Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Karate-do üzrə “Dəmir yumruq” ikinci açıq respublika turnirinin açılış mərasimi keçirilib
Tarix: 26.09.2021 | Saat: 14:18:00 | E-mail | Çapa göndər
Sentyabrın 26-da Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turnirinin açılış mərasimi keçirilib. Mərasimdə ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, eləcə də, Vətən müharibəsinin qazıləri, şəhid valideynləri iştirak ediblər.

Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə Azərbaycan xalqının bu günlərdə böyük iftixar hissi və fəxrlə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd etdiyini bildirib: “Azərbaycan xalqı bu günlərdə böyük qürur hissi ilə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd edir. Vətən müharibəsinin və Qələbəmizin rəmzi kimi bütün dünyaya səs salan “dəmir yumruq” əməliyyatı idman sahəsində də qələbənin simvoluna çevrilib. Gənclərimizə və gələcək nəsillərə bu tarixi Qələbəmizi bir daha aşılamaq və hafizələrinə ömürlük həkk etmək üçün Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” adlı çempionat və turnirlərin təşkili bundan sonra da davam etdiriləcək”.

O, Vətən müharibəsində şəhid olan igid oğul və qızlarımızın xatirəsinin xalqımızın yaddaşında həmişəlik yaşayacağını bildirib.
Şəhid Muxtar Qasımlının atası Əli Qasımov qeyd edib ki, tarixi qələbə ilə başa çatan Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu düşməni torpaqlarımızdan qovub, həm də xalqımızın hərb və qürur tarixini yazıb: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu torpaqlarımızı düşmən işğalından azad etməklə, həm də xalqımızın hərb və qürur tarixini yazıb. Xalqımızın 30 illik həsrətinə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi böyük zəfərdir. Bu gün vətənpərvər, cəsarətli gənc nəsil yetişir və biz yaşlı nəsil onlarla qürur duyuruq”.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutduğunu və cavab tədbirləri olaraq Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib: “Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuran igid oğul və qızlarımız qəhrəmanlıq dastanı yaratdılar, torpağımıza göz dikən düşməni yurdumuzdan həmişəlik qovdular. Bu günlər böyük qürur hissi ilə xalqımız qələbənin ildönümünü qeyd edir.
Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anırıq. Onların xatirəsi hər zaman yaddaşlarda yaşayacaq”.
Sonra Vətən müharibəsində iştirak etmiş qazılərə, şəhid valideynlərinə, eləcə də idman ictimaiyyətinin nümayəndələrinə, turnirlərin qaliblərinə “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlar təqdim edilib.

Mərasimin rəsmi hissəsindən sonra nümunəvi çıxışlar nümayiş etdirilib.

Daha sonra turnir yarışlarla davam edib.

Qeyd edək ki, sentyabrın 25-də uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Bakı İdman Sarayında start götürmüş və Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Məktəb İdmanları Federasiyasının dəstəyi və BKA-nın təşkilatçılığı ilə keçirilir. Turnirin qalibləri “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif ediləcəklər.

Qeyd edək ki, turnir sentyabrın 26-da başa çatacaq.
Xəbər 386 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.04.2024 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
08.04.2024 Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar
17.03.2024 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
12.02.2024 Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa çempionatında 8 medal qazanıblar
30.01.2024 Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar
11.12.2023 Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar
04.12.2023 Karate üzrə Azərbaycan çempionatına yekun vurulub
27.11.2023 Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
26.11.2023 Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub
22.11.2023 Azərbaycan karateçiləri dünya çempionatında iştirak edəcəklər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru