“Avro-2023”ün təsnifat mərhələsinin D qrupunda mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 28-də Avstriya yığması ilə qarşılaşacaq. Oyunu idarə edəcək hakimlər müəyyənləşib
Bakıda Voleybol Mərkəzində təşkil olunacaq oyunun baş hakimi türk Meryem Tekol Pelenk olacaq. Ona serbiyalı Dejan Rogiç kömək edəcək.
Milli komandamız D qrupunda Avstriya, Gürcüstan və Sloveniya seçmələri ilə birgə mübarizə aparır. Voleybolçularımız ilk iki görüşünü qələbə ilə başa vurublar. Belə ki, komandamız Gürcüstana həm evdə, həm də səfərdə 3:0 hesabı ilə qalib gəlib.
Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcəklər.
Qeyd edək ki, “Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.
|