Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirində onuncu turun oyunları keçirilib.
Bu mərhələdə təmsilçimiz Vasif Durarbəyli özbəkistanlı Şəmsəddin Voxidovla heç-heçə edib. Digər şahmatçılarımız - Aydın Süleymanlı xorvatiyalı Ante Brkic, Rauf Məmmədov ukraynalı Volodimir Onişçuk, Nicat Abasov misirli Adli Ahmedə uduzub.
Doqquz turun nəticəsinə görə, A.Süleymanlı, V.Durarbəyli 4 xal toplayıblar. R.Məmmədov, N.Abasov 3,5 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.
|