Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bir şahidin gözü ilə: “Ölmək istəyirdim... Tanrıya yalvarırdım... Dözə bilmirdim...”
Tarix: 05.04.2020 | Saat: 05:00:00 | E-mail | Çapa göndər
Koronavirusla ölüm-qalım savaşının həqiqətləri

Məşhur NBC saytı motoidman veteranı, drəq-reyser, 20 ildir fəaliyyət göstərən müstəqil onlayn yayımlar və onlayn jurnal saytı “CompetitionPlus.com”un naşiri və redaktoru Bob Bennetin COVID-19-la mübarizəsini təsvir edən təsirli söhbəti dərc edib.

Söhbətə başlayan Bob Bennet deyir:

- Açıq deyim sizə. Ölmək istəyirdim. Allaha yalvarırdım ki, canımı alsın. Daha dözə bilmirdim.

Bennet koronavirus analizlərinin nəticəsi müsbət çıxandan sonrakı 3 həftə ərzində məşəqqətli, əzab-əziyyətli günlər yaşayıb. Həmin günlərdə itirdiyi 10 kq çəki ən az verdiyi ən kiçik qurban olub.

Hazırda o, asta-asta özünə gəlməyə çalışır. İndi daha çox drəq-reysinq həsrətindədir. İstəyir ki, yarışları tezliklə bərpa olunsun və o geri dönsün, bu günləri bir yuxu kimi unutsun. İstəyir ki, yarış ovqatına köklənib, bu bəlanın psixoloji yükündən azad olsun.

Bennet koronavirusun insanı necə parçaladığından, mənən məhv etməyə çalımasından danışmaq istəmir. Öz təcrübəsində, öz nümunəsində bu infeksiyanın nə qədər real təhlükə olduğunu gördüyündən, hər kəsin bunu anlamasını, söz olmadığına inanmasını və özünü qorumasını rica edir.

- Mən də elə bilirdim ki, bu uydurulmuş nağıldır, kiminsə "sarsaqlamasıdır” deyə qəfil fikrə gedən Bennet davam edir, - Hər gün bir az da yaxşılaşıram, özümə gəlirəm, normal həyata qayıdıram. İlahi, o günlərə dönmək istəmirəm - hər günüm əzab idi. Bilirsiniz, sizə deyim, COVID-19 cismimin hər hissəsinə, bədənimin hər guşəsinə müdaxilə edir, düşüncəmə təsir göstərir, gecələr yuxularıma qarışırdı. Yuxulardan deyim sizə. Hər gecə sürəklə heç bir mənası olmayan yuxular görürdüm. Sadəcə, rəqəmlər beynimdə qaçışır və hər sabah başağrı ilə oyanırdım. Həyatım boyu belə şeylər görməmişdim. O hər gün məni damla-damla fiziki cəhətdən ta əqli imkanlarıma qədər hər şeyimi əlimdən alırdı. Yeddinci, ya səkkizinci gün artıq ölmək istəyirdim.

Yazını qələmə alan Cerri Bonkovski qeyd edir ki, Bennet həmişə gümrahlığı, nikbinliyi, öz işini sevən peşəkar kimi həmişə diqqət çəkib. Heç vaxt onu pis ab-havada görməzsən. Həyatdan həzz almağı bacaran bir insandır. Lakin xəstəxanada çıxan Bennetə zəng edərkən, onu tam fərqli - daha yorğun və arğın səsini eşidib. Bennet hələ də özünə gəlməyə çalışır, çünki əvvəl tanıdığı Bennet deyil hələ - psixoloji cəhətdən özünü toparlamağa çalışır.

- Mən gümrah, şən insanam, amma..., - Bennet etiraf edir ki, xəstəxanadan çıxdıqdan sonra həyata daha başqa gözlə baxır, - Bilirsən, bir il əvvəl yaxına buraxmadığım, diqqət etmədiyim şeyləri indi rahatlıqla edirəm. Həyatdan daha çox həzz alıram. Bax, birini deyim, evə qayıtdığım ilk günü deyim: heç nə etmədim, sadəcə, bir stulu götürüb həyətə qoydum, oturub bir xeyli quşları seyr etdim. Təxminən bir saat sonra ayağa qalxdım, bu gözəl anlar üçün quşlara təşəkkür etdim və sevimli “Camaro”ma oturub başqa bir seyrə çıxdım.

Sanki koronavirusun məhkumluğundan, həbsdən qurtulurmuş kimi seyrə çıxan Bennet söhbətə davam edir:

- Qərara gəldim ki, bədbinliyi yaxına buraxmayım, azad olum, həyata qayıdım. Özümə dedim ki, ta özümə gələnə qədər bu ev mənim olmayacaq. Həyat yoladaşımı çağırıb, “gedirəm, nə vaxt da qayıdacağımı bilmirəm, amma mütləq qayıdacağam” dedim. Beləcə, avtomobilə mindim və necə deyərlər, sükanım hara, mən də ora yol aldım.

Onun sonrakı etirafları da maraqlıdır:

- Yolun bir neçə kilometrini ancaq ağladım, Allahdan üzr dilədim ki, nahaqdan özümə ölüm arzulamışam, günah işlətmişəm. Yolun ikinci yarısını isə ağlayaraq, Allaha dua edib minnətdarlığımı bildirdim ki, mənim bu dualarımı qəbul etməyib. Beləcə, sükan arxasında bir neçə saatın xəyallarını başa vurub, doğma evimə qayıtdım.

Qayıdan kimi, növbəti sevimli avtomobili - “Ford Mustang”ın sükanı arxasına əyləşib, yeni macəralı xatirələr ardınca yola düzəlib. Musiqi seçimi də sanki onun düçüncələrinə təkan verib: Rass Təffin “Mən hələ də inanıram” mahnısının sədaları altında o ötən günlərin xəyalına dalıb:

- Adi qrip idi, mənə belə də deyirdilər və ürək-dirək verirdilər ki, narahat olmayım. Yox, bu qrip deyildi, əsl qulyabanı idi.

52 yaşlı Bennet deyir ki, bu xəstəliyi övladı və həyat yoldaşına keçirsəydi, özünü necə bağışlaya biləcəyini də təsəvvürünə gətirmir. O, xəstəliyə Kaliforniyadan yürüşdən qayıdanda, təyyarədə Los Anceledən Şarlotta uçarkən martın 8-də yoluxubmuş.

- Cismimdə oturaqlaşmış virusla mübarizəmin ilk 4 günündə ancaq təyyarəni xatırlayırdım ki, özümü necə qorumadım, xəstəliyi ciddiyə almadım. Sanki yenidən həmin ana qayıdaraq, özümü danlayırdım: “bax, yanındakılar öskürür, sənin tibbi maskan niyə yoxdur? Bəzən özümə haqq qazandırırdım: “hara gedə bilərdim axı”. Təsəlli tapırdım: “bu da mənim qədərimdir”.
O, xəyallara dalaraq fikrinə davam edir:

- Əvvəlcə elə bilirdim ki, bu xəstəlik məni yaxalaya, mənə qalib gələ bilməz. Qayıdandan sonra 5-ci gün idi. Təcili tibbi yardım mərkəzinə getdim. Adi qrip diaqnozu ilə qayıtdım, dərmanlar, antibiotik aldım, müalicəyə başladım. Daha 4 gün sonra yerli xəstəxanaya getdim, çünki hərarətim qalxmışdı və saatbasaat məni daha betər edirdi. Yaxma götürdülər, dərman verdilər və evə yolladılar. Dedilər zəng etməyim, özləri əlaqə saxlayacaq. Evə qayıtdım, öz həkimimə yazdım ki, ölürəm. Amma, sən demə, hərarətdən elecktron ünvanı da düz yazmamışam. Mənə geri cavab gəldi ki, “Dost, ünvanı səhv salmısan”.

Bennet COVID-19 diaqnozuna necə çatdığını xatırlayır:

- Martın 21-də həratərim dözülməz həddə çatmışdı, dayana bilmir, zarıyırdım. Dostuma zəng etdim. O məni birbaş COVID-19 infeksiyası ilə məşğul olan tibbi mərkəzə yönləndirdi. Həyat yoladaşım məni xəstəxanaya çatdırdı. Düz saat yarım hərarətimi aşağı salmağa çalışdılar. Analiz verdim... Evdən çıxanda elə bilirdim ki, bir-iki saata qayıdacağam. Amma düz 4 gün davam etdi: müayinə edən həkim COVID-19 olduğuna əminliyini bildirdi, analiz verməyi və rəsmi qərarı xəstəxanada qalıb gözləməyi tövsiyə etdi. Dedi ki, vəziyyət elədir ki, bütün ştatda gərginlikdir. Buna görə də cavablar 4 gündən tez gəlməyə də bilər.

Birinci dəfə verdiyi analizin cavabı təsdiqləndi. Laboratoriyadan da eyni pozitiv cavab gəldi:

- Və mənim 14 günlük macəram başlandı. Başımın üzərini ağgeyimli tibb bacıları, həkimlər kəsdirmişdilər. Özümdə deyildim.

Deyirlər ki, Bennettə bu əzabdan qurtulmağa kömək edən ən vacib amillərdən biri də yumor hissi olub. Hətta ən ağrılı, ən dözülməz anlarda belə o, gülümsəyir, təbəssümü tibbi personaldan əskik etmirmiş, zarafatından qalmırmış.
İndi onu bu xəstələyin qayıdışlı olması, təkrar yoluxma ehtimalının olması ehtiyatlandırır:

- Bu, lap “Çənələr” (“Jaws”) filmindəki kimidir. Bilirsən ki, suda köpək balığı dolaşır, amma suya atılıb çimmək, üzmək də istəyirsən.

Lakin Bennet ailəsinin həyatını təhlükə altına atmaq fikrində deyil. Yenə hər gün sevimli avtomobillərində şütüyür, sürət yığır. Amma artıq ağzında tibbi maska və əlində əlcək olmadan yola çıxmır.

Həyat asta-asta axarına qayıdır. Ötən günlərin xatirəsi isə ağzından düşməyən maska və əllərini bağlayan əlcəklərdir.

- Bilmirəm əvvəlki kimi olacağam, ya yox. Amma bircə bildiyim odur ki, həyata baxışım dəyişib, indi ətrafa başqa gözlə baxıram. Əvvəl adi və “belə də olmalıdır” kimi qarşıladığım hər şey mənim üçün başqadır: hər gün mənə verilmiş sonuncu şans qədər dəyərlidir. Yaxınlarımdan, ətrafımda olan insanlardan kimsə bu yolu keçməli, bu təcrübəni qazanmalı idi ki, onları bölüşüb, əzablardan onları sığortalasın, görüb ibrət dərslərini götürsünlər, bu infeksiyanın nə qədər dəhşətli olduğunu anlasınlar, başa düşsünlər.

O, lap əvvəldə olan sözləri dönə-dönə təkarlayır:

- Və hər dəfə Tanrıya şükür edirəm ki, o ilk günlərdəki dualarımı qəbul etməyib, mənə rəhm edib, məni həyata qaytarıb.

Təqdim etdi: Batı Yar

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 846 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.05.2024 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15.05.2024 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15.05.2024 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru