Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
18/05 | 19:01 Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub
18/05 | 18:00 AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
18/05 | 16:59 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18/05 | 16:28 Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18/05 | 14:56 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
18/05 | 13:34 Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu olub
18/05 | 11:23 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
17/05 | 17:56 Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
17/05 | 13:49 Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Boks Federasiyasının iclası keçirilib
Tarix: 13.09.2021 | Saat: 06:00:00 | E-mail | Çapa göndər
“Tokio-2020” Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya yarışlarına hazırlıqla bağlı Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib.

Təşkil olunan toplantıda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, bütün yaş qrupları üzrə milli komandaların məşqçilər korpusu, aparıcı klub və cəmiyyətlərin məşqçi-müəllimləri, həmçinin yığma üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan S.Mikayılov Azərbaycan boksçularının Tokio Olimpiadasındakı çıxışını dəyərləndirib. O komandamızın Oyunlara 5 lisenziya qazanmasını yüksək qiymətləndirib: “Bu lisenziyaların koronavirus pandemiyası dönəmində əldə edildiyini nəzərə alsaq, bu, uğurdur. Çünki boksçularımız qaydalara əsasən 2020-ci ildə demək olar ki, hazırlıq keçmədilər. Yalnız zaldan kənarda fiziki məşqlərlə kifayətləndilər. Toplanışlarımız 2021-ci ilə təsadüf etdi. Düzdür, lazımi hazırlığı keçə bilməməyimizə baxmayaraq, biz "Tokio-2020"də daha çox medal gözləyirdik. Təmsilçilərimizdən Alfonso Dominqes fəxri kürsüyə yüksəldi. Amma digərlərinə baxdıqda, Tayfur Əliyevin vyetnamlı boksçu ilə döyüşünü hamı izlədi. İdmançımızın necə mübarizəni dayandırmasının və ya uduzdurulmasının şahidi olduq. Dünya çempionumuz Cavid Çələbiyev də eyni halla üzləşdi. Bir dəqiqə belə dayanmadı, amma hakim haqsızlığı səbəbindən yarışla vidalaşdı. Məhəmməd Abdullayevin isə püşkdə bəxti gətirmədi. Özbəkistanlı dünya çempionu ilə qarşılaşdı və rəqib təcrübəsi hesabına mərhələ adladı. Dominqes də finalın bir addımlığında büdrəyərək, bürünc medala sahib oldu. Onun da rəqibi çox titullu və təcrübəli idi. Yalnız Rio Olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor yaxşı işləmədi. Bunu da hamı gördü”.

Vitse-prezident boksda ölkəmizin Olimpiya tarixinin ən yüksək əyarlı medalçısı, "Rio-2016"nın finalçısı olan Sotomayorun artıq milli komandamızda çıxışını başa vurduğunu da açıqlayıb. O qeyd edib ki, Avropa Oyunlarında da 2 dəfə fəxri kürsüyə yüksələn 36 yaşlı idmançı artıq karyerasını başa vurub.

Ardınca növbəti Olimpiya tsikli ilə bağlı tapşırıqlarını verən S.Mikayılov məşqçilər və iclas iştirakçıları ilə fikir mübadiləsi də aparıb. O vurğulayıb ki, tituldan və addan asılı olmayaraq hansı çəki dərəcəsində aşağı yaş qruplarından gələn güclü boksçu varsa, sınaq döyüşlərindən sonra əsas heyət formalaşmalıdır: “Lakin bütün bunlara nəzarəti həmin yaş qrupları üzrə məşqçilər korpusu etməlidir. Mən onlara güvənirəm və inanıram ki, seçimlərini düzgün edirlər. Düzdür, bəzən hansısa söhbətlər yayılır. Amma birmənalı şəkildə deyirəm ki, Azərbaycan çempionatı ilə beynəlxalq yarışlar fərqlidir. Şahidi olduğum hadisəni söyləyirəm ki, ölkə çempionu olan bəzi boksçular xaricə çıxanda öz döyüşünü göstərə bilmirlər. Elə startdaca büdrəyirlər. Yaxud o, hazırlıq dönəmində 4-cü nömrəyə belə uduzur. Bu səbəblərdən baş məşqçilər düzgün seçim etməlidirlər. Uğurlarımızın daha da artacağına böyük ümid bəsləyirəm”.

Federasiya rəsmisi komandalarımızla bağlı gələcək planlarını da açıqlayıb. O, məşqçi-müəllimlərə müraciət edərək deyib ki, hələlik çempionatlar keçirilmədiyindən hansının yığmaya layiq bildiyi boksçu varsa, həmin yaş qrupu üzrə baş məşqçiyə məlumat versinlər: “Qarşıda əsas yığmamızı Dünya, gənclərdən ibarət millimizi isə Avropa çempionatı gözləyir. Böyüklərdən ibarət komandamız tezliklə hazırlığa başlayacaq. Danışıqlar aparırıq və istəyirik ki, Şamaxı Olimpiya İdman Kompleksini bir növ özümüz üçün bazaya çevirək. Həmçinin planlarımıza rayon və kəndlərdə yeni boks bölmələrimizin açılması daxildir. Bununla bağlı yeni gənclər və idman naziri Fərid Qayıbovla görüşəcəyəm. Gənc boksçularımız isə artıq bu günlərdə yarışa yollanacaqlar”.

Daha sonra çalışdırıcılar çıxış edərək, onları maraqlandıran suallara və problemlərin həllinə cavab alıblar.

ABF-nin baş katibi Nağı Səfərov isə komandamızın Olimpiadaya hazırlıq dönəmindən danışıb. O bildirib ki, ilin əvvəlində Beyləqanda başlayan məşqlər Olimpiadanın startı ərəfəsində İtaliyada yekunlaşıb: “Lakin etiraf etməliyik ki, pandemiya şəraitində məşqlər bəzən planlaşdırdığımız kimi olmadı. Boksçularımız son ildə cəmi bir beynəlxalq turnirdə iştirak etdilər. Buna baxmayaraq, Olimpiada ənənəmizi davam etdirərək yenə medal qazandıq”.

O, oktyabrda Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı barədə də danışıb. N.Səfərovun sözlərinə görə, yeni qaydalara əsasən, 13 çəki dərəcəsində gərgin keçəcək yarışın hazırlıqlarına tezliklə start veriləcək. Baş katib bəzi çəkilərdə sınaq döyüşləri üçün məşqçilərə müraciət edib: “Mundial yeni çəki dərəcələrində baş tutacaq. Bu səbəbdən də məşqçilər korpusunun üzərinə böyük yük düşür. Onlar kimin hansı çəkidə döyüşəcəyini müəyyənləşdirirlər. Məsələn, 48 kiloqramda hansı klubda güclü idmançılar varsa, sınaq görüşləri üçün çalışdırıcıya müraciət etsinlər. Bu digər çəkilərdə də istisna edilmir”.

N.Səfərov sınaq görüşlərindən sonra Amin Kuşkov və Cəbrayıl Yelikovun da hələlik yığmalardan kənarda qaldığını qeyd edib. O vurğulayıb ki, bu boksçular Azərbaycan çempionatında özlərini göstərdikdən sonra yenidən düşərgəyə cəlb edilə bilərlər.

Sonda görüş iştirakçıları ölkə boksunun daha da inkişafı üçün müəyyən fikirlər səsləndiriblər. Problemlər müzakirə olunub, çıxış yolları barədə geniş müzakirələr aparılıb
Xəbər 467 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
18.05.2024 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18.05.2024 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
15.05.2024 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
25.04.2024 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25.04.2024 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
14.04.2024 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14.04.2024 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
27.03.2024 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27.03.2024 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
21.03.2024 “Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru