Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırdırlar
Tarix: 19.11.2020 | Saat: 07:30:00 | E-mail | Çapa göndər
Bu gün Çexiyanın paytaxtı Praqada Avropa çempionatı start götürəcək. Tamaşaçısız keçiriləcək yarış noyabrın 21-dək davam edəcək.

Qitə çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

Qadın cüdoçuların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Komandamız qitə çempionatına qatılan yığmalar arasında güclülərdən hesab olunur. Ötənilki analoji yarışı yığmamız biri gümüş, dördü isə bürünc olmaqla beş medalla başa vurub. Gümüş medalı komandamızın aktivinə Rüstəm Orucov yazdırıb. Bürünc medallara isə Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska sahib olublar.

Qeyd edək ki, qitə çempionatı II Avropa Oyunları çərçivəsində keçirilmişdi.

Builki qitə çempionatına da cüdoçularımız yaxşı hazırlaşıblar. Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı müsahibəsində bütün idmançılarımızın medal şanslarının olduğunu bildirib: “İdmançılarımızın medal şanslarını qiymətləndirərkən R.Orucovu xüsusi qeyd etməliyik. Cüdoçumuz öz çəki dərəcəsində qitə çempionatının reytinq favoritidir. Bu il Macarıstan və Almaniyada keçirilmiş “Böyük dəbilqə” turnirlərində qızıl və bürünc medallar qazanıb. Macarıstandakı yarışda O.Səfərov və M.Mehdiyev də bürünc medallarla fərqləniblər. Düsseldorf “Böyük dəbilqə”sində isə E.Qasımov gümüş, Z.Kotsoyev bürünc medal əldə ediblər. Həmin yarışda ikinci yeri tutan qadın cüdoçumuz İ.Kinderskanı da xüsusi vurğulamaq lazımdır. Güclü reytinqə malik idmançımız ciddi rəqiblərdən biri hesab olunur. Builki yarışlarda komandamızın gənc üzvlərindən biri olan G.Məmmədəliyeva da uğurla çıxış edib. O, 23 yaşadək gənclərin Avropa çempionatında gümüş medal qazanıb”.

Builki yarışlarda ilkin görüşlərdə qalib gələn digər idmançılarımız medal qazanmasalar da, Tokio Olimpiadasına vacib reytinq xalları əldə edə biliblər.

Ümumiyyətlə, builki Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bir neçə dəfə təxirə salınıb. Sonda təşkilatçı ölkənin hakimiyyəti və səhiyyə səlahiyyətliləri ilə birgə yarışın noyabrın 19-dan 21-dək keçirilməsi barədə qərar qəbul edilib. Təbii ki, yarışlar zamanı iştirakçılar və rəsmilərin məsafə saxlamaları və tibbi maskalar taxmalarına ciddi nəzarət ediləcək. İdmançıların hər hansı tələbləri pozmaları və ya səhiyyə məlumatlarının səhv olması aşkar olunarsa, diskvalifikasiya edilə bilərlər.

İlkin mərhələnin döyüşləri Bakı vaxtilə 1:00-da, final yarışları isə 19:00-da başlayacaq. Yarışın rəsmi açılış mərasimi noyabrın 20-də baş tutacaq. Noyabrın 21-də bağlanış mərasimində bayrağın təntənəli şəkildə gələn il Avropa çempionatına ev sahibliyi edəcək Lissabona təqdim edilməsi planlaşdırılır.

Bu gün kişilər 60 və 66 kiloqram, qadınlar 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Noyabrın 20-də 73, 81 kiloqram (kişilər) və 63, 70 kiloqram (qadınlar) çəki dərəcələri üzrə döyüşlər keçiriləcək. Yarışların son günü isə cüdoçular 90, 100 və 100 kiloqramdan yuxarı (kişilər), 78 və 78 kiloqramdan yuxarı (qadınlar) çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaqlar.

AZƏRTAC
Xəbər 439 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11.05.2024 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10.05.2024 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
05.05.2024 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05.05.2024 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
27.04.2024 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
26.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionu olub
25.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
14.04.2024 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14.04.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru