Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənclərin karate üzrə Avropa çempionatı başlayıb.
Yarışın ilk günü kata üzrə bütün yaş qrupları və kumite üzrə 14-15 yaşlı yeniyetmələrin ilkin nəticələri məlum olacaq.
Kata çıxışlarında karateçilərimizdən Turan Əhmədzadə, Ramilə Heydərova (14-15 yaşlı yeniyetmələr), Həsənəli Həsənov (21 yaşadək gənclər), kumite yarışında isə Fərid Hacızadə (52 kq), Alsan Dostuyev (57 kq), Mirzə Həmidbəyli (63 kq), Rəşid Süleymanov (70 kq), Rahib Əzim (70+ kq), Fatima Məmmədova (47 kq), Sabina Fərzəli (54 kq) və Sofiya Hüseynli (54 kq) mübarizə aparacaqlar.
Sabah 16-17 yaşlı və 21 yaşadək gənclərin ilkin yarışları, bütün yaş dərəcələri üzrə medal görüşləri isə bazar günü keçiriləcək.
|