Ümumdünya Şahmat Olimpiadasına Azərbaycan komandası uğurla start verib.
İlk oyununu Niderland yığmasına qarşı keçirən komandamız 3,5:2,5 hesabla qalib gəlib. Belə ki, şahmatçılarımız Teymur Rəcəbov, Günay Məmmədzadə, Xanım Balacayeva rəqiblərinə qalib gəliblər, Gülnar Məmmədova isə heç-heçə edib.
Komandamız bu gün daha iki oyun keçirəcək. Şahmatçılarımızın rəqibləri Macarıstan və Cənubi Afrika Respublikasının yığmaları olacaq.
|