Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycanda keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında 600-dək idmançının iştirakı gözlənilir
Tarix: 11.10.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər
Azərbaycanın 2020-ci ildə Qəbələdə təşkil olunacaq güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi ilə bağlı oktyabrın 11-də mətbuat konfransı keçirilib.

Bakı Atıcılıq Mərkəzində keçirilən tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov belə mötəbər yarışların respublikamızda keçirilməsinin Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının göstəricisi olduğunu vurğulayıb: “Belə mötəbər idman növünə ev sahibliyi etmək çox qürurvericidir. 2020-ci ildə Azərbaycan bir neçə böyük idman yarışına ev sahibliyi edəcək. Onlardan biri də güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışıdır. Ümumiyyətlə, ölkəmizdə idmanın bu növünün inkişafı üçün əlverişli şərait yaradılıb, maddi-texniki baza ən yüksək tələblərə cavab verir”.

Atıcılığın Azərbaycanda ən populyar idman növlərindən hesab edildiyini deyən İ.İsmayılov bildirib ki, ölkəmizdə idmanın bu növü üzrə Olimpiya və Avropa çempionları var. Azərbaycanda atıcılıq idmanı üçün iki Olimpiya kompleksi mövcuddur. Mütəmadi olaraq, Qəbələdəki Atıcılıq Mərkəzində Qran-Pri yarışları keçirilir. Son bir neçə ildə Azərbaycan dünya səviyyəli atıcılıq yarışlarına ev sahibliyi edib.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Bakı Atıcılıq Mərkəzinin direktoru Bəyəli Hacıyev gənclərin bu idman növünə marağının atmasını vurğulayaraq, ölkəmizdəki atıcılıq komplekslərinin imkanlarından bütün vətəndaşların yararlanması üçün şəraitin yaradıldığını qeyd edib. Bakı Atıcılıq Mərkəzinin fəaliyyəti barədə məlumat verən B.Hacıyev diqqətə çatdırıb ki, 2015-ci ildə istifadəyə verilən bu möhtəşəm kompleks I Avropa, IV İslam Həmrəyliyi oyunlarına, atıcılıq üzrə Dünya Kuboku mərhələsinə və Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.

Federasiyanın baş katibi Emin Cəfərov Dünya Kubokunun mərhələ yarışının Azərbaycanda keçirilməsi barədə qərarın avqustda Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin Vyanada təşkil olunan toplantısında qəbul edildiyini deyib. Qeyd edilib ki, ISSF hər il stend və güllə atıcılığının hər biri üzrə dörd Dünya Kuboku mərhələ yarışı keçirir. Bu Dünya Kuboku yarışlarından ikisi birlikdə, digər ikisi isə ayrı-ayrılıqda keçirilir. Bu yarışa ümumilikdə 15 şəhər 2020-ci ildə ISSF Dünya Kuboku yarışlarını keçirməyə can atıb. Dünya Kuboku yarışlarına ev sahibliyi hüququ belə yarışların təşkilində təcrübəsi olan və bütün beynəlxalq standartlara cavab verən komplekslərə malik ölkələrə verilir. Azərbaycanda beynəlxalq standartlara tam cavab verən iki atıcılıq kompleksinin olduğu və 2014-cü ildən etibarən ölkəmizdə mütəmadi keçirilən mötəbər turnirlərin yüksək səviyyədə təşkili nəzərə alınaraq, Dünya Kubokunun mərhələ yarışının Qəbələdə keçirilməsi qərara alınıb. Yarışın əsas təşkilatçısı kimi, Azərbaycan Atıcılıq Federasiyası təyin olunub. Bu, Tokio Olimpiadasından əvvəl keçiriləcək sonuncu Dünya Kuboku yarışı olacaq. İyunun 19-27-də təşkil ediləcək yarışda 70-dən çox ölkədən 600-dək idmançının iştirakı gözlənilir. Onların arasında tanınmış atıcılar, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri olacaq. Atletlər güllə atıcılığının on Olimpiya növündə mübarizə aparacaqlar.

Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər 1457 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
06.05.2024 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
24.03.2024 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23.03.2024 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
18.03.2024 Azərbaycan atıcısı beynəlxalq turnirdə medal qazanıb
28.01.2024 Azərbaycan atıcısı Almaniyada keçirilən yarışda finala vəsiqə qazanıb
09.10.2023 Atıcılıq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
24.09.2023 DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi
19.09.2023 Azərbaycan idmançısı Avrasiya çempionatında birinci yer tutub
11.09.2023 Azərbaycan poloçuları Avropa Çempionatında gümüş medal qazanıb
31.08.2023 Bakıda dünya çempionu olan atıcı: Yarışın təşkilatçılığı mükəmməl idi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru