Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Minskdə ikinci Avropa Oyunlarının rəsmi açılış mərasimi olub
Tarix: 22.06.2019 | Saat: 04:04:00 | E-mail | Çapa göndər
İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib.

“Dinamo Arena”da keçirilən açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə baxıblar.

II Avropa Oyunları açılış mərasiminə geri sayım başa çatdıqdan sonra mərasim atəşfəşanlıqla açıq elan edilib. Belarusun canlı orkestrinin ifası altında bu ölkənin dövlət himni səsləndirilib, bayrağı ucaldılıb. Sonra Avropa Oyunlarında iştirak edən komandaların paradı başlayıb. Minskdəki Oyunların paradında dörd il əvvəl Bakıda olduğu kimi Yunanıstan təmsilçiləri yenə birinci olub. Daha sonra digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxıblar.

Azərbaycan millisinin paradında bayrağımızı cüdoçumuz Rüstəm Orucov apardığı halda, onu yığmamızın şef-de-missionu Anar Bağırov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər. Azərbaycan millisi paraddan 6-cı keçib.

Bundan sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Belarusun tarixi şəxsiyyətləri və tarixini özündə cəmləyən kompozisiyalar izləyicilərin marağına səbəb olub. Belarusun ayrı-ayrı dövrlərindəki tarixi şəxsiyyətlərin tanıtım videoçarxı yayımlanıb.

BMT-nin baş katibi Antonio Quterreşin videotəbriki səsləndirildikdən sonra Olimpiya çempionlarının iştirakı ilə Avropa Olimpiya Komitəsinin bayrağı gətirilərək “Dinamo Arena”dan asılıb. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış edərək bildirib ki, bu irimiqyaslı idman yarışında 50 ölkənin atletləri iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xatırladan Y.Kosyançiç idmançılara uğurlar arzulayıb.

Konsert zamanı Azərbaycanın Əməkdar artisti, tanınmış opera müğənnisi Yusif Eyvazov və Anna Netrebko da ifa ediblər.
Bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edərək bu gün bütün avropalıların idman bayramı olduğunu söyləyib. Tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaq Belarusun obrazına çevrilib. Möhtəşəm idman bayramının baş tutmasında əziyyəti olan hər kəsə təşəkkürünü bildirən Belarus Prezidenti II Avropa Oyunlarında iştirak edən atletlərə uğurlar arzulayıb. Sonra Aleksandr Lukaşenko II Avropa Oyunlarını açıq elan edib.

Açılış mərasiminin sonunda Olimpiya məşəli yandırılıb və atəşfəşanlıq olub.

Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar. İkinci Avropa Oyunlarına 3 min könüllü cəlb olunub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb.

İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.
Xəbər 1124 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.07.2019 “Hər şey Bakıdan başlandı"
02.07.2019 “Minsk-2019" “Tokio-2020"yə açılan pəncərədir
02.07.2019 Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Vətənə qayıdıb
02.07.2019 İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edən karateçilər və akrobatlar Vətənə qayıdıblar
01.07.2019 Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib
30.06.2019 II Avropa Oyunlarının bağlanış mərasimində komandamızın bayraqdarı karateçi Asiman Qurbanlı olacaq
30.06.2019 “Minsk 2019”: Karateçimiz Rafael Ağayev Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb
30.06.2019 Azərbaycan güləşçisi II Avropa Oyunlarında bürünc medal qazanıb
30.06.2019 Azərbaycan II Avropa Oyunlarında növbəti medalını qazanıb
30.06.2019 Firdovsi Fərzəliyev II Avropa Oyunlarında yarımfinala yüksəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru