Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
30/10 | 21:13 Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atıb
30/10 | 18:42 Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazanıb
30/10 | 17:41 Cüdo üzrə Bakı çempionatında ilk günə yekun vurulub
30/10 | 15:49 Azərbaycan karateçiləri dünya çempionatında uğurlu çıxış ediblər
30/10 | 09:08 Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
29/10 | 23:07 Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb
29/10 | 17:45 Azərbaycan gimnastları Gimnaziadada ikinci və üçüncü yerləri tutublar
29/10 | 14:04 Daha bir Azərbaycan boksçusu Gimnaziadada qızıl medal qazanıb
29/10 | 10:59 Azərbaycan badmintonçusu Niderlandda gümüş medal qazanıb
28/10 | 21:59 Avropa birinciliyi: Azərbaycan atletləri gümüş və bürünc medal qazanıblar
28/10 | 18:26 Azərbaycan atleti Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb
28/10 | 12:57 Azərbaycan gimnastları Almaniyada birinci və ikinci yeri tutublar
28/10 | 11:05 Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turniri 9 medalla başa vurublar
28/10 | 10:58 Azərbaycan karateçiləri Rusiyada 5 medal qazanıblar
27/10 | 23:36 Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar
27/10 | 23:15 Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal qazanıb
27/10 | 18:42 Avropa Kuboku: Azərbaycan komandası ikinci oyunda qələbə qazanıb
27/10 | 10:32 Azərbaycan gimnastları Almaniyada iki qızıl medal qazanıblar
26/10 | 20:57 Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar
26/10 | 13:45 Azərbaycan stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirin qalibi olublar
26/10 | 13:34 Azərbaycan gimnastları Gimnaziadada gümüş medal qazanıblar
26/10 | 09:42 Azərbaycanın daha bir velosipedçisi Balkan çempionatında gümüş medal qazanıb
25/10 | 23:30 Azərbaycan təmsilçiləri ciu-citsu üzrə dünya çempionatında qızıl və bürünc medal qazanıblar
25/10 | 22:45 Azərbaycan paraüzgüçüsü Gimnaziadada gümüş medal qazanıb
25/10 | 16:11 Azərbaycan velosipedçisi Balkan çempionatında gümüş medal qazanıb
24/10 | 16:58 Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
23/10 | 21:36 Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb
23/10 | 20:50 Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
23/10 | 17:47 Naxçıvan kikboksçuları İstanbulda uğurlu çıxış ediblər
22/10 | 21:12 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
21/10 | 22:56 Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb
21/10 | 16:48 Azərbaycan Badminton Federasiyasına yeni vitse-prezidentlər və İdarə Heyətinə üzvlər seçilib
21/10 | 16:42 Göygöldə kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri müəyyənləşib
21/10 | 10:09 Gənclər və İdman Nazirliyi "Sağlam həyat" layihəsi çərçivəsində Goranboyda tədbir keçirib
20/10 | 18:37 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının gümüş medalını qazanıb
Digər xəbərlər 
Rəşad Sadıqov: Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım
Tarix: 25.04.2022 | Saat: 05:47:00 | E-mail | Çapa göndər
Bizim üçün gərgin oyun oldu. Çempionatın sonuna yaxınlaşdıqca, futbolçuların üzərində əlavə psixoloji təzyiq olur. Bunu ilk hissədə də gördük. Birinci yarının çətin keçəcəyini gözləyirdik. İkinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq. Sevindirici haldır ki, istəyimizə nail olduq. Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım.

Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra deyib.

Qırx yaşlı mütəxəssis bildirib ki, bu, 3-cü yer və avrokuboklar üçün önəmli qalibiyyət idi: “Futbolçular ruhdan düşmədilər, mübarizə apardılar. Ən əsası da odur ki, kor-koranə hücum etmədik. Belə çətin səfərdən qələbə ilə qayıtmaq xoşdur. “Sumqayıt” ötən tur “Qəbələ”yə qarşı yaxşı oynamışdı. Hiss olunur ki, komandada canlanma var”.

Sadıqov Coşqun Diniyevin çıxışını da dəyərləndirib: “Ehtiyatda oyunçumuz var idi. Sadəcə, əvvəlcə hücum xətini gücləndirdik. Ön xətdə kreativliyi artırmaq üçün Davit Volkov və Ahmed Ayzayanı meydana buraxdıq. Daha bir əvəzetməmiz qalmışdı. Matçın sonlarına yaxın Coşqun Diniyev yorulmuşdu ki, bu da başadüşülən idi. Çünki həm kubok görüşündə, həm də bugünkü qarşılaşmalarda ilk dəqiqələrdən xeyli güc sərf etmişdi. Onu 5-10 dəqiqə tez də əvəzləmək olardı. Amma yaxşı keçirdiyi oyunlardan biri oldu. Top itkilərinə yol verməsi normaldır. Aparıcı futbolçudur. Hücumların qurulmasına yaxından iştirak edir. Əsas futbolçunun oyuna yanaşması və verilən tapşırıqları icra etməsidir. Bu mənada hər hansı problem hiss etmədim”.

Baş məşqçi “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununa da toxunub: “Bu, elə bir oyun idi ki, indiki halda başqa matçı fikirləşə bilməzdik. Kubok görüşlərində şanslar bərabərdir. Uduzdun, kənarda qalırsan. Finala çıxmaq belə, avrokuboklara vəsiqəni təmin etmir. Mənim üçün avrokubok yolunda bu qarşılaşma daha önəmli idi. Bu gün bütün fikrimiz bura verdik. Bundan sonra “Neftçi”yə qarşı cavab matçını fikirləşəcəyik. Qarşıda 4 gün var. Rəqib də az güc sərf etməyib. Düşünürəm ki, hər iki komanda üçün şərtlər eyni olacaq. Daha soyuqqanlı və inamlı oynayan komanda növbəti mərhələyə adlayacaq”.

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa: “Düzdür, qapıçımız Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Buna baxmayaraq, komanda oyunu və meydanda olan bütün amillər onu deməyə əsas verir ki, məğlubiyyətə layiq deyildik”.

Belaruslu mütəxəssis meydanda birlik və istək göstərdiklərini bildirib: “Amma oyunlarda xal qazanmaq istəyiriksə, bir yox, yarım epizodlardan da yararlanmalıyıq”.
Xəbər 288 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.08.2024 Azərbaycanın U-23 millisi dünya çempionatına qatılacaq
23.08.2024 UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
23.08.2024 Azərbaycan Premyer Liqası: Turun ilk matçında autsayderlər qarşılaşacaq
16.08.2024 Həvəskarlar arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib
07.07.2024 "Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub
21.06.2024 AFFA U-15 Liqasının qalibləri mükafatlandırılıb
14.06.2024 Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində irəliləyib
07.06.2024 Azərbaycanın U-19 millisi Türkiyə yığması ilə qarşılaşıb
07.06.2024 Azərbaycanın amputant millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb
07.06.2024 Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru