Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
18/05 | 19:01 Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub
18/05 | 18:00 AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
18/05 | 16:59 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18/05 | 16:28 Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18/05 | 14:56 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
18/05 | 13:34 Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu olub
18/05 | 11:23 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
17/05 | 17:56 Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
17/05 | 13:49 Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
Tarix: 22.10.2019 | Saat: 11:37:00 | E-mail | Çapa göndər
Oktyabrın 22-də Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışının başlanması ilə əlaqədar mətbuat konfransı təşkil edilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai qeyd edib ki, Formula 1 Azərbaycan Qran-Prisinin biletləri oktyabrın 22-də şirkətin rəsmi veb-saytında (www.bakucitycircuit.com) və “iTicket.az” kassalarında satışa çıxarılıb. Bakının mərkəzi küçələrində beşinci dəfə keçiriləcək Formula 1 yarışı gələn il iyunun 5-7-də baş tutacaq. Yarışın keçirilməsinin beşilliyi münasibətilə BŞH avtoidman həvəskarlarına dördgünlük biletləri 20 faiz endirimlə təklif edir. Əsas məqsəd gənclərdə Formula 1-ə maraq oyatmaqdır. Endirim kampaniyası 2020-ci il yanvarın 15-nə qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. İlkin endirim kampaniyası ilə birlikdə yerli sakinlərə əlavə 25 faizlik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildirlər.

Bildirilib ki, dördgünlük biletlər azarkeşlərə trekdə üç gün davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində təşkil olunacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin iyunun 4-də keçiriləcək Pit Yolu yürüşündə iştirak imkanı verir. Bu təcrübə minlərlə Formula 1 azarkeşinə komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləri Formula 1 dünya çempionatının ən unudulmaz və ən dramatik yarışlarından birinə çevrilmiş Azərbaycan Qran-Prisinə necə hazırladıqlarının şahidi olmaq imkanı təqdim edir.

BŞH-nin kommersiya üzrə rəhbəri Bülent Özərdim beşinci dəfə keçiriləcək yarışa marağın daha da artdığını və yeni mövsümdə konsert proqramlarının açıq havada baş tutacağını bildirib. O qeyd edib ki, ötən mövsüm əsas sponsor olan SOCAR ilə bir illik əməkdaşlıq müddəti artıq başa çatıb. Yeni mövsümdə sponsorlar siyahısında SOCAR, yaxud digərləri də ola bilər. Hər il Bakıda keçirilən Formula 1 Qran-Prisinin mövsümün ən həyəcanlı yarışlarından birinə çevrilməsinə və dünyanın müxtəlif ölkələrindən Formula 1 azarkeşlərinin göstərdiyi xüsusi rəğbətə şahid olmaq bizim üçün qürurvericidir. Ev sahibliyi etdiyimiz sonuncu yarış yenə də gərgin mübarizə və möhtəşəm əyləncə ilə yaddaqalan oldu. İnanırıq ki, gələn ilin iyununda Bakıda keçiriləcək Formula 1 yarışında yenidən dramatik məqamlara, yüksək sürətə və həyəcan dolu anlara şahid olacağıq.

B.Özərdim deyib ki, 2019-cu ilin aprelində Bakı ən sürətli şəhər trekində yaşanan gərgin mübarizə ilə yanaşı, möhtəşəm əyləncə proqramları ilə də bir daha böyük uğurlara imza ata bildi. Ardıcıl iki il dramatik və gözlənilməyən nəticələrlə yadda qalan Bakı trekinin yüksək sürət yığmağa imkan verən düzlüklərində və dolanbaclı, dar küçələrində daha bir möhtəşəm yarışın baş tutacağına dair gözləntilər ən yüksək həddə idi. Lakin bu dəfə əsas dramatik məqam şənbə günü keçirilmiş sıralanma turunda baş verdi. Belə ki, əvvəlcə “Uilyams” komandasının sürücüsü Robert Kubika, sonra isə “Ferrari” komandasının istedadlı gənc pilotu Şarl Lekler Formula 1 təqvimində yer alan treklər arasında ən dar hissənin olduğu 8-ci döngəni qəzasız keçə bilmədilər. Çətin keçən sıralanma turundan sonra pilotlar Bakı trekində oxşar səhvlərə yol verməmək üçün bazar günü baş tutmuş yarışda daha ehtiyatlı mübarizə ortaya qoydular. Buna baxmayaraq, yarış bir sıra məqamlarla yaddaqalan oldu və bu məqamlardan ən maraqlısı 2018-ci ildə finala gedərkən texniki səbəblərdən yarışı yarıda buraxmaq məcburiyyətində qalan “Mercedes” komandasının finlandiyalı pilotu Valteri Bottasın komanda yoldaşı Luis Hamilton və “Ferrari” pilotu Sebastian Fetteli qabaqlayaraq qələbə qazanması idi. Bununla da Bakı yarışları dördüncü fərqli pilotun qələbəsi ilə başa çatdı.

Qeyd edilib ki, Formula 1 idmanı tarixində ilk dəfə bu il çempionat 22 mərhələdən ibarət olacaq. Yürüşlərə martın 15-də Avstraliya Qran-Prisi ilə start verilib. Azərbaycan Qran-Prisi iyunun 5-7-də keçiriləcək. Ənənəyə uyğun olaraq, final mərhələsinin noyabrın 29-da Abu-Dabidəki Yas-Marina avtodromunda keçirilməsi planlaşdırılır.
Xəbər 723 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru