Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Üç ölkənin idmançıları atıcılıq üzrə dünya kuboku yarışlarına Qəbələdə hazırlaşıb - Qəbələ Atıcılıq Klubundan reportaj
Tarix: 28.05.2022 | Saat: 09:10:00 | E-mail | Çapa göndər
Azərbaycan, Qazaxıstan və Özbəkistan idmançıları 2 həftə ərzində "Qabala Hospitality Group"un nəzdində fəaliyyət göstərən Qəbələ Atıcılıq Klubunda keçirilən təlim-məşq prosesində iştirak edib. Güllə və stend atıcılığı üzrə keçirilən təlim-məşqlərdə üç ölkədən ümumilikdə 114 idmançı, məşqçi və digər nümayəndə iştirak edib. Qəbələ Atıcılıq Klubunda idmançıların yarışa hazırlaşması, istirahəti və qidalanması üçün yüksək səviyyədə şərait yaradılıb.

Qeyd edək ki, bu təlim və hazırlıq prosesinin səbəbi Bakıda keçiriləcək 66 ölkənin iştirakı və 700-dən çox idmançının qatılacağı Atıcılıq üzrə dünya çempionatıdır. Çempionat mayın 27-dən iyunun 7-dək keçiriləcək.

Qəbələ Atıcılıq Mərkəzində iştirak edən Qazaxıstanın stend atıcılığı üzrə yığma komandasının baş məşqçisi Kolos Sergey Roaldoviç bildirib ki, komanda Qəbələyə toplanışa ilk dəfə gəlmir: “Biz bura keçən il də məşq eləmək üçün çarter reysi ilə gəlmişdik. Azərbaycanın Atış Federasiyası bütün zəruri şərtləri yaratmışdı. Buna görə rəhbərliyimiz Asiya Oyunlarından əvvəl toplanışı məhz Qəbələdə keçirmək qərarına gəldi. Qeyd etmək istəyirəm ki, stend atışında bizə gözəl dağların yaratdığı fon çox uyğundur. Təsəvvür edin, hədəf taxtaları dağların fonunda yerləşir. Qazaxıstanda belə atış meydanları yoxdur. Buna görə, sizin ölkənizi seçmişik. Onu da vurğulamaq istərdim ki, Qəbələ Atıcılıq Klubu MDB ölkələri arasında ən yaxşı atıcılıq klublarından biridir. Belə ki, klubun sahib olduğu geniş ərazi atıcılıq tirlərinin bir-birindən uzaqda yerləşməsinə imkan verir və bu da öz növbəsində məşq prosesini xeyli asanlaşdırır və idmançıların diqqətini məşqə daha yaxşı cəmləşdirməyə kömək edir. Klubun texniki təchizatı bütün beynəlxalq standartlara cavab verir.

Son olaraq, burada bizi çox yaxşı qəbul edirlər, xidmət əladır. Hər şeyə görə təşəkkür edirik!”.

Baş məşqçi onu da qeyd edib ki, yarışda idmançılar stend və güllə atışı üzrə yarışacaqlar.

Özbəkistanın güllə atıcılığı üzrə yığma komandasının baş məşqçisi Viktor Muzafarov bildirib ki, onların nümayəndə heyəti 16 idmançı və 5 məşqçidən ibarətdir: “Biz Qəbələyə dünya kuboku üzrə yarışın Bakıda keçiriləcək mərhələsinə hazırlaşmaq üçün məşq toplanışına gəlmişik. Özbəkistanın ən güclü atıcılarını gətirmişik. Məşqlər yaxşı ritmdə, beynəlxalq standartlara uyğun əla tirdə peşəkar məşqçilərlə keçir. Qəbələ Atıcılıq Mərkəzinin ərazisi genişdir və güclü maddi-texniki bazaya malik olduğu üçün hətta dünya yarışlarını da burada keçirmək olar. İdmançılar və məşqçilər burada olmaqlarına şaddırlar. Hava da, insanlar da gözəldir. Bizi çox yaxşı qarşıladılar. Çox sağ olun. İdmançılarımız yaxşı nəticə göstərir. Yaxşı yerləri tutmağı planlaşdırırıq, buna görə 1 həftə əvvəldən Azərbaycana gəlmişik. Bütün məntəqələrdə məşq edirik. Əhval-ruhiyyəmiz əladır. Bura gəlməyimizə çox şadıq. Yalnız bir şey pisdir - burada çox az vaxt qalacağıq. Ümid edirəm, gələn dəfə uzun müddətlik gələrik”.

Özbəkistanın güllə atıcılığı komandasının üzvü, "Tokio-2020" Olimpiadasının iştirakçısı, bir neçə beynəlxalq yarışın qalibi Muxtasar Tahirova “Qəbələ Atıcılıq Klubundakı şəraiti çox bəyəndiyini deyib: “Bizi çox yaxşı qarşıladılar. Məşqlər üçün bütün şərtlər yaradılıb. 10, 25 və 50 metrdən atışlar edirik. Hava çox gözəldir. Heç soyuq deyil, baxmayaraq ki, dağ ərazisindəyik. Bizim hər şey xoşumuza gəldi”.

"Qabala Hospitality Group"un nəzdində fəaliyyət göstərən Qəbələ Atıcılıq Klubunun Təsərrüfat üzrə meneceri Anar Məcnunov bildirib ki, gözəl təbiətdə yerləşən bu atıcılıq mərkəzində idmançılar üçün hər cür şərait yaradılıb. Təlim-məşq prosesində iştirak edən xarici ölkə idmançılarının söylədiklərinə görə, sakit bir yerdə, dağlar və meşələrlə əhatə olunan təbiət qoynunda fəaliyyət göstərən və müasir idman avadanlıqları ilə təchiz edilən Qəbələ Atıcılıq Klubu onların ürəyincə olan bir məkandır. Tanınmış güllə və stend atıcıları məşqlər üçün Qəbələ Atıcılıq Klubunu seçməklə dünya kuboku yarışlarına rahat hazırlaşa bildiklərini, yüksək əhval-ruhiyyədə Bakı şəhərinə, dünya kuboku yarışlarına yola düşdüklərini diqqətə çatdırıblar.

Anar Məcnunov onu da qeyd edib ki, Qəbələ Atıcılıq Klubu 2012-ci ildə fəaliyyətə başlayıb. Beynəlxalq yarışların keçirilməsi üçün nəzərdə tutulan Qəbələ Atıcılıq Klubu həm də dünya standartlarına cavab verən istirahət və professional idmançıların mötəbər yarışlara hazırlıq prosesini yüksək səviyyədə təmin edə biləcək bir kompleksdir. Klubun ümumi ərazisi 25 hektar təşkil edir. Klub olimpiya yarışlarında tətbiq edilən bütün texniki inventarlarla təchiz olunmuş və beynəlxalq yarışların, eləcə də təlim-məşq toplanışlarının keçirilməsi üçün bütün zəruri şəraitə malikdir. Klubun ərazisində 4,5 hektar sahədə 5 dairəvi və səngər stend atıcılığı meydançası, 4000 kvadratmetr sahədə sportinq üçün 6 meydança inşa edilib. Güllə atıcılığı üçün 3 atıcılıq tiri (açıq və qapalı) 1200 kvadratmetr sahədə 60 atıcılıq yeri olan 10 metrlik tir, 3000 kvadratmetr sahədə 50 atıcılıq yeri olan 25 metrlik tir, 60 atıcılıq yeri olan 50 metrlik yarım açıq tir, 10 atıcılıq yeri olan final tir, qonaqlar üçün 10 atıcılıq yeri olan 10 metrlik tir, lazer tir, həvəskarlar üçün 1 ədəd uzunluğu 145 metr və eni 99 metr olan 25-50 metr məsafələrdən kamandan oxatma meydançası, 1 ədəd idman-ovçuluq ləvazimatı mağazası hansı ki, tərkibində ov tüfəng satışı, ovçular üçün ləvazimatlar, geyimlər, müxtəlif növ ov patronları və suvenirlər satışı mövcuddur, avtomobil dayanacağı, qonaqların gecələməsi üçün toplam olaraq 14 otaqdan ibarət qonaq evi, 1 ədəd VIP 3 otaqlı kottec, kafe və 2 restoran mövcuddur. Qəbələ Atıcılıq Klubunda 2014-cü ildən etibarən müxtəlif mötəbər yarışlar, dünya kuboku uğrunda çempionatlar keçirilir.

Təlim prosesinin sonunda Qazaxıstan və Özbəkistan komandaları arasında dostluq “Qəbələ” yarışı keçirilib və 62 idmançı iştirak edib. Qadınlar arasında keçirilən 50 metrlik atış yarışında 1-ci yer Altuxova Arina (KAZ), 2-ci yer Korol Yelizoveta (KAZ) və 3-cü yer Tahirova Muxtasar (ÖZB) tutmuşdur. Kişilərarası 50 metrlik atış yarışında isə 1-ci yer Hüseynov İslam (KAZ), 2-ci yer Malinovski Konstantin (KAZ) və 3-cü yer isə Yurkov Yuriy (KAZ) tutmuşdur.

Məlumat üçün deyək ki, Gabala Shooting Club 2019-cu ilin dekabr ayından fəaliyyət göstərən “Gabala Hospitality Group”un bir hissəsidir. GHG-yə, həmçinin Tufandag Mountain Resort, Qəbələnd əyləncə parkı və Qafqaz hotellər şəbəkəsi (Qafqaz Riverside Hotel, Qafqaz Tufandag Hotel və Qafqaz Resort Hotel) daxildir.
Xəbər 345 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
06.05.2024 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
24.03.2024 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23.03.2024 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
18.03.2024 Azərbaycan atıcısı beynəlxalq turnirdə medal qazanıb
28.01.2024 Azərbaycan atıcısı Almaniyada keçirilən yarışda finala vəsiqə qazanıb
09.10.2023 Atıcılıq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
24.09.2023 DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi
19.09.2023 Azərbaycan idmançısı Avrasiya çempionatında birinci yer tutub
11.09.2023 Azərbaycan poloçuları Avropa Çempionatında gümüş medal qazanıb
31.08.2023 Bakıda dünya çempionu olan atıcı: Yarışın təşkilatçılığı mükəmməl idi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru