Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İlin ən yaxşı idmançıları mükafatlandırılıb
Tarix: 27.12.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər
Dekabrın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2019-cu il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Gənclər və İdman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2019-cu ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir vurğulayıb ki, Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, kubok yarışlarında və beynəlxalq turnirlərdə 775 medal qazanıblar. Medallardan 327-si Olimpiya idman növlərinin payına düşür. İl ərzində ölkəmizdə bir sıra mühüm yarışlar keçirilib. Bakıda yüksək səviyyədə təşkil olunan XV Avropa Gənclər Olimpiya Festivalı möhtəşəmliyi ilə yadda qalıb. Bu yarışda 23 medal qazanan yığma komandamız ilk dəfə dördüncü yeri tutub. İdmançılarımız ikinci Avropa Oyunlarında 28 medal qazanıblar. İtaliyanın Neapol şəhərində keçirilən universiadada və bir sıra yarışlarda da çoxlu medallar qazanılıb.

A.Rəhimov, həmçinin diqqətə çatdırıb ki, cari ildə ölkəmizdə 233 respublika əhəmiyyətli yarış təşkil edilib. Təkcə Bakıda 60-dan çox beynəlxalq turnir keçirilib. Regionlarda idman tədbirlərinin keçirilməsi istiqamətində fəallıq artır. İdmançılarımız il ərzində 243 beynəlxalq yarışda iştirak ediblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın cari ildəki çıxışlarını yüksək qiymətləndirib. Bu uğurların Azərbaycan dövlətinin idmana qayğısının təzahürü olduğunu vurğulayan Ç.Hüseynzadə deyib ki, gələn il idmançılarımızı ciddi sınaq gözləyir. Əsas hədəf Tokio Olimpiadasında uğurla çıxış etməkdir.

Sonra müxtəlif nominasiyalar üzrə 2019-cu ilin ən yaxşıları mükafatlandırılıb. “İlin ən yaxşı idmançısı” nominasiyasında Hacı Əliyev (sərbəst güləş), Rostislav Pevtsov (triatlon), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Mariya Stadnik (qadın güləşi), Milad Beigi Hərceqani (taekvondo), Rüstəm Orucov (cüdo), Zöhrə Ağamirova (bədii gimnastika), Elçin Əsədov (velosiped), Ramal Aslanov (kikboksinq), Aynur Məmmədova (parataekvondo) mükafatlandırılıblar. Ziyad Xəlfəyev (atletika), Rəşad Əhmədov (taekvondo), Əkbər Muradov (güllə atıcılığı) “Ən yaxşı məşqçi”, Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cudo), Asif Şirəliyev (güləş) isə “Ən yaxşı hakim” adlarına layiq görülüblər. İdman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyası mükafatlandırılıb. Azərbaycan Cüdo Federasiyası isə ilin ən yaxşı federasiyası mükafatına layiq görülüblər. Şahmat üzrə qadınlardan ibarət yığmamız isə “İlin ən yaxşı komandası” seçilib.

Tədbirdə, həmçinin ilin ən yaxşı idman qurğuları, idman təşkilatları, ən fəal idman veteranı, idman həkimi, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri də təltif olunublar.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 6507 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.05.2024 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10.05.2024 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
09.05.2024 Gədəbəydə “Yaşıl marafon" keçirilib
08.05.2024 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
06.05.2024 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06.05.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
04.05.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
03.05.2024 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
29.04.2024 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
28.04.2024 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru