Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Məhəmmədrəsul Məcidov: Rio-2016-ya hazılaşacağam - MÜSAHİBƏ
Tarix: 14.09.2012 | Saat: 09:38:00 | E-mail | Çapa göndər
Azərbaycan yığmasının boksçusu Məhəmmədrəsul Məcidov Dağıstanda mətbuat konfransı keçirib. İdman.com.az saytının məlumatına görə, London Yay olimpiya oyunlarında +91 kq çəki dərəcəsində ölkəmizə bürünc medal qazandıran dünya çempionu Böyük Britaniyadakı uğurundan və gələcək karyerasından danışıb.

- Bürünc medal qazanmağınız münasibətilə sizi təbrik edirik. Əldə etdiyiniz nəticə ilə razısız, yoxsa çempionluğa ümid edirdiz?
- Əlbəttə, daha artığına ümid edirdim. Açığı, Londona qızıl medal üçün getmişdim. Haradasa alınmadı, haradasa nəsə çatmadı, indi nə deyə bilərəm? Bürünclə də razıyam.

- Sizi doğma kəndinizdə necə qarşıladıqlarını gördük. Eşidilən xoş sözlərdən sonra yenidən rinqə çıxıb, daha yaxşı nəticə göstərmək istəyiniz varmı?
- Bu dəstək məni daha da ruhlandırır. Doğma xalqın dəstəyi, mənə azarkeşlik etməsi çox xoşdur.

- Gəlin, Olimpiadanın 1/4 finalında həmyerlin Məhəmməd Ömərovla görüşünüzü xatırlayaq. Həmin qələbə sizə çox çətin başa gəldi? Onunla nə dərəcədə tanışsız?
- Əlbəttə, yarımfinala vəsiqə uğrunda döyüşdə üz-üzə gəlməyimiz xoş deyildi. Lakin belə alındı və ikimizdən biri uduzmalı idi. Yəqin ki, mən daha hazırlıqlı idim və bəxtim də daha çox gətirdi.

- Döyüşdən sonra onunla söhbətləşdizmi?
- Bəli, danışdıq. Biz dostuq. Əvvəllər birgə məşq etmişik, təlim-məşq toplanışlarında olmuşuq və indi də yaxşı münasibətlərimiz var.

- İtaliyalı Roberto Kammarelle finalda sizi təəccübləndirdimi? Bu döyüş üçün hansı tapşırığı almışdız?
- Kammarelle ilə döyüşdə köhnə zədəm özünü göstərdi. Məsələ ondadır ki, hələ olimpiada öncəsi sümüyüm çatlamışdı. Roberto çox hərəkətli oğlandır və onunla ayaqlaşmaq çox çətin idi.

- Azərbaycanda necə qarşılandız?
- Çox möhtəşəm qarşılandım. Onlara minnətdaram. Bütün bu müddətdə həm mənəvi, həm maddi tərəfdən ciddi dəstək görürəm.

- Yevgeni Kotovun gedişindən sonra belə fikir yaranır ki, yığma olimpiadanın startına yaxşı formada gəlməmişdi. Bununla bağlı nə düşünürsüz və sizi kim çalışdırırdı?
- Bizimlə mənim şəxsi məşqçi Hacımurad Qazıyev işləyirdi. Mənə çox kömək etdi. Yığmanı isə Nəriman Abdullayev hazırlayırdı. O, çox yaxşı məşqçidir və böyük işlər gördü. Bir neçə yaxşı toplanış keçdik. Bizdə heç bir artıq yüklənmə olmadı.

- 4 ildən sonra 30 yaşınız olacaq. Növbəti olimpiadada iştirak edəcəksiz, yoxsa peşəkar boksa üz tutacaqsız?
- 2016-cı ildə Rio-de-Janeyroda olacaq olimpiadaya hazılaşacağam. Azərbaycan da bunu istəyir. Hələlik peşəkar boksa keçmək fikrim yoxdur. Baxarıq, növbəti olimpiada ərəfəsində hansı formada olacam.

- İndi həvəskar və peşəkar boksun birləşməsi haqda danışırlar. Buna münasibətiniz necədir?
- Bunu yalnız alqışlayıram. Çünki belə olan halda idmançı həvəskar boksdan getmədən, peşəkar rinqə də çıxa biləcək.



Xəbər 1493 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.05.2024 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
25.04.2024 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25.04.2024 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
14.04.2024 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14.04.2024 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
27.03.2024 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27.03.2024 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
21.03.2024 “Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub
15.01.2024 Yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub
29.12.2023 Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru