Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sevinc Hüseynova: “Hər bir təlimin orta məktəb dövründən təməli möhkəm olanda bəhrəsi də keyfiyyətli olur”
Tarix: 16.04.2019 | Saat: 06:43:00 | E-mail | Çapa göndər
Böyük idmanın təməli uşaq idmanı ilə qoyulur. Beynəlxalq idman yarışlarında qazanılan qələbələr uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərinin, mübarizlik ruhunun formalaşmasında mühüm rol oynayır. Ölkəmizdə 2017-ci ildə yaradılan Məktəb İdmanları Federasiyası idmanın müxtəlif növləri üzrə məktəbli atletləri birləşdirərək, bədən tərbiyəsi və idman vasitəsilə yüksək mənəvi keyfiyyətləri uşaq və yeniyetmələrə aşılayır. Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) prezidenti, Milli Məclisin deputatı Sevinc Hüseynova bu idman təşkilatının fəaliyyəti ilə bağlı “İdman” qəzetinin suallarını cavablandırıb.

- Sevinc xanım, ölkəmizdə Məktəb İdmanları Federasiyasının təsis olunması məktəblilər arasında idman növlərinin coğrafiyasının genişləndirilməsində, kütləviliyinin artırılmasında mühüm rol oynayır. Əvvəlcə AMİF-in fəaliyyəti ilə bağlı məlumat verərdiniz.

- Qeyd etmək istərdim ki, 2016-cı ilin mayında Türkiyənin Mərmərə şəhərində təşkil olunan beynəlxalq federasiyanın Baş Assambleyasında ilk dəfə olaraq, Azərbaycan nümayəndəliyi təşkilata üzv qəbul olunub. Beynəlxalq federasiyanın üzvü kimi həmin ilin mayın 29-dan iyunun 5-dək Fransanın Lil, Lens şəhərlərində təşkil edilən AVRO-2016, məktəblilərin futbol çempionatında Bakının 163 saylı orta məktəbinin şagirdləri iştirak ediblər. İyulda Türkiyənin Trabzon şəhərində keçirilən XVI Yay Gimnaziada Oyunlarında cüdo idman növündə məktəblimiz öz istedad və bacarığını yüksək səviyyədə nümayiş etdirə bilib.

Artıq bu beynəlxalq tədbirlərə fəal qoşulmaqla, Azərbaycanın da Beynəlxalq Məktəb İdmanları Federasiyasının həqiqi üzvü olması zərurəti yaranmışdı. Ölkəmizdə dünya təcrübəsindən yararlanaraq, orta məktəb şagirdlərinə idmanın sağlam həyat tərzinin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində geniş tədbirlər görülür. Təcrübə göstərdi ki, mərkəzləşdirilmiş federasiya daha səmərəli fəaliyyət göstərmək iqtidarındadır. Nəhayət, 2017-ci ildə Azərbaycanda Məktəb İdmanları Federasiyası təsis olundu və o Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.

Federasiyanın 2018-ci ilin martın 1-də Milli Olimpiya Komitəsində keçirilən təqdimat mərasimindən sonra fəaliyyəti daha genişlənmiş və bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Hal-hazırda Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Federasiyamızın birgə lahiyəsi olan 4 idman növü üzrə (voleybol (qızlar), basketbol (oğlanlar), atletika və şahmat) məktəblər arasında respublika çempionatı keçirilir və 1400-dən çox məktəbli komandasını əhatə edən respublika əhəmiyyətli yarışlar təşkil olunur. Bu yarışın növbəti illərdə də təşkil edilməsi gündəmdədir. Çünki bu yarışlarda qalib gələn məktəb komandaları ölkəmizi məktəblərin dünya çempionatında təmsil etmək hüququ qazanır ki, bu da məktəblərdə idmana olan marağın kütləvi şəkildə artmasına gətirib çıxardacaqdır.

- Məktəbli qızlarımız ilk dəfə Xorvatiyanın Poreç şəhərində keçirilən voleybol üzrə dünya çempionatında iştirak etdilər. Yarış barədə təəssüratlarınız.

- İlk olaraq qeyd edim ki, 2018-ci ilin oktyabr ayından başlanılan voleybol (qızlar) idman növü üzrə yarışlarda 1303 orta məktəb üzrə 63 minə yaxın şagird iştirak edib. Cari ilin 1-2 mart tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən məktəblər arasında respublika çempionatının voleybol (qızlar) idman növü üzrə final mərhələsinə yekun vurulub. Çempionatın proqramına uyğun olaraq final mərhələsində zona yarışlarında birinci və ikinci yeri tutan 12 komanda mübarizə aparıb. Yarışların nəticəsi olaraq Bakı şəhəri 269 nömrəli, Şəki şəhəri Böyük Dəhnə kənd 2 nömrəli, Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci,ikinci, üçüncü yerləri tutublar. Qalib məktəb komandası martın 30-dan aprelin 6-dək Xorvatiyanın Poreç şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb. İlk dəfə bu cür mötəbər yarışa qatılmaqlarına baxmayaraq yarışlarda əzmlə mübarizə aparıblar. Ümid edirik ki, məktəblilərimizin dünya çempionatında qazandıqları təcrübə onlara yeni-yeni uğurlar qazanmalarına kömək olacaqdır.

- Beynəlxalq Federasiyanın idmanın 43 növü üzrə dünya məktəbləri çempionatı keçirir. Lakin, ölkəmizdə 10-dan bir qədər çox idman növü AMİF-nin proqramına daxildir. Gələcəkdə yeni idman növlərinin əlavə edilməsi gözlənilirmi?

- Bildiyimiz kimi, ölkəmizdə ayrı-ayrı idman növləri üzrə federasiyalar var və onlar öz fəaliyyətlərini aparırlar. Lakin Məktəb İdmanları Federasiyası həmin idman növlərinin ibtidai bazalarının məktəblərdə formalaşmasına kömək edir və bundan sonrada adiyyatı federasiyalarla müştərək iş quracaqdır. İlkin olaraq bu idman növlərinin sayının az olmasına baxmayaraq gələcəkdə ayrı-ayrı idman növlərinin də sıralarımıza qatılacağına şahid olacaqsınız. Bu kompleks işdir inanırıq ki, bu sahəyə ölkəmizdə cavabdeh olan qurumlar arasına bir körpü rolunu layiqincə icra edə biləcəyik. Çünki hər bir təlimin orta məktəb dövründən təməli möhkəm olanda bəhrəsi də keyfiyyətli olur.

- Ötən ilin mayında Mərakeşin paytaxtı Rabatda Məktəblilərin XVII Yay Gimnaziadasında 70 ölkədən 4 minədək məktəbli idmançının mübarizə apardığı yarışda milli komandamız ilk dəfə iki bürünc medal əldə edib. Komandalarımızın beynəlxalq yarışlarda nəticələrini uğurlu saymaq olarmı?

- Əlbəttə ki olar, ilk beynəlxalq uğurumuzdur. Xatırlatsaq ki, 4000-ə yaxın məktəbli idmançı iştirak edir onda bu iki medalın nə qədər zəhmət hesabına başa gəldiyini anlamaq olar. Hər iki idmançımıza öz təşəkkürümüzü bildiririk ki bizi, ölkəmizi layiqincə təmsil etdilər.

- Məktəbli idmanının ölkəmizdə daha da inkişaf etdirilməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub?

- Bu kompleks bir işdir. Burda həm Gənclər və İdman nazirliyi, Təhsil nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyamızla bərabər adiyyatı federasiyalarda müştərək fəaliyyətdə maraqlı olmalıdır. Hal-hazırda bu proses başlamışdır və gələcəkdə bunun bəhrəsini ölkəmizin yeni uğurlarını hamımız görəcəyik.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, qarşıya qoyulan hədəflərdən biri də 2020-ci ildə Çinin Cinicanq şəhərində keçiriləcək Məktəblilərin XVIII Yay Gimnaziadasında komandamızın uğurlu iştirakını təmin etməkdir. Bu barədə fikirləriniz maraqlıdı.

- Gimnaziada özü-özlüyündə məktəblərin olimpiyadası deməkdir. Bu yarışın reytinqi dünyada çox böyükdür. Hətta bir neçə növ üzrə qaliblər Universiadaya vəsiqə qazanır. Bu yarışda ölkəmizin məktəbli idmançıları bizləri layiqincə təmsil edəcəklərinə inanıram. Çünki ölkəmizin idman siyasəti düzgün tənzimlənib və dövlət rəhbərliyimizin davamlı idman siyasəti öz bəhrəsini hər sahədə olduğu kimi idmanda göstərməkdədir. Bir məlumatlada Sizlə bölüşmək istərdim, bu yaxınlarda Beynəlxalq federasiyanın üzvləri arasında səsvermə yolu ilə aparılan seçimlərdə ölkəmiz Məktəblərarasında Dünya Döyüş Oyunları-2021-ə ev sahibliyi etmək hüququ qazanmışdır. Federasiyamızın bu qələbəsi münasibəti ilə bizə dəstək olan hər kəsə təşəkkür edirəm.




Xəbər 1157 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.05.2024 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15.05.2024 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15.05.2024 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
14.05.2024 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14.05.2024 Azərbaycan II Liqasının çempionu bəlli olub
14.05.2024 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14.05.2024 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14.05.2024 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
13.05.2024 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru