Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İdman jurnalistləri ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib
Tarix: 18.11.2021 | Saat: 15:19:00 | E-mail | Çapa göndər
Tərlan Əhmədov yubileyində fərqlənib, Yunis Hüseynov telefonla danışdığı üçün cəzalanıb

Tofiq Bəhramov adına Respublika stadionunda idman jurnalistləri ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib.

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) və Futbol Veteranları İttifaqının (FVİ) təşkilatçılığı ilə gerçəkləşmiş qarşılaşma milli komandanın keçmiş kapitanı Tərlan Əhmədovun 50 illik yubileyinə həsr olunub.

Oyundan əvvəl Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov yubilyarın təkcə futbolçu və baş məşqçi kimi deyil, həm də idman mediasına münasibətdə müsbət xüsusiyyətlərindən danışaraq, onu federasiya adından təbrik edib. T.Əhmədova doğum günü münasibətilə xatirə diplomu və hədiyyələr təqdim olunub.


FVİ sədri Oqtay Abdullayevin də təbriklərinin ardından matç start götürüb. Keçmiş FIFA referisi Xaqani Məmmədovun idarə etdiyi görüş veteranlardan ibarət komandanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib heyətdən ilk qolu Musa Qurbanov vurub. Daha sonra Yunis Hüseynov özünəməxsus zərbə ilə ikinci qolu vurub.


Ardından Şəmsəddin Abbasov fərqi azaltsa da, tezliklə Musa Qurbanov dubl edib. Veteranların dördüncü topunu Tərlan Əhmədovun özü vurub. Son qolların müəllifi isə jurnalistlər komandasından dubl müəllifi Rüstəm Əfsərli olub.

Qarşılaşmada daha bir maraqlı məqam baş verib. Yunis Hüseynova oyun vaxtı zəng gəlib və o, meydançanın ortasında telefonla danışmağa başlayıb. Bunu görən baş hakim Xaqani Məmmədov Y.Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.


Görüşdən sonra T.Əhmədov "Report"a açıqlamasında yubiley tədbirində əməyi keçən hər kəsə təşəkkürünü bildirib: "Xoş günümdə meydanda belə bir maraqlı matç keçirdik. 50 yaş bir əsrin yarısı deməkdir. Qızıl və dəyərli vaxtını ayıran, bu gün mənim yanımda olan insanların hamısına təşəkkür edirəm".


"Jurnalistlərlə hər zaman qardaşlıq və dostluq münasibətlərimiz olub. Fəaliyyətimizi işıqlandıran və bizə daim dəstək olanlar məhz jurnalistlərdir" deyən T.Əhmədov bəzi jurnalist dostları və futbol veteranlarının üzrlü səbəbdən tədbirdə iştirak edə bilmədiklərini də əlavə edib: "Bu gün I Divizionda çıxış edən komandaların görüşləri var. Dostlarımızın bəziləri oyunda və iş başında olduqları üçün gələ bilmədilər. Hamısına can sağlığı arzulayıram".

Mütəxəssis qarşıdakı hədəflərindən də də söz açıb: "Hələlik hansısa təklif yoxdur. Olarsa, hər zaman hazıram. Baş məşqçi kimi hədəflərim var. Məqsədim yaxşı komanda qurub, uğurla çıxış etməkdir".

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 402 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.07.2022 Azər Quliyev AİJ İctimai Birliyinin prezidenti seçilib
21.02.2022 İdman jurnalistləri arasında şahmat yarışı keçiriləcək
14.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçirilib
13.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
03.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
29.10.2021 Qabil Mehdiyev: AİJF-in məqsədi idmanı inkişaf etdirmək, ölkəmizin imicini dünyada möhkəmləndirməkdir
29.10.2021 Tbilisidə idman jurnalistləri arasında futbol turniri keçirilir
30.09.2021 Respublika stadionunun 70 illiyi münasibətilə yoldaşlıq görüşü keçirilib
29.09.2021 Jurnalistlər və futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək
14.07.2021 İdman jurnalistlərindən ibarət yığma komanda yaradılacaq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru