Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
20 yaşlı idmançımızdan ilk möhtəşəm nailiyyət
Tarix: 03.06.2012 | Saat: 06:33:00 | E-mail | Çapa göndər
Moskvada kayak və kanoe üzrə Dünya Kubokunun III mərhələsi start götürüb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən idman.com.az saytına verilən məlumatına görə, Azərbaycan nüfuzlu yarışda 4 kanoeçi – Valentin Demyanenko, Andrey Kraytor, Sergey Bezuqlı, Maksim Prokopenko və 5 kayakçı – Mirnazim Cavadov, Tamerlan Mustafayev, Aleksandr Piçugin, Yasin Əhmədov və Amil Hüseynli ilə təmsil olunur.

Onların arasında ilk dəfə kayakçımız Mirnazim Cavadov möhtəşəm nailiyyətə imza atıb. Cəmi 20 yaşa malik Cavadov karyerasında ilk dəfə 1-nəfərlik qayıqla həm 200 metr, həm də 500 metr məsafəyə yürüşlərdə Dünya Kubokunun əsas finalına yüksəlib. O, 200 metrlik yürüşə digər kayakçımız Tamerlan Mustafayevlə birgə qatılıb. Seçmə yürüşdə Cavadov finişə 40,266 saniyəyə 4-cü, Mustafayev 42,606 saniyəyə 5-ci çatıb. Onların hər ikisi yarımfinala adlayıb. Növbəti mərhələdə Cavadov 40,370 saniyə nəticə ilə 3-cü yeri tutaraq, əsas finala yüksəlib. 41,429 saniyə göstəriciyə malik Mustafayev isə 7-ci olub. Əsas final yürüşü iyunun 3-də Bakı vaxtı ilə saat 13:02-də olacaq. Cavadovun rəqibləri Mürrey Stüart (Avstraliya), Pyotr Simyonovski (Polşa), Sezar de Sezare (Ekvador), Maksim Moloçkov (Rusiya), Egidiyus Balçyunas (Litva), Aleksey Rumyantsev (Latviya), İqnas Navakauskas (Litva), Adam van Kuverden (Kanada) olacaq. Bundan daha tez – saat 12:30-da Mustafayev 10 – 18-ci yerlərdən birini tutmağa imkan verən «B» finalına qatılacaq.

Cavadov 500 metr məsafəyə yürüşdə seçmə mərhələni 1 dəqiqə 48,254 saniyəyə 4-cü, yarımfinal yürüşünü 1 dəqiqə 51,577 saniyə nəticə ilə 3-cü pillədə başa vuraraq, finala çıxıb. Bu məsafəyə həlledici yürüş iyunun 3-də saat 13:51-də olacaq. Kayakçımız start xəttinə Dmitri Yekimov (Rusiya), Viliyam İbrahimov (Özbəkistan), Yost Zakraysek (Sloveniya), Mürrey Stüart (Avstraliya), Yuri Postriqay (Rusiya), Aleksey Moçalov (Özbəkistan), Aleksandr Yemelyanov (Qazaxıstan) və Sören Şüstlə (Almaniya) birgə çıxacaq.

Kanoeçilərin mübarizəsində Sergey Bezuqlı – Maksim Prokopenko dueti 2-nəfərlik qayıqla 200 metr, 500 metr və 1000 metr, Valentin Demyanenko və Andrey Kraytor 1-nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşdə finala yüksəliblər. 200 metr məsafəyə seçmə yürüşdə Demyanenko 43,427 saniyə, Kraytor 43,608 saniyə nəticə ilə 1-ci yeri tutublar. Bu nəticə ilə hər iki kanoeçimiz birbaşa əsas finala yüksəlib. Mayın 3-də saat 13:07-də baş tutacaq həlledici yürüşdə onların rəqibləri Mark Olderşou (Kanada), Adil Mojallalimoğaddam Fumani (İran), Andrey Qanin (Rusiya), Yevgeni Şuklin (Litva), Aleksandr Kostoqlod (Rusiya), Yevgeni Myasnyankin (Litva) və Ronni Ratia (Venesuela) olacaq.

500 metr məsafəyə yürüşə gəldikdə, seçmə mərhələdə Demyanenko 1 dəqiqə 55,949 saniyə nəticə ilə 2-ci, Kraytor 1 dəqiqə 58,980 saniyə göstərici ilə 3-cü yeri tutaraq, birbaşa əsas finala çıxıblar. Mayın 3-də saat 15:40-da baş tutacaq həlledici yürüşdə onların rəqibləri Donqjin Şin (Cənubi Koreya), Sebastian Henniq (Almaniya), İlya Ştokalov (Rusiya), Leonid Tılş (Rusiya), Yan Vandrey (Almaniya), Pavel Rusu (Moldova) və Ruslan Muratov (Qazaxıstan) olacaq.

Bezuqlı – Prokopenko dueti 200 metr məsafəyə seçmə yürüşdə finişə 42,510 saniyəyə 3-cü çatıb və birbaşa əsas finala yüksəlib. Mayın 3-də saat 13:29-da keçiriləcək həlledici yürüşdə onların rəqibləri Conatan Tafra – Alvaro Torres (Çili), Viktor Melantyev – Nikolay Lıpkin (Rusiya), Yevgeni İqnatov – Aleksandr Kostoqlod (Rusiya), Raymundas Labukas – Tomas Qadeykis (Litva), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Yaroslav Radon – Filip Dvorak (Çex Ruspublika), Erlon de Souza Silva – Ronilson Matias de Oliveyra (Braziliya), Vasili Kirila – Andrey Turtsan (Moldova) duetləri olacaq.

Bezuqlı – Prokopenko dueti 500 metr məsafəyə yürüşdə birbaşa əsas finala qatılacaq. Rəqib qismində Pavel Petrov – Aleksey Bovdurets (Rusiya), Vladimir Petrov – Yevgeni Kovalenko (Qazaxıstan), Yaroslav Radon – Filip Dvorak (Çex Respublikası), Vasili Kirila – Andrey Turtsan (Moldova), İqor Karqapolov – İldor Kayumov (Özbəkistan), Nelson Enrikes – Fortunato Pakavira (Anqola), Vladimir Çernışkov – İvan Kuznetsov (Rusiya), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan) duetləri mübarizəyə qatılacaqlar.

1000 metr məsafəyə yürüşlər isə artıq tamamlanıb. Bezuqlı –Prokopenko dueti seçmə mərhələdə finişə 3 dəqiqə 50,802 saniyəyə çatıb. Azərbaycanlı cütlük yalnız rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin duetindən (3:49.141) geri qalıb. Bu nəticə kanoeçi duetimizin birbaşa əsas finala yüksəlməsi üçün yetərli olub. Həlledici yürüşdə isə Bezuqlı – Prokopenko dueti 4-cü olub. Onlar finişə 4 dəqiqə 18,349 saniyəyə çatıblar. Qızıl və gümüş medalları rusiyalı Pavel Petrov – Aleksey Bovdurets (4:04.605) və Aleksey Korovaşkov – İlya Pervuxin (4:08.579) duetləri qazanıb. Bürünc medala isə çexiyalı Yaroslav Radon – Filip Dvorak (4:10.595) cütlüyü layiq görülüb.

1000 metr məsafəyə kayakçıların yarışında 4-nəfərlik qayıqla birbaşa final yürüşündə iştirak edən Tamerlan Mustafayev – Amil Hüseynli – Aleksandr Piçugin – Yasin Əhmədov kvarteti finişə 3 dəqiqə 57,471 saniyəyə çatıb və 6 iştirakçı arasında sonuncu olub.

Kayakçılarımızın 500 metr məsafəyə yürüşünə gəldikdə, Tamerlan Mustafayev – Amil Hüseynli dueti 2-nəfərlik qayıqla seçmə mərhələdə finişə 1 dəqiqə 49,199 saniyəyə 7-ci, yarımfinalda 1 dəqiqə 48,648 saniyəyə 5-ci çataraq, mübarizəni dayandırıb.

Xəbər 1305 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.05.2024 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03.05.2024 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
02.05.2024 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
28.04.2024 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru