Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |
|
|
|
Azərbaycan Premyer Liqasının bürünc medalını "Sumqayıt" qazandı |
|
Tarix: 19.05.2021 | Saat: 16:30:00 | E-mail | Çapa göndər
|
|
Mayın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci mövsümünün sonuncu - XXVIII turunun 3 oyunu keçirilib.
Bununla da avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.
Səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. Qonaqlara qələbə qazandıran yeganə qola 43-cü dəqiqədə Murad Xaçayev imza atıb. "Gənclik şəhəri" təmsilçisi 2021-2022-ci il mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. Komanda tarixi ərzində ilk dəfə medal qazanıb.
"Zirə" isə səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub. Matçda ilk qolu 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Ramil Şeydayev vurub. "Qartallar" 72-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Penaltidən fərqlənən Qismət Alıyev tarazlığı bərpa edib. Lakin 89-cu dəqiqədə Masazır təmsilçisi 2-ci topu rəqibin qapısından keçirib. Bu dəfə Xulio Sezar Rodriges keçmiş komandasını cəzalandırıb. Bu nəticə ilə 38 xalda qalan "Zirə" 4-cü olub. "Sabah" isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.
Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gələn "Keşlə" sonuncu pillədən xilas olub. Qarşılaşmada hər 3 qol ilk hissədə vurulub. "Keşlə"nin heyətində 15-ci dəqiqədə Şəhriyar Əliyev, 1 dəqiqə sonra isə Silvio Rodriges fərqlənib. 26-cı dəqiqədə qonaqlardan Ceyms Adeniyi fərqi azaltsa da, "qırmızı-qaralar"ın bundan artığına gücü çatmayıb. 90+6-cı dəqiqədə Vüsal İsgəndərlinin qolu yekun hesabı müəyyənləşdirib. Bu qələbədən sonra xallarını 26-ya çatdıran paytaxt təmsilçisi 6-cı pilləyə qalxıb. Eyni xala malik "Qəbələ" 7-ci olub. 24 xalı olan "Səbail" isə mövsümü son sırada başa vurub.
Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Dalğa Arena"dakı görüş çempionun adına aydınlıq gətirəcək.
|
|
|
|
Xəbər 363 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|