir. O, 2005-ci ildə anadan olub, 18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionudur, beynəlxalq ustadır. Respublikanın ən perspektivli gənclərindən sayılır.

Biz yenə öz konsepsiyamızı gənclərdən ibarət şahmatçıları heyətə dəvət edərək formalaşdırırıq. Konsepsiyamızın əsas məqsədi gənc şahmatçılara şərait yaratmaq və onların böyük turnirlərdə iştirakını təmin etməkdir. Çünki onlar həm maliyyə, həm də əmsal baxımdan belə turnirlərə dəvət ala bilmirlər. Kubok yarışında ilk çıxışımız zamanı Əhməd Əhmədzadə və Aydın Süleymanlının təxminən 14-15 yaşları var idi. Çox gənc idilər. Ancaq buna baxmayaraq, biz uğura imza atdıq və gözəl nəticələr əldə etdik.

Komandanın lideri kifayət qədər tanınmış qrosmeyster, üçqat Avropa çempionu və komandanı birləşdirən Rauf Məmmədovdur. İkinci lövhədə bizdə oynayan Kiril Şevçenkodur. Şahmatçını ötən il heyətə dəvət etmişdik. Kiril özü əslən bakılıdır. Onun anası və nənəsi uzun müddət Bakıda yaşayıblar. O, keçən il çox gözəl oyun nümayiş etdirdi. Heyətdə yer alan M.İsgəndərov və Vüqar Əsədli də güclü şahmatçılardır. Heyətdə Ülvi Sadıqov, Ə.Əhmədzadə və X.Babazadə də mübarizə aparacaqlar.

-Komanda ötən turnirdə mükafatçılar sırasında yer aldı. Komandanın cari yarış üçün potensialını necə dəyərləndirirsiz? Hədəflərinizi açıqlıyardız?

Bu il də komandamızda iddialı şahmatçılar var. Ümumiyyətlə, klubumuzun iddiaları hər zaman ən yüksək nəticələr qazanmaq olub. Avropa kuboku yarışı üçün hədəflərimiz gözəl oyun nümayiş etdirmək, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Onu da bilirik ki, idmanda hər şey ola bilir və indidən hansısa proqnoz vermək düzgün olmaz. Təbii ki, hər bir şahmatçı, hər bir idmançı çalışır medallar uğrunda mübarizə aparsın və ən yüksək yerlərə layiq görülsün. Artıq necə olacağını və hansı yerləri fəth edəcəyimizi zaman göstərəcək. Ancaq biz əlimizdən gələni edəcəyik. Düşüncəmiz keçən ilki nəticəni dəyişmək, daha böyük qələbəyə və uğura imza atmaqdır.

-Anar müəllim, zəhmət olmasa hazırlıq barədə danışardız. Komandanın mötəbər yarış üçün hazırlıq planı müəyyənləşibmi?

Komandamızın şahmatçıları peşəkarlardır. Onları bir yerə toplamaq çox çətindir. Belə ki, onların yarışları, çox sıx qrafikləri var. Buna baxmayaraq biz təlim-məşq toplanışı nəzərdə tutmuşuq. Şahmatçılar özləri də fərdi şəkildə müəyyən plan üzrə hazırlaşırlar. Biz mütəmadi olaraq biri-birimizlə əlaqə saxlayırıq.

-Rəqiblər barədə nə deyə bilərsiz? Analiz və müşahidələriniz barədə məlumat verərdiz?

Builki rəqiblər daha möhtəşəmdir. İldən-ilə rəqiblərimizin həm gücü, həm də yarışda rəqabəti artır. Keçən il olduğu kimi, bu il də norveçli dünya çempionu Maqnus Karlsen yarışa qatılacaq. Əlavə olaraq bu il tanınmış fransalı qrosmeyster Maksim Vaşye-Laqrav da mübarizə aparacaq. Keçən il Şəhriyar Məmmədyarov da iştirakçılar sırasında yer almışdı. Bu turnir məşhur şahmatçılarla zəngin olur və adətən əmsalı 2700-dən artıq olan bir neçə zəka sahibi qatılır. Digər şahmatçılar da yüksək peşəkarlıqları ilə seçilirlər. Hər bir komanda çalışır yüksək yerlər tutsun.

Klublararası Avropa kuboku yarışı çox mühüm yarışdır və burada çox klub iddialıdır. Kollektivlər daha yaxşı oyunçuları əldə edirlər ki, yüksək mükafatçılar sırasında yer alsınlar. Bizim klubun özəlliyi özünün ideyası, fikri və fəlsəfəsi ətrafında toplaşmasıdır. Bu komanda Vüqar Həşimovun adını daşıyır. O, dünyanın ən güclü şahmatçılarından biri idi. Hər zaman arzu edirdi ki, Azərbaycanda klub yaransın və güclü şahmatçılar həmin kollektivdə çıxış etdin. Vüqar Həşimov Fondu olaraq bu arzunu həyata keçirməyə çalışırıq. Adətən digər komandalarda ilk öncə şahmatçıların maliyyə məsələsi ödənilir və sonra onlar oyuna çıxırlar. Amma bizim komandanda isə iştirakçılar sırf ideya, Azərbaycan şahmatı və klubun adı üçün birləşib, gözəl nəticəyə imza atmaq istəyirlər.

-Anar müəllim, komandanın qadınlardan ibarət heyətinin formalaşdırılması nəzərdə tutulubmu?

Biz qadın komandaları haqqında gələcək zaman üçün düşünürük. Təbii ki, bu proses gedir. Ola bilər ki, yaxın illərdə biz qadın komandalarını təşkil edək. Bilirsiniz ki, biz bu ilin iyulunda Vüqar Həşimovun xatirəsinə həsr olunmuş böyük bir turnir keçirdik. Mükafat fondu 15 min manat olan “Open” turnirdə gənc və güclü şahmatçılar iştirak etdilər. Yarışda inamlı çıxış edən Xəzər Babazadə bütün rəqiblərini qabaqlayaraq birinci oldu. Avropa kuboku yarışı üçün heyət formalaşdırılanda “Open” turnirin qalibi kimi X.Babazadəni komandaya cəlb etməyi məqsədəuyğun saydıq.

Ölkə şahmatında həmişə fəal olmuşuq və hər zaman da bu aktivliyi davam etdirəcəyik. Klubun uğurlarının əsasında komanda ruhu, qələbə əzmi, istək və insanları birləşdirən ideya dayanır. Əksər şahmatçılar, şagirdlər, məşqçilər bu ideyaya ilk növbədə maliyyə marağı ilə deyil, məhz Vüqar Həşimov adını ucaltmaq məqsədi ilə yanaşırlar. Bu da hər zaman çox gözəl nəticə verən bir faktordur.

-“Vüqar Həşimov” komandası son dövrdə yerli və beynəlxalq turnirlərdə uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Vüqar Həşimov Fondunun rəhbəri kimi əldə olunan nailiyyətlər və perspektivlər barədə fikirlərinizi öyrənmək istərdik.

Bizim bir neçə planımız var. Hər zaman nailiyyətləri artırmaq barədə düşünürük. Artıq sirr deyil ki, Bakıda Vüqar Həşimov Fondunun nəzdində iki şahmat akademiyası fəaliyyət göstərir. Hazırda akademiyada 500-dən artıq şahmatçı təhsil alir. Komandamız bu yaxında Respublika Şahmat Olimpiadasında 12 yaşadək şahmatçıların yarışında bürünc medala sahib oldu. Həmin yarışda 500-dən artıq şahmatçı birincilik uğrunda mübarizə aparırdı. Bizim xeyli sayda birinci dərəcəli sahmatçılarımız var. Qısa müddət ərzində “İdman ustası” adına namizədlərimiz yetişib. Fond respublikada ən tanınmış şahmat ocaqlarından biridir. Akademiyaya peşəkar mütəxəssislər cəlb olunub. Bununla yanaşı, biz digər məsələlər haqqında daim düşünürük. Azərbaycanda şahmatın inkişafına necə köməklik göstərə bilərik.
Xəbər 244 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru