Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda V Dünya Etnoidman Forumunun açılış mərasimi keçirilib
Tarix: 05.03.2022 | Saat: 09:26:00 | E-mail | Çapa göndər
Martın 5-də Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Beynəlxalq Etnoidman Forumunun açılış mərasimi keçirilib.

Foruma Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif, Türk Dövlətləri Təşkilatları təşkilatının sədri Bağdad Amreyev, tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar olmaqla 14 ölkədən ümumilikdə 140 nümayəndə qatılıb.

Əvvəlcə dünyada etnoidman növlərinin inkişafını əks etdirən videoçarx nümayiş olunub.

Açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tədbirin Bakıda keçirilməsinə görə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğana təşəkkür edib. Nazir Azərbaycanın irimiqyaslı tədbirlərə ev sahibliyi ilə bağlı zəngin təcrübəsi olduğunu vurğulayaraq deyib: “Azərbaycan dövlətinin, xüsusilə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, Formula 1 yarışları, dünya və Avropa çempionatları, digər nüfuzlu turnirlər keçirilib. IV İslam Həmrəyliyi Oyunlarının proqramına ənənəvi idman növümüz olan zorxana da daxil edilmişdi və bu yarış uğurla keçirildi. Azərbaycanın milli idman növü olan çövkən atüstü oyunu üzrə bir sıra yarışlar, o cümlədən beynəlxalq turnirlər təşkil edilir. 2019-cu ildə isə Gədəbəydə Milli Yaylaq Festivalı keçirilib”.

Nazir bildirib ki, 2005-ci ildən etibarən hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu il “İdman həftəsi” çərçivəsində ölkəmizin müxtəlif regionlarında silsilə tədbirlər təşkil olunub.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan qədim tarixə malik Azərbaycanda belə bir nüfuzlu forumun keçirilməsindən məmnunluğunu bildirib. Gənc nəsil arasında milli idman oyunlarının təbliğinin vacibliyini xüsusi qeyd edən B.Ərdoğan bildirib: “Bugünkü forumda ənənəvi idman növlərinin keçmişini və gələcəyini müzakirə edəcəyik. Bir çox ölkə və millətin nümayəndələrini bu mövzu ilə bağlı bir araya gətirmək böyük uğurdur. İnsanların birləşməsi üçün hörmət, həmrəylik, sülhün bərqərar olması xüsusi əhəmiyyət kəsb edir. Dünya Etnoidman Konfederasiyası öz işini məhz bu dəyərlər üzərində qurub. Ümidvaram ki, bu forum müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayacaq”.

B.Ərdoğan növbəti forumun Türkiyədə keçiriləcəyini bildirib.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif BMT-nin Dünya Etnoidman Konfederasiyası ilə əməkdaşlığa böyük önəm verdiyini və bu işbirliyindən məmnun olduğunu bildirib: “BMT-nin Məskunlaşma Proqramı olaraq inklüziv, davamlı, təhlükəsiz, dayanıqlı şəhərlərin yaradılması və icmaların qurulmasının tərəfdarıyıq. Bütün xalqlar, millətlər milli idman növlərini yaşatmaq haqqına sahibdirlər. Çünki bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir”.

Xanım Maimuna Mohd Şərif BMT-nin Dünya Etnoidman Konfederasiyası ilə bundan sonra da fəal əməkdaşlıq edəcəyini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Bağdad Amreyev etnoidman növlərinin kütləviliyinin artırılmasının müxtəlif xalqlar arasında münasibətlərin inkişafı, dostluq əlaqələrinin və əməkdaşlığın dərinləşdirilməsi baxımından önəmini xüsusi vurğulayıb. B.Amreyev bu forumun, eləcə də etnoidmanın türkdilli dövlətlər və xalqlar arasında da qardaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini deyib.

Qeyd edək ki, V Dünya Etnoidman Forumunda etnoidman idman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması, eləcə də etnoidmanın təbliği məsələləri müzakirə olunacaq. Belə bir tədbirin təşkili xalqların zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, eləcə də milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq.

V Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulu ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsidir. Belə ki, dünyanın zənginliyindən xəbər verən ənənəvi milli idman növlərinin inkişafına ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Bu da Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə yüksək diqqətinin bariz göstəricisidir. Azərbaycanın milli atüstü idman oyununun - çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınması böyük uğurlarımızdandır.

Dünya Etnoidman Konfederasiyası 2016-cı ildən etibarən hər il İstanbulda onlarca ölkədən yüz minlərcə ziyarətçinin iştirakı ilə Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman və oyunlar çərçivəsində keçirilən festivalda müxtəlif ölkələr öz mədəni və idman tədbirlərini nümayiş etdirmək imkanı qazanırlar.

Konfederasiyanın dəstəyi ilə Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib. Bu festivalın əsas məqsədi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olub.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 339 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
16.05.2024 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16.05.2024 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16.05.2024 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16.05.2024 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15.05.2024 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15.05.2024 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15.05.2024 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru