Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
UEFA Çempionlar Liqası: Daha dörd klub növbəti mərhələyə vəsiqə qazanıb
Tarix: 29.11.2018 | Saat: 06:32:00 | E-mail | Çapa göndər
Noyabrın 28-də UEFA Çempionlar Liqasının V turuna yekun vurulub.

Turun mərkəzi qarşılaşması Fransa paytaxtındakı “Parc des Princes" stadionunda keçirilib. PSJ öz İngiltərənin “Liverpul” komandasını qəbul edib. İlk dəqiqələrdən oyuna nəzarət edən meydan sahibləri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Bu hücumların biri qarşılaşmanın 13-cü dəqiqəsində öz bəhrəsini verib. Xuan Bernat fərqlənərək komandasını hesabda irəli çıxarıb - 1:0. Matçın 37-ci dəqiqəsində fransızlar hesab arasındakı fərqi artırıblar. Kilyan Mbappenin cinah ötürməsini komandanın əsas qol silahlarından olan Neymar dəqiq zərbə ilə tamamlayıb - 2:0. Oyunun birinci hissəsinin başa çatmasına bir dəqiqə qalmış İngiltərə təmsilçisi qollardan birinin əvəzini çıxıb. Baş hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Ceyms Milner dəqiq zərbə ilə tamamlayıb - 2:1. Birinci hissə elə bu hesabla başa çatıb.

Fasilədən sonra hər iki komanda açıq futbola üstünlük verib. Komandaların cəhdlərinə baxmayaraq, ikinci hissədə qol olmayıb.

Qrupun digər oyununda “Napoli” doğma meydanda Serbiyanın “Srvena Zvezda” komandasına qalib gəlib - 3:1.

Bu qrupdan play-off mərhələsinə vəsiqə qazanacaq komandaların adlarına son turda aydınlıq gələcək. Sonuncu turda PSJ səfərdə “Srvena Zvezda”nın, “Napoli” isə “Liverpul”un qonağı olacaq.

Qrupa 9 xalla “Napoli” başçılıq edir. PSJ 8 xalla ikinci, “Liverpul” isə 6 xalla üçüncü pillələrdə qərarlaşıblar. “Srvena Zvezda”nın hesabında isə 4 xal var.

"A" qrupunda yer alan “Atletiko Madrid” klubu doğma azarkeşləri önündə Tyeri Anrinin çalışdırdığı “Monako”nu qəbul edib. Oyun 2:0 hesabı ilə madridlilərin qələbəsi ilə başa çatıb. “Atletiko”nun heyətində Qrizman və Badyaşil (öz qapısına) imza atıblar.

Qrupun digər oyununda “Borussiya Dormund” Belçika təmsilçisi “Brügge”ni qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Heç-heçəyə baxmayaraq, Almaniya təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Bu qrupda komandalın xalları belədir: “Atletiko Madrid” – 12 xal, “Borussiya Dortmund” – 10 xal, “Brügge” – 5 xal, “Monako” – 1 xal.

“D” qrupunda yer alan “Şalke” səfərdə turnir cədvəlinin lideri “Portu”nun qonağı olub. Qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatsa da, hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Buna səbəb isə "Lokomotiv"in "Qalatasaray" klubunu məğlub etməsidir (2:0). Bununla da İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. Hesabında 4 xal olan “Qalatasaray” ikinci pillədə qərarlaşan “Şalke”dən 4 xal geri qalır.

“D” qrupuna hesabında 13 xal olan “Portu” başçılıq edir. “Şalke” 8 xalla ikinci, “Qalatasaray” isə 4 xalla üçüncüdür. “Lokomotiv”in hesabında isə 3 xal var.

“B” qrupunda vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanan İspaniyanın “Barselona” klubu səfərdə Hollandiyanın PSV kollektivinin qonağı olub. Görüş kataloniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyunda “Tottenhem” Milanın “İnter” komandasını minimal hesabla məğlubiyyətə uğradıb – 1:0. Bu qrupdan pley-off mərhələsinə vəsiqə qazanan ikinci komandanın adına son turda aydınlıq gələcək.

Bu qrupda məğlubiyyət üzü görməyən “Barselona” 13 xalla liderdir. “Tottenhem” və “İnter” hərəyə 7 xal toplayaraq ikinci-üçüncü yerləri bölüşürlər. PSV isə 1 xalla qrup sonuncusudur.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının altıncı turu dekabrın 12 və 13-də keçiriləcək.
Xəbər 696 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru