Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Elnur Məmmədli: «Vəzifəm odur ki, yenidən qələbə üçün mübarizə aparım» - MÜSAHİBƏ
Tarix: 07.05.2012 | Saat: 08:57:00 | E-mail | Çapa göndər
Olimpiya çempionu Elnur Məmmədli və şəxsi məşqçisi Yaşar Allahverdi Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibə veriblər. İdman.com.az-ın məlumatına görə, onlar arxada qalan günləri yada salıb, gələcək planları barədə danışıblar.

- Kimdir Elnur Məmmədli?
- Y. A. Elnura qədər Azərbaycanda, idman komplekslərində cüdoya heç bir maraq yox idi. Bütün stadionlar və klublar cüdo üçün bağlı idi. Ona görə də heç kim gəlmirdi. Ancaq Olimpiadadan sonra yerli cüdoda böyük effekt yarandı.

- E. M. Əsas deyil ki, olimpiya çempionu olasan... Azərbaycanda insanlar məni adi oğlan kimi görürdülər və birdən tanınmış adam, qəhrəman oldum. Bu təkcə cüdoda deyil, bütün Azərbaycanda idi. Ola bilər yadınızdadır, Pekin olimpiadasında təqdimetmə zaman 3 kadr göstərirdilər. Onlardan biri amerikalı üzgüçü Maykl Felpsin, digəri yamaykalı atlet Useyn Boltun, üçüncü isə mənim şəklim idi. Bu 3 şəkil onu göstərirdi ki, Pekində ən tanınmış idmançılar bizik.

- Lap əvvəldə, 9 yaşında cüdoya gələndə artıq sizin arzunuz olimpiya çempionu olmaq idi?
- E. M. Əlbəttə, 9 yaşımda arzumun zirvə nöqtəsi olimpiya çempionu olmaq idi.

- Y. A. Sizə kiçik bir hadisəni danışmaq istərdim. Siz mənim ideyamı oğurladınız. Mən buna gəlib, sizinlə bu mövzuda danışmaq istərdim. Elnur cüdoya gələndə əlimi çiyninə qoydum və gülərək, çox sakit şəkildə ona “çempion” dedim.

- E. M. Belə deməyin, bu, məni həyəcanlandırır!

- Y. A. Beynəlxalq Olimpiya Komitəsi Afina-2004-də gənc idmançılara “wild card” verirdi. Onda Elnurun 16 yaşı vardı. Ancaq Məmmədli ona düşən kartı qıza verərək belə dedi: Mən növbəti olimpiadaya özüm gələcəyəm. Turnirdə mübarizə aparmaq üçün güzəştli kart lazım deyil, vəsiqəni özüm qazanmaq istəyirəm. Mən paradda iştirak edəcəm, döyüşəcəm və çempion olacam. Elnur çempion olanda da ağlayırdı, bu onun istəyini göstərirdi.

- E. M. Yəni, indi mən centlmenəm!

- Bəs həmin qız indi nə edir?
- E. M. O da Avropa çempionatında iştirak edirdi.

- Olimpiya çempionu olduqdan sonra həyatınızın dəyişdiyini dediniz. Bizə ətraflı izah edə bilərsizmi ki, bundan sonra həyatınızda nə dəyişdi?
- E. M. Ailə həyatı qurdum, oğlum oldu. İndi daha məsuliyyətliyəm. Çünki ona diqqət yetirməliyəm ki, bütün Azərbaycan məni düşünür. Əvvəl isə adi oğlan idim. Azərbaycan müstəqillik qazandıqdan sonra cüdoda ilk qızıl medalı mən qazanmışam. Bu medalın təqdim olunması zamanı isə prezidentimizin Pekinə gəlməsi mənim üçün inanılmaz idi. Bu, mənə ikiqat sevinc bəxş etdi.

- Növbəti olimpiadada vəzifəniz nədir?
- E. M. Bildiyiniz kimi, cüdo elə bir idman növüdür ki, orada nə baş verdiyini heç kəs bilmir. Ancaq əlbəttə, qızıl medal qazanmaq üçün gedəcəyəm. Dəfələrlə olub ki, Avropa, dünya, hətta olimpiya çempionu olimpiadaya gedib və özündən qat-qat zəifə uduzub. Bu, normaldır. Vəzifəm odur ki, yenidən qələbə üçün mübarizə aparım.

- Bir az da çəkinizdə dəyişiklikləri izah edərdiniz (73 kq-dan 81 kq-a keçib - red). Bu ilk problemdir, elə deyilmi? İkinci problem cüdodakı dəyişikliklərdir. Siz bunları necə şərh edərdiniz?
- E. M. Fikrimcə, çəkidə dəyişiklik problem ola bilməz. Çünki bütün idmançılar birbaşa öz çəkilərini dəyişə bilərlər ki, bu normaldır. Ancaq Allaha şükür, mən çəkimi dəyişəndə adımı itirmədim. Yenə bu idman növündə tatamidəyəm, çəkim dəyişsə də, dünya reytinqində üçüncüyəm. Yeni çəkidə Avropa çempionu, “Master klass”ın qalibi olmuşam.

- Bəs texniki dəyişikliklər? Bu sizin üçün böyük dəyişikliklərdir...
- E. M. Əlbəttə, ayaqdan tutmaq mənim şah fəndim idi. Ancaq mənim digər hərəkətlərim də var. “Master klass”ı məhz bu dəyişiklikdən sonra udmuşam.

- Olimpiadaya qədər növbəti 3 ayda proqramınız necə olacaq?
- E. M. İsmayıllıdakı 10 gün hazırlığımızdan sonra Türkiyəyə Antalyaya təlim-məşq toplanışına yollanacağam. Bundan sonra Barselonada belə hazırlığım olacaq. Ardından Moskvaya qran-priyə gedəcəyəm və əlbəttə Bakıdakı “Evrovision” müsabiqəsi keçirilən vaxt Azərbaycanda olacağam.

- Bu vacibdir!
- E. M. Orda bayrağımızı nümayiş etdirəcəyəm.

- Öz çəkinizdə digər çempionların nəticələrinə baxırsız?
- E. M. Əsas rəqibim Braziliyadan Leandro Quilheyrodur. Onunla döyüşmüşəm. İkinci rəqibim olan koreyalı Kimlə heç vaxt görüşməmişəm. Əlbəttə, onları izləyirəm və bilirəm ki, onlar da bunu edirlər. Bu, normal haldır ki, mən onları izləyib, nəticələrinə diqqət yetirirəm.

- Olimpiadadan sonra nə edəcəyinizi təsəvvür edirsizmi?
- E. M. İlk növbədə istirahət edəcəyəm. Antalyada, Parisdə, Almaniyada... Əgər dəvət etsəniz, sizə də qonaq gələcəyəm.

Azərbaycanda cüdo çox populyar oldu. Bu da mənim və digər Avropa və olimpiya çempionlarının hesabınadır. Fransada cüdo futboldan sonra ikinci yerdədir. İstəyim odur ki, Azərbaycanda da cüdo turnirlərinə insanlar Fransadakı kimi gəlsinlər. Əgər mən yenidən olimpiya çempionu olsam, tarixə düşəcəyəm. Çünki Azərbaycanda ikiqat olimpiya çempionu yoxdur. Mən cüdodakı dəyişikliklərdən sonra qat-qat aktiv oldum. Yenidən uğur qazanmaq çox çətindir, ancaq gözəllik çətinlikdədir.

- Y. A. Şübhəsiz ki, olimpiya oyunlarında kimin qalib gələcəyini demək qeyri-mümkündür. Bu gözəl hadisədir. Ancaq sizin bir az da bəxtiniz gətirməlidir.

Xəbər 4107 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11.05.2024 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10.05.2024 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
05.05.2024 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05.05.2024 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
27.04.2024 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
26.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionu olub
25.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
14.04.2024 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14.04.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru