Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə yekun vurulub
Tarix: 06.05.2019 | Saat: 09:13:00 | E-mail | Çapa göndər
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən “Naxçıvan Open” Beynəlxalq turnirinə mayın 5-də yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 350-dən çox idmançı mübarizə aparıb.

Beynəlxalq turnir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyinə gələrək Ümummilli Liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov ölkəmizdə, eyni zamanda, muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Milli Karate Federasiyasının 25 illik yubileyi münasibətilə hazırlanmış medal və diplomla təltif olunub. Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Gənclər və İdman naziri Azad Cabbarov da həmin medalla təltif ediliblər.

Həmçinin Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Bədən tərbiyəsi və idman xadimi, federasiyanın fiziki hazırlıq üzrə məşqçisi Oqtay Məmmədov və “Arpaçay” Karate Klubunun rəhbəri Yavər Hüseynov Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası tərəfindən mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı çıxış edib.

İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Sonra yarışın final görüşlərinə start verilib.

Turnirdə Naxçıvan Muxtar Respublikasının idmançıları ilə yanaşı, Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, Kuba və Azərbaycanın 350-dən çox 6-13, 14-15, 16-17 və 18-20 yaşlı karate ustası tatami üzərinə çıxıb.

Yekun nəticəyə əsasən, “Naxçıvan” komandası beynəlxalq turnirin qalibi olub. Türkiyə milli komandası ikinci, Bakının “Arpaçay” komandası isə üçüncü olub.

Sonda qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

Mükafatları Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov təqdim ediblər.

Qalib gələn “Naxçıvan” komandasına kuboku Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov təqdim edib.


Xəbər 772 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.01.2022 Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib
31.01.2022 Binəqədi rayonunda qızlar arasında voleybol üzrə turnir keçirilib
31.01.2022 Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib
24.01.2022 “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş voleybol turniri keçirilib
11.11.2021 Kros qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub
20.10.2021 Binəqədidə VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
17.09.2021 Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
19.08.2021 A.A.Banişevskinin 75 illik yubileyinə həsr olunmuş turnirə yekun vurulub
29.07.2021 Respublika yarışının birinci zona mərhələsi keçirilib
24.06.2021 Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə mini futbol turniri keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru