Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirəcək
Tarix: 27.01.2022 | Saat: 14:40:00 | E-mail | Çapa göndər
Dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizə antidopinq fəaliyyətinin əsas istiqamətlərindən biridir. Son illər bütün dünyada dopinq vasitələrinin qanunsuz dövriyyəsi, onun internet vasitəsilə satışının təşkili problemin miqyasını daha da genişləndirib. Dopinqlə mübarizə sahəsində milli əlaqələndirici mərkəz olan Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) müşahidələri son dövrlərdə bu problemin daha da aktuallaşdığını deməyə əsas verir. Dopinq vasitələrinin hətta fitnes mərkəzlərində satışının həyata keçirilməsi ilə bağlı AMADA-ya məlumatlar daxil olur. Daxil olan məlumatların və müraciətlərin təhlili bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinin zəruri olduğunu göstərir. Dopinqlə mübarizə sahəsində səlahiyyətli qurum olan AMADA problemin törətdiyi ictimai təhlükəni də nəzərə alaraq dopinq vasitələri ilə mübarizəni gücləndirmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb.

AMADA-dan Azsport.az saytına bildiriblər ki, tədbirlər planında dopinq vasitələrinin bazarının geniş təhlil edilməsi və aidiyyəti dövlət qurumları ilə birgə mübarizə tədbirlərinin gücləndirilməsi əksini tapıb.

Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin artırılması nəzərdə tutulub. Bundan əlavə, dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin “Qırmızı siyahı”sının müəyyənləşdirilməsi və bu siyahının müvafiq dövlət qurumlarına təqdim edilməsi planlaşdırılır.

Tədbirlər planında tərkibində dopinq olan idman qidaları ilə mübarizəyə də xüsusi yer verilib. Belə ki, tərkibində dopinq olan idman qidalarının müəyyənləşdirilməsi və onlara qarşı mübarizənin gücləndirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlərin görülməsi nəzərdə tutulur.

Şübhəsiz ki, dopinqlə mübarizədə ictimaiyyətin iştirakı böyük əhəmiyyətə malikdir. Belə hallarla rastlaşan vətəndaşların bununla bağlı məlumat vermələri üçün AMADA-nın “Susma” anonim məlumat platforması mövcuddur. AMADA-nın veb-saytına yerləşdirilmiş bu platforma vasitəsilə məlumat verən şəxslərin anonimliyi və məlumatın məxfiliyinə tam təminat verilir. Tədbirlər planında “Susma” anonim məlumat platformasının təbliği və ictimaiyyətin bu platformadan istifadə etməsini təşviq etmək üçün də tədbirlərin görülməsi əksini tapıb.

Qeyd edək ki, dopinqlə mübarizə Ümumdünya Antidopinq Məcəlləsi, UNESCO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyası və Avropa Şurasının Antidopinq Konvensiyası ilə tənzimlənir.

UNESCO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının tələblərinə əsasən, AMADA milli əlaqələndirici mərkəz qismində çıxış edir və Milli Uyğunluq Platformasına daxil olan qurumlarla dopinqlə mübarizəni əlaqələndirir və fəaliyyətin koordinasiyasını həyata keçirir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyəti davam etdirən AMADA hazırlanmış xüsusi tədbirlər planını da müvafiq qurumlarla birgə icra edəcək. Bu məqsədlə həmin dövlət qurumları ilə mütəmadi görüşlər keçirilərək atılacaq addımlar və görüləcək tədbirlər müəyyənləşdiriləcək. Bundan əlavə, tədbirlər planının icrasının monitorinqi məqsədilə rüblük görüşlərin keçirilməsi, görülən tədbirlərin effektivliyinin qiymətləndirilməsi və buna uyğun olaraq növbəti addımların müəyyənləşdirilməsi nəzərdə tutulur.
Xəbər 293 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.05.2024 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15.05.2024 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15.05.2024 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru