Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinə yekun vurulub
Tarix: 15.05.2019 | Saat: 05:54:00 | E-mail | Çapa göndər
Azərbaycan idmançıları Qran-Pridə 11 medal qazanıblar

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına mayın 14-də yekun vurulub.

Turnirin sonuncu günündə Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb.

Kişilərin yarışında Rövşən Səfərov (90 kq) moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini üç saniyə ərzində ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşdə dünya çempionu, “Rio 2016”nın gümüş medalçısı ukraynalı Aleksandr Nazarenkonu da üç saniyə ərzində ipponla məğlub edən idmançımız adını finala yazdırıb. R.Səfərov həlledici görüşdə İran idmançısı Vahid Nouriyə uduzaraq gümüş medalla kifayətlənməli olub. Bürünc medallara dünya çempionatının gümüş medalçısı rusiyalı Vladimir Fedin və A.Nazarenko layiq görülüblər.

Turnirdə 100 kiloqram çəki dərəcəsində yarışda Böyük Britaniya idmançısı Kristofer Skelley qızıl medala sahib olub. Rusiyalı Anatoli Şevçenko yarışı ikinci, ABŞ paracüdoçusu Benjamin Qudriç və almaniyalı Oliver Apmann üçüncü pillədə başa vurublar.

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində Özbəkistan idmançısı Şirin Şaripov fəxri kürsünün birinci, iranlı Mohammedreza Xeirollahzade ikinci, gürcüstanlı Revaz Çikoidze və yaponiyalı Kento Masaki isə üçüncü pilləsinə qalxıblar.

Qadınların yarışında idmançımız Xanım Hüseynova (63 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Duyğu Cete Artara qalib gələrək turniri üçüncü pillədə başa vurub. Bu çəki dərəcəsində finalda özbəkistanlı Nafisa Şərifboeva Rusiya təmsilçisi Olqa Poznişevaya qalib gələrək çempion olub. Digər bürünc medala isə dünya çempionatının bürünc mükafatçısı, çinli Yue Vanq layiq görülüb.

Qran-Pridə 70 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Meksika idmançısı Lenia Fabiola Ruvalkaba Alvarez birinci, braziliyalı Alana Martins ikinci, özbəkistanlı Vəsilə Aliboeva və dünya çempionatının bürünc mükafatçısı, rusiyalı Olqa Zabrodskaya üçüncü olublar.

İtaliyalı Karolina Kosta 70 kiloqramdan yuxarı çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finalda məğlub olan Çin paracüdoçusu Honqyu Vanq gümüş medalla kifayətlənib. Braziliya təmsilçiləri Meq Emmeriç və Rebeka Silva bürünc medal qazanıblar.

Xatırladaq ki, turnirin birinci günündə paracüdoçularımız millimizin aktivinə 3 qızıl, 3 gümüş və 3 bürünc medal yazdırıblar. Beləliklə, turnirdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.

Qran-Prinin qalibi adını aktivində 4 qızıl və 4 bürünc medal olan Özbəkistan seçməsi qazanıb. Ukrayna 1 qızıl, 1 gümüş və 2 bürünc medalla üçüncü olub.

Heydər Əliyev adına İdman Sarayında keçirilən turnirdə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edib. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatami üzərinə çıxıb. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşıdır.
Xəbər 840 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11.05.2024 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10.05.2024 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
05.05.2024 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05.05.2024 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
27.04.2024 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
26.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionu olub
25.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
14.04.2024 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14.04.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru