Macarıstanın “Fehervar” komandasının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Qəbələ” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.
Baş məşqçi Mixael Borisin hazırladığı siyahıya qapıçılar - Daniel Kovaç, Emil Rokkov, müdafiəçilər - Adrian Rus (Rumıniya), Attila Fiola, Loik Neqo, Artyom Şabanov (Ukrayna), Stopira (Kabo-Verde), Mixael Lüftner (Çexiya), Nikola Serafimov (Şimali Makedoniya), Marsel Heyster (Almaniya), Silvester Hanqya, yarımmüdafiəçilər - Peter Pokornı (Slovakiya), Yevgeni Makarenko (Ukrayna), Ruben Pintu (Portuqaliya), Pal Darda, Boqdan Lednev (Ukrayna), Klaudiu Bumba (Rumıniya), hücumçular - İvan Petriak (Ukrayna), Budu Zivzivadze (Gürcüstan), Kenan Kodro (Bosniya və Herseqovina) və Funşo Bamqboyenin (Nigeriya) adı daxil edilib.
Qeyd edək ki, “Qəbələ” “Fehervar”la ilk oyununu iyulun 21-də evdə, cavab matçını isə iyulun 28-də səfərdə keçirəcək.
|