Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qurban Qurbanov: Mövsüm bitməsə də, layiqli çempionluq əldə etdik
Tarix: 04.05.2022 | Saat: 03:39:00 | E-mail | Çapa göndər
Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox sevincliyik.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında çempion olmaları barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm titula layiq olduğunu bildirib: "İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm. Xoşbəxtəm. Hər şey əladır".

O, futbolçularını qələbə münasibətilə təbrik edib: "Mövsüm bitməsə də, layiqli çempionluq əldə etdik. Necə başladıqsa, eyni tempdə bitirdik. Bu mövsüm futbolçularımın inkişafına çox kömək etdi. Paltardəyişmə otağında bəzi futbolçuları ayrıca təbrik etdim. Onlar çempionluq yaşamamışdılar. Onların bu ada bizimlə yiyələnməsi məni çox sevindirdi. Azarkeşlərimizə, rəhbərliyə təşəkkür edirəm. Qarşıda xeyli oyunumuz var. Son 15 gündə ağır matçlar keçirdik. Bəzi oyunçularda yorğunluq hiss olunurdu. Bu gün çox yaxşı komandaya qarşı oynadıq. İstəkləri çox idi. Avrokuboklarda çıxış etmək istəyirlər. Hər bir halda uğur bizimlədir. Bütün "Qarabağ" camiəsini təbrik edirəm".

Qurbanov Çempionlar Liqası ilə bağlı fikir bildirməyin tez olduğunu söyləyib: "Qarşıda kubokun finalı da var. Amma turnirə daha rahat hazırlaşa biləcəyik. Biz istənilən yarışda ən yaxşı nəticə qazanmağa çalışırıq".

Baş məşqçi qarşıdakı matçlarda da eyni istək və motivasiya oynayacaqlarını vurğulayıb: "Son vaxtlar peşəkarlıqdan daha çox danışıram. Bu, bizim işimizdir. Bu gün çempion olmağımıza baxmayaraq, azarkeşlərimiz üçün oynamağa çalışmışıq. Biz yaxşı oynasaq, onlar stadiona daha çox gələcəklər. Məğlub ola bilərik, amma zəif oynaya bilmərik. Yorğun olduğumuz vaxtlar olur. Qarşıdakı matçlarda dəyişikliklər ola bilər. Amma bu, o demək deyil ki, qarşıdakı matçlarda zəif oynayacağıq".

Təcrübəli mütəxəssis cari mövsümün sonunda müqaviləsi başa çatacaq Patrik Andradenin məsələsinə də toxunub: "Vəziyyət olduğu kimi qalır. Danışıqlar davam edir. Xeyirlisi nədirsə, o da olacaq".

Qurbanov deyib ki, bəzən uğur qazanandan sonra arxayınlıqlar olur: "Son 2 ildə gələcəyin komandasını qurmaq haqqında düşünürdük. Xarakterli futbolçuları saxlamaq, komandada olanları saxlamaq lazım gəlirdi. Ötən mövsüm çempion ola bilməməyimiz bizə bu kimi məsələlərə daha çox vaxt ayırmalı olduğumuzu öyrətdi. Məsələn, hücumçu 2-3 oyunda qol vurur, sonra düşünür ki, əsas heyət üzvüyəm, bir oyunda fərqlənməsəm də, olar. Öz futbolçularımı yaxşı tanıyıram. Hamısı məsuliyyətli oyunçulardır. Ötən mövsümün daha çox mənə faydası oldu. O qədər elementlər var ki, bəzən, çatdırmırsan. Futbol o səviyyəyə gəlib ki, bu gün autsayder yoxdur. Bu, mövsüm məğlubiyyətimiz "Səbail"ə qarşı görüşlərdə olub. Titulu əldən vermək böyük məğlubiyyət idi. Amma üzülməmişdim. Məsuliyyətlə çalışırıqsa, yenə də çempion olmamağımıza üzülmərəm".

O, "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan söz açıb: "Biz bəzən Rəşad Sadıqovla qarşı-qarşıya futbol oynayanda hər zaman aqressiv alınır. Bu dəfə də maraqlı olacaq. Rəşad həddindən artıq çox düşünən, ideyaları olan insandır. Onun komandasını analiz etmək üçün 3 gün vaxt ayırıram. Final oyununa çox var. Həvəslə oynayacağıq".

Qurbanov bu mövsüm komandanın heyətində heç bir futbolçunu fərqləndirmək istəmədiyini bildirib: "Onların nələr çəkdiyini bəlkə də bilmirsiniz. Bu gün kimisə fərqləndirmək mənə yaraşmaz. Hamısı sanki kasıb uşaqlr idi, varlanmaq istədilər. Təbii ki, bunu məcazi mənada deyirəm. Bu gün çempion olmuşuqsa, buna daha çox oyunçularıma görə sevinirəm. Məsələn, kadi Borges Portuqaliyanın aşağı liqasında sonuncu pillədə gedən komandadan gəlib. Hamısı güvəndiyim insanlar və futbolçulardır".

Baş məşqçi matçdan sonra Andradenin qucaqlamasının səbəbini də açıqlayıb: "İlk çempionluğu idi, ona görə təbrik etdim. Psixoloji gərginliyi yoxdur. Meydanda ən istəkli futbolçulardan biridir. İlk sarı vərəqənin haqlı olub-olmadığını bilmirəm. Sonradan ikincini gördü və meydandan qovuldu. Üzgün idi".

Sonra çıxış edən "Sabah" klubunun baş məşqçisi Murad Musayev bildirib: "Rəqibi layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm ən güclü komanda idilər. Parlaq şəkildə avrokuboklarda çıxış etmişdilər. Çox yaxşı iş görüblər. Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade meydandan qovulanadək rəqib bizdən daha yaxşı və aqressiv oynayırdı. Amma futbol bu cür şeylərlə gözəldir. Bir qovulma hər şeyi dəyişə bilər. Qırmızı vərəqədən sonra qol vura bilərdik. Düşünürəm ki, oyun azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi".

Onun sözlərinə görə, komandası ilk hissədə cəld oynamırdı: "Rəqib asanlıqla pressinq edib topu bizdən alırdı. Bu komandaya qarşı daha aqressiv oynamaq lazımdır".

Musayev "Qarabağ"ın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib: "Hələlik nəsə demək çətindir. Qrupa düşmək üçün müəyyən mərhələlər keçməlidilər. Qrupa düşməyə qadirdirlər. "Qarabağ" evdə hər rəqibi uda bilər".

Baş məşqçi "Qarabağ"ın 60 dəqiqə komandasından daha yaxşı oynadığını etiraf edib: "Nəticənin ədalətsiz olduğunu deyə bilmərəm. Rəqib azlıqda qalsa da, təhlükəli epizodlar yaratdı. Bir xal bizim üçün də önəmli idi".

Musayev "Mövsümün əvvəlində "Sabah"a rəhbərlik etsəydiniz, çempionluğa oynamaq olardımı" sualına bu cür cavab verib: "Bu "Qarabağ"la mübarizə aparmaq çox çətindir. Bəlkə də ilk "3-lüy"ə düşmək olardı".

Xəbər 529 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru