Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə onlayn şahmat superturnirində ilk tura yekun vurulub.
Azsport.az saytı xəbər verir ki, bu gün hər iki qarşılaşma əsas 4 partiyada yekunlaşıb və "armagedon"a ehtiyac olmayıb. ABŞ şahnatçısı Fabiano Karuana rusiyalı Yan Nepomnyaşiyə 2,5:1,5, fransalı Maksim Vaşye-Laqrav isə Niderland təmsilçisi Aniş Giriyə 3:1 hesabı ilə qalib gəlib. Nəticədə hər iki cütlüyün qalibi turdan 3 xalla ayrıldığı halda, məğlublar xalsız qalıblar.
İlk turun yekununda Maksim Vaşye-Laqrav, Din Liren və Fabiano Karuana 3 xalla turnur cədvəlində liderlik edirlər. Maqnus Karlsen 2 xalla 4-cü, Hikaru Nakamura 1 xalla 5-ci yerdədir. Yan Nepomnyaşi, Əlirza Firuzca və Aniş Giri xalsız olaraq, autsayderlər qrupunu təşkil edirlər.
|