Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Tokio Yay Paralimpiya Oyunları fövqəladə vəziyyət rejimində start götürəcək
Tarix: 24.08.2021 | Saat: 06:59:00 | E-mail | Çapa göndər
Yaponiya paytaxtının da daxil olduğu bir neçə prefekturada koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejiminin davam etməsinə baxmayaraq, Tokio XVI Yay Paralimpiya Oyunları avqustun 24-də start götürəcək.

Tokio məhdud imkanlara malik idmançıların bu böyük yarışını ikinci dəfə qəbul edən ilk şəhər olacaq. Lakin 1964-cü ildən fərqli olaraq bu yarışlar koronavirus pandemiyasının dünyanı ağuşuna alaraq böyük təhlükə yaratması səbəbindən azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, sentyabrın 5-dək Tokioda və qonşuluqda yerləşən üç prefekturada davam edəcək və 160 ölkədən təqribən 4400 idmançının qatılacağı yarışlar COVID-19-a gündəlik yoluxmanın rekord həddə çatması ilə əlaqədar fövqəladə vəziyyət şəraitində təşkil ediləcək. Məhz pandemiyaya görə Samoa, Kiribati, Tonqa və Vanuatudan olan paralimpiyaçılar yarışlara qatılmayacaqlar.

Bu yaxınlarda başa çatan və 17 gün davam edən Tokio Olimpiya Oyunları zamanı həm idmançılar, həm də rəsmi şəxslər arasında yoluxma sayı həddindən artıq az olub. Lakin bununla yanaşı, nəzərə almaq lazımdır ki, bəzi paralimpiyaçıların səhhətində mövcud problemlər onların yoluxma riskini artırır və daha güclü simptomların özünü göstərməsinə şərait yaradır.

Hazırda Tokioda gün ərzində 5 min yoluxma faktı qeydə alınır və bu iyulun 23-də Olimpiada ərəfəsində qeydə alınmış göstəricidən təqribən üç dəfə çoxdur. Təsadüfi deyil ki, Tokionun qubernatoru Yuriko Koike ötən həftə paytaxtda yaranmış vəziyyəti “fəlakət səviyyəsi” kimi xarakterizə edib.

Xəstələrin çox hissəsinin evdə müalicə almasına baxmayaraq, Yaponiyanın səhiyyə sistemi çarpayıların çatışmazlığı səbəbindən ağır təzyiq altındadır.

Yarışların təşkilatçılarının müəyyən etdiyi qaydalara əsasən, idmançılar hətta Atletlər kəndində olduqları vaxt belə hər gün PCR testi verməli, tibbi maska taxmalı, sosial məsafəni gözləməlidirlər.

Bununla yanaşı, təşkilat komitəsi yoluxmanın qarşısını almaq üçün əlavə antivirus tədbirlərinin görüləcəyini də bəyan edib.

Açılış mərasiminə gəldikdə, Milli stadionda Olimpiya Oyunlarında olduğu kimi, Paralimpiadanın da rəsmi açılışını İmperator Naruhitonun elan edəcəyi gözlənilir. Həmçinin ümumi yer tutumu 68 min olan stadionda təşkil ediləcək mərasimdə yalnız rəsmi nümayəndələrin iştirak edəcəyi bildirilir.

Mərasimin məzmununun və icraçıların sayının ixtisar ediləcəyi də qeyd olunur. Ümumi sloqanı “Bizim qanadlarımız var!” olan açılış mərasimində qaçqınların da qatıldığı komandaların stadionda olması nəzərdə tutulur. Yaponiyanın bütün vilayətlərindən toplanan və yarışların vətəni sayılan Böyük Britaniyanın Stok-Mandevill şəhərindən gətirilən alov vasitəsilə böyük Paralimpiya məşəli yandırılacaq.

XVI Yay Paralimpiya Oyunlarında idmançılar idmanın 22 növü üzrə 539 dəst medal uğrunda mübarizə aparacaqlar. Bu Oyunlarda parataekvondo və parabadminton üzrə yarışlar ilk dəfə keçiriləcək.

Azərbaycan XVI Yay Paralimpiya Oyunlarında 35 idmançı ilə təmsil olunur. “Rio-2016”nın qızıl mükafatçısı Ramil Qasımov Tokioya gəldikdən sonra koronavirusa yoluxduğuna görə yarışlardan kənarlaşdırılaraq karantinə alınıb. Paralimpiyaçılarımız “Tokio-2020”yə idmanın 6 növü üzrə 47 lisenziya qazanıblar. Atletlərimizin 23-ü kişi, 12-si qadındır. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.

Açılış mərasimində Paralimpiya yığmamızın keçidi zamanı Azərbaycanın bayrağını Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev daşıyacaq. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, paradda Azərbaycanı 20 nəfərlik nümayəndə təmsil edəcək.

Tokio Paralimpiya Oyunlarının təşkilatçıları ümid edirlər ki, bu yarışlar fərqli insanların inklüziv cəmiyyətinin formalaşmasına töhfə verəcək.

Beynəlxalq Paralimpiya Komitəsinni prezidenti Endrü Parsons qeyd edib ki, budəfəki Oyunlar paralimpiya hərəkatı tarixində xüsusi əhəmiyyətə malikdir. Çünki bu yarışlar pandemiya dövründə diqqətdən kənarda qalmış fiziki imkanları məhdud insanların səsini eşitməyə imkan yaradacaq.

Tokio Paralimpiya Oyunları ilə XXXII Yay Olimpiya Oyunları arasında fərqə gəldikdə isə qeyd edək ki, bu dəfə Yaponiya hökuməti ümumi sayı 172 minə çatan paytaxt məktəblilərinə yarışları idman obyektlərində canlı izləmək üçün şərait yaratmaq barədə qərar qəbul edib.
Xəbər 330 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.10.2021 Yaponiya jurnalı Azərbaycan idmançılarının Tokio Olimpiadasında uğurlu çıxışlarına həsr olunan məqalə yayıb
08.09.2021 Tokio Yay Olimpiya və Paralimpiya oyunları zamanı komandaların üzvlərindən 863 nəfər koronavirusa yoluxub
07.09.2021 “Tokio-2020”də uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu Vətənə qayıdıb
06.09.2021 Paralimpiyaçılarımızın triumfu: İdmançılarımız Azərbaycanın milli Paralimpiya tarixində qızıl səhifə yazdılar
05.09.2021 “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları təntənəli bağlanış mərasimi ilə başa çatıb
05.09.2021 İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular
04.09.2021 Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasında 13-cü qızıl medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru