Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Pedro Roke: Hədəfimiz Azərbaycan boks tarixində ilk Olimpiya “qızılı”nı qazanmaqdır
Tarix: 24.08.2022 | Saat: 09:39:00 | E-mail | Çapa göndər
Artıq 3 aydır ki, məşqlərə başlamışıq. Bu komanda 2021-ci ildə dünya çempionatında iştirak edib. Mundialdan sonra boksçular heç bir turnirə qatılmayıblar.

Bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə müsahibəsində kişi boksçulardan ibarət milli komandanın baş məşqçisi Pedro Roke deyib.

Təcrübəli mütəxəssis yığmada hər şeyin plan üzrə getdiyini açıqlayıb. Onun sözlərinə görə, boksçular əvvəlki səviyyələri ilə müqayisədə daha yaxşı formadadırlar və beynəlxalq turnirlərdə iştirakın zamanı yetişib: “Təcrübə üçün yarışlara qatılmaq vacibdir. “Paris-2024” Yay Olimpiya Oyunlarına təxminən 2 il vaxt qalıb. Düşünürəm ki, bir müddət əvvəl boksçuların məşq üçün motivasiyaları yox idi. Hazırlıq səviyyələri də bir az aşağı düşmüşdü. Buna baxmayaraq, məşqlərimizi davam edirik, boksçularımızın performansında ciddi şəkildə artım var. Tapşırıqları çox yüksək səviyyədə yerinə yetirirlər”.

Roke bildirib ki, avqustun sonundan yığma 2 komandaya bölünməklə yarışlarda mübarizə aparacaq: “Olimpiya çəki dərəcələrində 9 boksçu ilə ABŞ-a yollanırıq. Orada əvvəl təlim-məşq toplanışı keçəcək, ardınca yarışda onların gücünü yoxlayacağıq. Qeyri-Olimpiya çəkilərdə isə əsas heyət üzvləri Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər. Bu yarışlar avqustun sonu, sentyabrın əvvəlində olacaq. Bundan sonra hazırlıqları davam etdirəcəyik”.

Müəyyən müddətdən sonra Azərbaycan çempionatına titulundan asılı olmayaraq bütün boksçular qatılacaqlar. Kubalı mütəxəssisin sözlərinə görə, bu, Olimpiada öncəsi çox böyük önəm kəsb edir: “Ölkə çempionatında bir nömrəli boksçuları müəyyənləşdirəcəyik. Oktyabra planlaşdırdığımız çempionatda bütün liderlər döyüşməlidirlər. Həmin vaxt 2023-cü ildə olimpiya təsnifat turnirlərinin vaxtı da bəlli olacaq. Gələn il, həmçinin yüksək səviyyəli yarışlardan Polşada Avropa Oyunları və Özbəkistanda dünya çempionatı keçiriləcək. Bu turnirlərdə də iştirak edəcəyik. Bizim üçün daha əhəmiyyətli yarış isə lisenziya xarakterli turnirlər olacaq. Federasiyasının dəstəyini görürük. Azərbaycan çempionatı bitdikdən sonra bizim uzunmüddətli planlarımız bəlli olacaq. Əsas hədəfimiz “Paris-2024”də Azərbaycan boks tarixində ilk Olimpiya “qızıl”ını qazanmaqdır. Biz “Rio-2016”da Lorenso Sotomayorla bu uğuru əldə etməyə yaxın olduq. Həmin vaxt hakimlərin haqsız qərarı ilə üzləşdik. Bu səbəbdən də qızıl medal əldə edə bilmədik. Azərbaycan Prezidenti İlham Əliyev bizimlə görüşdə mənə dedi ki, həmin gümüş medalı qızıl kimi qiymətləndirir. Biz növbəti Olimpiadada çempionluq üçün mübarizə aparmalıyıq. Elə hazırlaşmalıyıq ki, hakimlər göyə bizim əlimizi qaldırsın. Düşünürəm ki, Məsud Yusifzadə, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Alfonso Dominqes, Nəbi İsgəndərov, Malik Həsənovun Olimpiya çempionu olmaq şansı var. Digər gənc boksçularımız da bunun öhdəsindən gələ bilərlər. Onlar çox həvəslə hazırlaşırlar. Bunu reallaşdırmaq üçün əlimizdən gələnin maksimumunu edəcəyik. Daha güclü hazırlaşacağıq ki, bu hədəfimizə nail olaq”.

2014-2016-cı illərdə də yığmamızı çalışdıran Roke həmin dövrlə indiki komandanı müqayisə edib. Onun sözlərinə görə, ilk gəlişində də millinin üzvləri indiki səviyyədə olub. Amma həmin boksçular Dünya Boks Seriyasında (WSB) döyüşdüklərindən və bir çox yarışlara qatıldıqlarından təcrübə baxımından fərqləniblər. Bu da hazırkı yığmanın əksəriyyətini gənclərin təşkil etməsindən irəli gəlir.

Pedro yığmanın cavanlaşdığını və bu səbəbdən də milli üzvlərinin hər birinin Olimpiya medalına həvəsli olduğunu vurğulayıb. O, müqaviləsinə əsasən, tək əsas komandaya deyil, bütün yaş qruplarına nəzarət edir. Kubalı mütəxəssis komandalarımızın son yarışlarda qazandığı uğurun əsas yığma üçün gözəl təməl olduğunu deyib: “U-22-də Avropa çempionu olan Nicat Hüseynov, finalçı Ruslan Qurbanov, mükafatçılar Nəbi İsgəndərov və Cəlal Qurbanovu komandamıza çağırmışam, bizimlə məşq edir. N.Hüseynovu avqustun sonunda özümüzlə ABŞ-a da aparacağam. O, çox istedadlı və perspektivlidir. Digər yaş qruplarına gəlincə, onlarla da görüşəcəyəm. Məşqçilərə və boksçulara öz məsləhətlərimi verəcəyəm. Dünya çempionatına hazırlaşan gənclərdən ibarət yığmanın məşqlərini izləyirəm. Elbrus Rzayevin rəhbərliyi altında necə hazırlıq keçdiyini görürəm. Onları izləmək üçün əsas komandanın məşqindən tez gəlirəm ki, gənclərin hazırkı səviyyəsinə diqqət edim. Ən yaxşı qadın boksçularımız isə kişilərlə birgə məşq edirlər. Bir qədər əvvəl məktəblilər arasında Azərbaycan birinciliyini də izlədim. Bütün yaş qruplarına maksimum nəzarət etməyi, məsləhətlərimi verməyə çalışacağam. Əsas hədəfimiz isə Olimpiya medalı qazanmaqdır”.

Baş məşqçi “Paris-2024”də mükafatçılar sırasında yer almağın çətin olacağını, lakin bunu bacaracaqlarına əmin olduğunu qeyd edib: “Bu, ən çətin Olimpiadalardan biri olacaq. Çünki çəki dərəcələrini azaldıblar. Amma yarışa nəzarəti Beynəlxalq Olimpiya Komitəsi edəcək. Çalışırlar ki, döyüşlərin gedişində haqsız qərarlar verilməsin, bunun qarşısını maksimum alsınlar. Yeddi çəki dərəcəsi çox çətindir. Maksimum çalışır, hər gün məşq edirik ki, bunun öhdəsindən gələk”.

Azərbaycan millisi məhz Pedro Rokenin rəhbərliyi altında Olimpiadada tam heyətlə təmsil olunub. “Rio-2016”ya 10 boksçu ilə qatıldığını xatırladan mütəxəssis “Paris-2024”ə də maksimum lisenziya qazanmaq üçün mübarizə aparacaqlarını vurğulayıb: “Alfonso Dominqes, Məhəmməd Abdullayev, Malik Həsənov, Sərxan Əliyev lisenziya qazana bilərlər. 51 kiloqram çəki dərəcəsində Nicat Hüseynov və Məsud Yusifzadə də bunu bacaracaq gücdədir. Azərbaycan çempionatında Rüfət Hüseynova da baxmalıyıq. 57 və 80 kiloqram çəki dərəcələrində buna nail olmaq üçün bir qədər çox işləmək lazımdır. Əlbəttə, məqsədimiz maksimum – 7 lisenziya qazanmaqdır. Çünki bu halda Parisdə daha çox medal qazanmaq şansımız olacaq. 2016-da Rioda bütün heyətlə lisenziya qazanmışdım. Bu, Azərbaycan boks tarixində ilk idi”.
Xəbər 243 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.05.2024 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
25.04.2024 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25.04.2024 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
14.04.2024 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14.04.2024 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
27.03.2024 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27.03.2024 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
21.03.2024 “Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub
15.01.2024 Yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub
29.12.2023 Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru