Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
BBC-nin sabiq reportyoru idman jurnalistlərinə seminar keçdi
Tarix: 23.04.2012 | Saat: 13:37:00 | E-mail | Çapa göndər
Əsas məqsəd Britaniya təcrübəsini bölüşmək idi

“İnkişaf naminə İdman” İctimai Birliyi ölkəmizdə beynəlxalq İdman Həyəcanı İrsinin 2 illik yubileyi münasibət ilə tədbirlərə start verib. Tədbirə Birləşmiş Krallıqdan dəvət olunmuş mötəbər qonaqlar da qatılıblar. Onların arasında dünya şöhrətli atlet Kolin Jekson və İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru, tanınmış idman jurnalisti Devid Devis, həmçinin “Beynəlxalq İdman Həyəcanı” proqramının regional rəhbəri Elayas Musanqeya da var.

Tədbirlər çərçivəsində dünən müxtəlif KİV qurumlarını təmsil edən idman jurnalistləri üçün birgünlük seminar keçirilib. Cənab Devisin apardığı bu toplantı Milli Olimpiya Komitəsinin konfrans zalında baş tutub.
BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə təşkil olunan seminarın mövzusu idman reportyorluğu və meqa idman tədbirlərinin işıqlandırılması idi. Əsas məqsəd böyük idman tədbirlərinin, o cümlədən, olimpiya və paralimpiya oyunlarının daha maraqlı və yaradıcı işıqlandırılması üçün Britaniya təcrübəsini bölüşmək və jurnalistlər arasında məlumat mübadiləsi üçün şərait yaratmaq olub.
Tədbirin əvvəlində “İnkişaf naminə idman” İctimai Birliyinin rəhbəri Mehman Kərimov seminarın məqsədi barədə qısa məlumatdan sonra sözü Devid Devisə verib. Qonaq olimpiya və paralimpiya oyunlarının tarixi barədə danışıb, idman yarışlarının işıqlandırılması və təkmilləşdirilməsi istiqamətində məruzələr edib. Azərbaycana 3-cü dəfə səfər etdiyini vurğulayan Devis, bundan cox məmnun qaldığını deyib: “İlk dəfə ölkənizə 2005-ci ildə gəldim. O zaman milli futbol komandanız İngiltərə yığmasını qəbul edirdi. Yadımdadır, oyun ərəfəsində Bakıya güclü sulu qar yağırdı. Küləyin sürəti isə inanılmaz idi. Təklif etdik ki, qarşılaşma təxirə salınsın. Amma FİFA prezidenrti Yozef Blatter bunun əleyhinə çıxdı. Həmin matçda biz minimum hesabla qalib gəldik. Düzünü desəm, bəxtimiz də gətirdi. Mənə xoş təsir bağışlayan məqam stadionun qarşısında ucalan, 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatının finalında hakimlik etmiş Tofiq Bəhramovun abidəsini görmək idi. O, çox ədalətli referi olub. Məhz onun düzgün rəyi sayəsində biz çempion olduq. Kecən il isə AFFA-nın 100-illik yubileyində iştirak edirdim”.

bp-Azərbaycan şirkətinin nümayəndəsi Tamam Bayatlı, öz növbəsində bildirib ki, onun çalışdığı qurum Londonda keciriləcək olimpiya və paralimpiya oyunlarına hazırlaşan milli komandalarımıza və bir qrup secilmiş idmançıya dəstək vermək üçün ötən həftə Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən bp şirkətinin öz 20-illiyini qeyd etdiyi bir vaxta düşüb: “Şirkət 3 olimpiya - Cəbrayıl Həsənov (sərbəst güləş), Fəridə Əzizova (taekvondo), Rövşən Bayramov (yunan-Roma güləşi) və 4 paralimpiya idmançısı - İlham Zəkiyev, Afaq Sultanova (hər ikisi - cüdo), Oloxan Musayev, Oleq Panyutindən (atletika) ibarət bu qrupun həm London oyunlarına hazırlığını, həm də yarışlarda iştirakını dəstəkləyəcək”.

Seminar zamanı “Beynəlxalq İdman Həyəcanı” Proqramı və London Yay olimpiya və paralimpiya oyunlarına hazırlıqla bağlı videoçarxlar da nümayiş olunub.
Praktiki hissədə London paralimpiya oyunlarına lisenziya qazanmış cüdoçular - ikiqat paralimpiya çempionu İlham Zəkiyev və Afaq Sultanova ilə görüş keçirilib. ATV telekanalında çalışan həmkarımız Sənan Şəfizadə və BBC-nin sabiq reportyoru Devid Devis onlardan 5-dəqiqəlik nümunə müsahibələri götürüblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda fərqlənmiş jurnalistlərə sertifikatlar təqdim olunub.
Tədbirlər proqramının ikinci günündə, sabah Kolin Ceksonun və Azərbaycanın tanınmış idmançılarının qatılacağı görüşlərlə zəngin olacaq. Həmin gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Yeni gün” səhər proqramında iştirakdan sonra qonaqlar Gənclər və İdman Nazirliyinin, həmçinin Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüşəcəklər. Daha sonra Respublika Olimpiya Mərkəzində yeniyetmə və gənc atletlər üçün sprint və maneələrlə qaçış üzrə master klass nümayişi olunacaq. Günün ikinci yarısında Sumqayıt Paralimpiya Kompleksində tədbir keçiriləcək. Burada Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşdən sonra, qonaqlar gənc idmançılarla söhbət edəcək və Bakı şəhər 27 saylı orta məktəbi və Azərbaycan Atletika Federasiyasının “İnkişaf naminə idman” təşkilatı ilə birgə tipik və əlilliyi olan uşaqlar üçün təşkil edilmiş şən və inklusiv oyunlara qatılacaqlar.

İki günlük tədbirlər proqramı Azərbaycan idmançılarının və britaniyalı qonaqların şərəfinə təşkil edilən ziyafətlə başa çatacaq. Ziyafətdə Beynəlxalq İdman Həyəcanı proqramının son iki ildə uğurlu və davamlı fəaliyyətində yaxından iştirak etmiş və ona dəstək vermiş Milli Olimpiya və Milli Paralimpiya komitələri, idman federasiyaları, Təhsil Nazirliyinin rəsmiləri, olimpiyaçılar və paralimpiyaçılar, idman federasiya və qeyri-hökumət təşkilatları rəhbərləri, beynəlxalq təşkilat və diplomatik korpusların nümayəndələri iştirak edəcəklər.

Kamran HACI

Xəbər 1263 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.05.2023 Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb
14.03.2023 Paracüdoçumuz Xanım Hüseynova Qran-Pri turnirində qızıl medal qazanıb
15.02.2023 Tələbələr Milli Paralimpiya Komitəsində təcrübə keçəcəklər
31.01.2023 “Los-Anceles 2028” Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edilib
28.12.2022 Paralimpiyaçılarımız cari ildə mötəbər turnirlərdə 77 medal qazanıblar
19.11.2022 AMPK-nın prezidenti Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib
18.11.2022 İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasının iclasında çıxış edib
18.11.2022 Azərbaycanda Paralimpiya hərəkatının inkişafı yüksək qiymətləndirilib
15.06.2022 Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub
20.05.2022 Azərbaycan parataekvondoçusu Avropa çempionatının finalına yüksəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru