Tennis üzrə Fransa açıq çempionatında (Roland Garros) kişilərin yarışında ikinci finalçı məlum olub.
İkinci yarımfinal görüşündə Novak Cokoviç (Serbiya) və Rafael Nadal (İspaniya) üz-üzə gəlib. Qarşılaşma serbiyalı tennisçinin qələbəsi ilə başa çatıb – 3:1 (3:6, 6:3, 7:6 7:4, 6:2).
Novak Cokoviç finalda yunanıstanlı tennisçi Stefanos Tsitsipasla üz-üzə gələcək. Final oyunu iyunun 13-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
R.Nadal və N.Cokoviç “Böyük dəbilqə” seriyası turnirlərində 58 dəfə qarşılaşıblar. Onların 30-da Cokoviç üstün olub.
Roland Garros turnirində isə bu idmançılar 9 dəfə qarşılaşıblar. İkisində serbiyalı, 7-də isə ispaniyalı tennisçisi qalib gəlib. Ötən il Fransa açıq çempionatının finalında Rafael Nadal Novak Çokoviçi 3:0 (6:0, 6:2, 7:5) hesabı ilə məğlub edib.
Qeyd edək ki, hazırda Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində birinci pillədə qərarlaşır. Onun hesabında “Böyük dəbilqə” turnirlərində 18 qələbə var: o, 9 dəfə “Australian Open”, 5 dəfə “Uimbldon”, üç dəfə “US Open” və bir dəfə “Roland Garros” turnirlərinin qalibi olub.
|