UEFA-nın məşqçi-təlimatçıları üçün seminar keçiriləcək.
Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seminarda AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi tədris şöbəsinin müdiri Aslan Kərimov və təlimatçılar iştirak edəcəklər. Albaniya, Belarus, Farer Adaları, Cəbəllütariq, Moldova, San-Marino və Uelsdən olan təlimatçılar da təlimə qatılacaqlar.
UEFA-nın “Grassroots” mentoru Les Hovie tərəfindən keçiriləcək seminara qurumun nümayəndələri Qenadie Skurtul və Tibor Sisa rəhbərlik edəcəklər.
|