Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Faiq Qarayevə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub
Tarix: 30.10.2019 | Saat: 14:08:00 | E-mail | Çapa göndər
Azərbaycan Voleybol Federasiyasının (AVF) birinci vitse-prezidenti Faiq Qarayevin Prezident İlham Əliyevin Sərəncamına əsasən təltif olunduğu 2-ci dərəcəli “Əmək” ordeninin təqdim edilməsi ilə bağlı oktyabrın 30-da tədbir keçirilib.

Tədbirdə çıxış edən AVF-nin prezidenti Cavid Qurbanov 60 illik yubileyini qeyd edən Faiq Qarayevin həyatını voleybola həsr etdiyini deyib. Bildirib ki, o, Azərbaycan ilə yanaşı, Rusiyada və Türkiyədə də məşqçilik edib. Daha sonra dövlətimizin başçısı İlham Əliyevin dəvəti ilə ölkəmizə gəlib və bir sıra uğurlara imza atıb. Onun rəhbərliyi ilə bir çox tanınmış idmançılar yetişiblər. Faiq Qarayev bu gün bütün dünyada tanınan istedadlı voleybol mütəxəssisidir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə AVF-nin birinci vitse-prezidenti F.Qarayevin “Tərəqqi” və “Şöhrət” ordenlərinə layiq görüldüyünü diqqətə çatdıran C.Qurbanov yubilyara cansağlığı və uğurlar arzulayıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə voleybol idmanının inkişafında və qazanılan nailiyyətlərdə Faiq Qarayevin mühüm rolunu vurğulayaraq deyib: “O, Azərbaycanın ən öndə gələn idman xadimlərindən biridir. Onunla eyni gündə “Şöhrət” ordeni ilə təltif olunmuşuq. Nailiyyətlərini bütün dünyada bilirlər. Beynəlxalq Olimpiya Komitəsi qadınlar arasında idmanın inkişafına verdiyi töhfələrə görə Faiq Qarayevi xüsusi diplomla mükafatlandırıb. Ümumiyyətlə, Faiq Qarayevin uğurları böyükdür”.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov təcrübəli mütəxəssisi nazir Azad Rəhimovun adından təbrik edib və onun karyerasından, qazandığı uğurlardan danışıb.

Sonra Faiq Qarayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli Sərəncamı oxunub.

AVF-nin prezidenti C.Qurbanov 2-ci dərəcəli “Əmək” ordenini Faiq Qarayevə təqdim edib.

AVF-nin vitse-prezidenti Vaqif Əliyev, veteran voleybolçu Şəfəq Kərimova və kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlilov da çıxışlarında yubilyarı təbrik edib, ona uğurlar arzulayıblar.

Sonra AVF-nin Rəyasət Heyətinin qərarı ilə federasiyanın əməkdaşlarının və veteran voleybolçuların bir qrupu yubileyləri münasibətilə mükafatlandırılıb. Onlara diplom və pul mükafatları təqdim olunub.

AVF-nin birinci vitse-prezidenti F.Qarayev fəaliyyətinin Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirilməsindən və 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmasından böyük qürur hissi keçirdiyini bildirib və buna görə minnətdarlığını ifadə edib. O, bu mükafatı bütün komandanın uğuru kimi dəyərləndirib. Faiq Qarayev Prezident İlham Əliyevin yubiley münasibətilə onu şəxsən təbrik etməsinin həyatının ən unudulmaz anlarından biri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, F.Qarayevin rəhbərliyi altında qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk dəfə 1994-cü ildə dünya çempionatının final mərhələsində çıxış edib. Onun rəhbərliyi ilə “Azərreyl” komandası 2002-ci ildə Top Komandalar Kubokunun qalibi olub. Həmçinin komandamız 4 dəfə dünya, 8 dəfə isə Avropa çempionatının final mərhələsində mübarizə aparıb.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 751 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.04.2024 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
18.04.2024 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
23.12.2023 Voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib
22.12.2023 Yüksək Liqa: İlin son oyununda “Neftçi” qələbə qazanıb
07.12.2023 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06.12.2023 Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
04.12.2023 Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
26.11.2023 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
23.11.2023 Azərbaycanın voleybol millisi bu gün Litva ilə qarşılaşacaq
23.11.2023 "Neftçi" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru