Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
Tarix: 24.07.2019 | Saat: 06:43:00 | E-mail | Çapa göndər
Məşhur braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi iyulun 19-da ölkəmizə gəlib. Heydər Əliyev Hava Limanında onu səfərin təşkilatçıları olan Azərbaycan Ciu-Citsu Federasiyasının, “Qodzilla” qrupun rəhbərləri, həmçinin paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012”nin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Beşqat UFC çempionu iyulun 20-də “Judo Club 2012”də seminar keçib. 100-dən çox idmançı və məşqçinin iştirak etdiyi seminarı döyüş növləri üzrə respublika federasiyalarının rəhbərləri, tanınmış idmançılar, ictimaiyyət və media nümayəndələri izləyiblər.

“Judo Club 2012”nin geniş məşq zalına toplaşanlar dünya şöhrətli UFC və MMA (Mixed Martial Arts) əfsanəsini alqışlarla qarşılayıblar. Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mir-Əli Seyidov və "Judo Club 2012"nin direktoru, Əməkdar məşqçi Hafis Hacıyev, klubun cüdo üzrə baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov Roys Qreysini salamlayaraq tədbiri açıq elan ediblər.

Sonra məşhur idmançı öz bacarıqlarını nümayiş etdirib. O, iki saat ərzində ciu-citsu döyüş sənətinin nəzəri-praktiki məsələrindən danışmaqla yanaşı, müxtəlif döyüş fəndlərinin icrasını göstərib. Seminar məşhur ciu-citsu ustasının çoxsaylı sualları cavablandırması ilə başa çatıb. O, özünün döyüş təcrübəsi barədə ətraflı məlumat verib.

Seminar azərbaycanlı məşqçilər üçün faydalı olmaqla yanaşı, məşq zalına toplaşmış çoxsaylı yeniyetmə və gənc idmançıda unudulmaz təəssürat yaradıb.

Tədbirin sonunda “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mir-Əli Seyidov və "Judo Club 2012"nin baş məşqçisi Əməkdar məşqçi Tərlan Həsənov dünya şöhrətli idmançıya “Judo Club 2012” və Azərbaycan Ciu-Citsu Federasiyası adından qiymətli hədiyyə və xatirə vımpelləri təqdim ediblər.

Seminarın təşkilində göstərdiyi dəstəyə görə Azər Əsgərov Azərbaycan Ciu-Citsu Federasiyasının təşəkkürnaməsinə layiq görülüb. Təşəkkürnaməni federasiyanın prezidenti Mir-Əli Seyidov təqdim edib.
Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.

Seminardan sonra əfsanəvi idmançı judoclub2012.az saytına müsahibə verib. İlin 7 ayını səfərlərdə keçirdiyini qeyd edən braziliyalı ciu-citsu ustası Bakıya növbəti gəlişindən məmnun olduğunu bildirərək deyib: “Bu mənim Bakıya ikinci səfərimdir. Ötən il də "Qodzilla" qrupun təşkilatçılığı ilə paytaxtınızda olmuşam. Bu günkü seminarda idmançılara müxtəlif fəndlərin və özünümüdafiənin incəliklərini əyani olaraq göstərdim. Zala çoxlu sayda yeniyetmə və gənc idmançı toplaşmışdı. Azərbaycanda bu idman növü ilə məşğul olan gəncləri görmək çox sevindiricidir. Bu, o deməkdir ki, ciu-citsu idman növü ölkənizdə sevilir və böyük populyarlıq qazanıb. Seminarda yetərincə perspektivli gənc idmançı gördüm. Onlar çalışırdılar ki, hər bir fəndi böyük həvəslə və dəqiqliklə yerinə yetirsinlər. Əminəm ki, bu idmançılar gələcəkdə öz ustalıq səviyyələrini artıraraq daha böyük nailiyyətlər qazanacaqlar. Təbii ki, belə bir yüksək şəraiti olan zalda məşq edən idmançı nailiyyət qazanmaya bilməz. Fürsətdən istifadə edib, seminarın təşkilində və uğurla keçirilməsində əməyi olan hər kəsə, xüsusilə də "Qodzilla" qrupa, Azərbaycan Ciu-Citsu Federasiyasına və seminarı keçirmək üçün bizə belə gözəl şərait yaradan "Judo Club 2012"nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu mənim Bakıya sonuncu səfərim olmayacaq və biz yenidən bir daha belə seminarlarda görüşəcəyik".

Xatırladaq ki, ötən il “Qodzilla” qrupun təşkilatçılığı ilə paytaxtımızın qonağı olmuş məşhur idmançı Azərbaycan Taekvondo Federasiyasının zalında idmançılar üçün seminar keçmişdi.

Məlumat üçün qeyd edək ki, dünya şöhrətli UFC və MMA əfsanəsi, Oktaqonun yaradıcısı, məğlubedilməz braziliyalı ciu-citsu ustası Roys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır.


Xəbər 1051 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11.05.2024 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10.05.2024 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
05.05.2024 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05.05.2024 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
27.04.2024 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
26.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionu olub
25.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
14.04.2024 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14.04.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru