Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Əməkdar Məşqçi Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika turnirinin qalibləri müəyyənləşib
Tarix: 24.12.2018 | Saat: 08:46:00 | E-mail | Çapa göndər
“AAAF” Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar Məşqçisi, beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika turniri keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) bildiriblər ki, şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak ediblər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib.

İlk olaraq yarışa qadınlar start verib. Gərgin idman mübarizəsi şəraitində keçən qadınların mübarizəsi maraqlı alınıb. Sumqayıt təmsilçisi Firuzə İbrahimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 153 kiloqram (69+84) nəticə və 199.18 Sinkleyr xalı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 137 kiloqram (63+74) nəticə və 197.97 xalla Lalə Rzazadə və 123 kiloqram (55+68) nəticə və 177.28 xalla Anna Opanasyuk tutublar.

Daha sonra yarışın açılış mərasimi keçirilib. Çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə söz ilk olaraq Hacıbaba Əskərovun qızı Gülarə Nərimanovaya verilib. O, hər kəsi salamlayıb və yarışın təşkilatçılığı barədə müsbət fikirlər söyləyib: “Artıq ikinci dəfədir ki, atam Hacıbaba Əskərovun xatirəsi bu cür yüksək səviyyədə qeyd olunur. Ötən il də Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və AAAF birlikdə 100 illik yubiley tədbiri və ilk xatirə turnirini təşkil etmişdilər. İndi də bu yarış növbəti dəfə keçirilir. Mən, bütün ailəmiz adından buna görə təşkilatçılara, əziyyəti olan hər kəsə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Atam ömrünü ağır atletika idmanına həsr edib və belə yarışın təşkili onun ruhunu şad edir. Ümid edirəm ki, iştirakçı idmançılar da, belə yarışlarda təcrübə toplayaraq qarşıdakı beynəlxalq turnirlərdə qələbələr qazanacaq, ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Bir daha hər kəsə təşəkkür edirəm”.

Daha sonra AAAF-ın baş katibi Rizvan Rəsulov turnirin əhəmiyyəti barədə danışıb: “Artıq ikinci dəfədir bu yarış yüksək səviyyədə təşkil olunur. Hacıbaba Əskərovun həyat və fəaliyyəti, onun ağır atletikanın inkişafında rolu barədə hamımız bilirik. O, istər məşq prosesində, istərsə də işin elmi tərəfində böyük irəliləyişlərə nail olmuş, gətirdiyi yeniliklərlə hazırkı Azərbaycan ağır atletikasının uğurlarına təkan verən şəxslərdən biri olmuşdur. Bu yarış bizə həm onun xatirəsini yad etmək, belə şəxsiyyətlərin varlığı barədə gənc nəsli məlumatlandırmaq, həm də idmançılarımıza təcrübə qazandırmaq imkanı verir”.

“2018-ci il bizim üçün uğurlu keçib. Avropa və dünya birinciliklərində, həmçinin Yeniyetmələrin Olimpiya Oyunlarında atletlərimiz 35 medal əldə etməyi bacarıblar. Onlar komanda hesabında Avropa birincisi olmağı bacarıblar. Həmçinin yaxınlarda Misir və Qətərdə keçirilən lisenziya xarakterli Qran-Pri yarışlarında da uğurlara nail olmuşuq. Qarşıda bizi həm təsnifat yarışları, həm də Tokio Olimpiya Oyunlarının özü gözləyir. 2019-cu il bu baxımdan çox yaxşı sınaq ili olacaq. Bütün idmançılarımız və məşqçilərimizə uğurlar arzulayıram”, - deyə R.Rəsulov əlavə edib.

Açılış mərasimindən sonra yarış kişilərin mübarizəsi ilə davam edib. Bakı idmançısı Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. O, toplam 318 kiloqram (140+178) nəticə və 359.78 xalla qızıl medal əldə edib. Sonrakı pillələrdə müvafiq olaraq toplam 293 kiloqram (128+165) nəticə və 358.66 xalla Sənan Quliyev və 235 kiloqram (105+130) nəticə və 301.90 xalla Füqan Əliyev qərarlaşıblar.

Sonda körpücük üzərinə ustadlar çıxıblar. Sabiq ağır atletlər arasında qalib adına 70 yaşlı Vladimir Jilyayev layiq görülüb. O, toplam 169 kiloqram (73+96) nəticə və 375.57 xalla qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 151 kiloqram (64+87) nəticə və 329.17 xalla Sərdar Quliyev, bürünc medalı isə 132 kiloqram (62+70) nəticə və 309.18 xalla Akif Alıyev boynundan asıb.

Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub. Xatirə turnirinin təşkilində məqsəd Hacıbaba Əsgərovun həyat yolunun və idman fəaliyyətinin gənc idmançılar arasında təbliği, ağır atletikanın inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Xəbər 912 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.12.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb
14.12.2023 Azərbaycan ağırlıqqaldıranı Dohada Qran-pri turnirinin qalibi olub
07.12.2023 Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
23.11.2023 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub
09.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri tibbi yoxlanışdan keçiblər
05.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi qadınların yarışı ilə start götürüb
05.10.2023 Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış
03.10.2023 Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub
09.08.2023 Ağırlıqqaldıranımız Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub
05.07.2023 Ağırlıqqaldıranımız Turan Əliyev Avropa birinciliyinin bürünc medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru